Skip to main content

Search

Search

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

VİZİN® 0,05% göz damcısı

VIZIN®

Beynəlxalq patentləşdirilməmiş adı: Tetryzoline

Tərkibi

Təsiredici maddə:1 ml preparatın tərkibində 0,5 mq tetrizolin hidroxlorid  vardır.

Köməkçi maddələr: benzalkonium xlorid 50%-li məhlul, natrium xlorid, bor turşusu, natrium tetraborat, dinatrium edetat, təmizlənmiş su.

Təsviri

Şəffaf, rəngsiz, görünən hissəcikləri olmayan məhlul.

Farmakoterapevtik qrupu

Göz xəstəliklərinin müalicəsi üçün preparat. Dekongestantlar kimi istifadə olunan simpatomimetiklər.

ATC kodu: S01GA02

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Tetrizolin — simpatik sinir sisteminin alfa-adrenoreseptorlarını stimullaşdırır, lakin beta-adrenoreseptorlara zəif təsir edir və ya heç təsir etmir. Simpatomimetik amin olaraq, tetrizolin damardaraldıcı təsir göstərir və toxumaların ödemini azaldır. Təsiri damızdırıldıqdan bir neçə dəqiqə sonra başlayır və 4-8 saat davam edir.

Farmakokinetikası

Yerli istifadə zamanı tetrizolin demək olar ki, sorulmur. Göz damcısının ətraflı farmakokinetik tədqiqatları aparılmamışdır.

İstifadəsinə göstərişlər

Böyüklərə və 8 yaşdan böyük uşaqlara - allergiya və ya kimyəvi və fiziki faktorların (tüstü, toz, xlorlu su, işıq, kosmetik vasitələr, kontakt linzalar) təsirilə yaranan ödemin və konyuktivanın hiperemiyasının aradan götürülməsi üçün.

Əks göstərişlər

  • 8 yaşa qədər uşaq dövrü
  • preparatın komponentlərinə qarşı yüksək həssaslıq
  • qapalıbucaqlı qlaukoma və buynuz qişanın endotelial-epitelial distrofiyası

Ehtiyatla

Ağır ürək-damar xəstəlikləri (ürəyin işemik xəstəliyi, arterial hipertenziya, aritmiyalar, anevrizma), hipertireoz, feoxromasitoma, şəkərli diabeti olan və monoaminooksidaza və ya arterial təzyiqi qaldıra bilən digər vasitələrdən istifadə edən xəstələr.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparatı monoaminooksidazanın inhibitorları ilə birlikdə və onların qəbulu dayandırıldıqdan sonra 10 gün müddətində istifadə etmək olmaz.

Xüsusi göstərişlər

Preparatı damızdımamışdan əvvəl kontakt linzaları çıxarmaq və təqribən 15 dəqiqədən sonra yenidən taxmaq lazımdır. Şəffaflığın pozulması mümkün olduğu üçün preparatın yumşaq linzalarla bilavasitə kontaktından çəkinmək lazımdır. Vizini gözlərin yalnız yüngül qıcıqlanması zamanı istifadə etmək lazımdır.

Gözlərdə intensiv ağrılar, baş ağrıları, görmənin itməsi, gözlərin önündə “üzən” ləkələr, gözlərin qızarması, işığın təsirindən ağrı və ya gözlərdə ikiləşmə yarandıqda təcili olaraq həkimə müraciət etmək lazımdır.

Əgər qıcıqlanma və ya qızartı görmə üzvünün ciddi xəstəliyi ilə-infeksiya, yad cisim və ya buynuz qişanın kimyəvi travması ilə əlaqədardırsa, Vizini istifadə etmək olmaz.

Doza həddinin aşılmasının hər hansı bir simptomu yarandıqda təcili olaraq həkimə müraciət etmək lazımdır!

Əgər dərman vasitəsi yararsız haldadırsa və ya yararlılıq müddəti bitmişdirsə, onu axar sulara və küçəyə atmayın! Dərman vasitəsini paketə qoyub zibil konteynerinə atın. Bu tədbirlər ətraf mühiti qorumağa kömək edər!

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ümumi reaksiyaların riskini nəzərə alaraq, preparatı hamiləlik və laktasiya dövründə yalnız o zaman istifadə etmək  mümkündür ki, həkimin fikrincə ana üçün ehtimal olunan fayda döl və uşaq üçün potensial riskdən üstündür

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nadir hallarda Vizinin istifadəsindən sonra bəbəklərin genişlənməsi müşahidə olunur və görmənin dumanlanması yaranır, bu isə avtomobilin və mexanizmlərin idarə olunması qabiliyyətinə təsir edə bilər.

İstifadə qaydası və dozası

Zədələnmiş gözə sutkada 2-3 dəfə 1 və ya 2 damcı. Preparatın fasiləsiz olaraq, 4 gündən artıq istifadəsi tövsiyyə olunmur. Əgər 48 saat ərzində vəziyyət yaxşılaşmırsa, qıcıqlanma və qızartı saxlanırsa və ya artırsa, preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Flakon-damcısalanın istifadəsi

Flakon-damcısalanın qapağını çıxarmaq və flakonu çevirmək lazımdır.

Flakonun ucu ilə hər hansı səthlərə toxunmaq olmaz.

İstifadədən sonra flakon-damcısalanın qapağını bağlamaq lazımdır.

Əlavə təsirləri

Nadir

  • yanma hissi, gözlərin qızarması, gözdə ağrı, sancma hissi, görmənin bulanması, konyuktivanın qıcıqlanması, bəbəyin genişlənməsi.

Sistem effektlər mümkündür: baş ağrısı, başgicəllənmə, ürəkbulanma, yuxululuq, yuxusuzluq, tremor, midriaz, taxikardiya, hiperqlikemiya, arterial təzyiqin yüksəlməsi, ürək fəaliyyətinin pozulması, allergik reaksiyalar. Yuxarıda göstərilən əlamətlər meydana çıxdıqda həkimə müraciət etmək lazımdır.

Doza həddinin aşılması

Təlimata müvafiq olaraq istifadə etdikdə doza həddinin aşılması hallarının yaranma riski minimaldır. Lakin ehtiyatsızlıq üzündən mədə-bağırsaq traktına düşdükdə aşağıdakı simptomlar yarana bilər: bəbəklərin genişlənməsi, ürəkbulanma, sianoz, titrəmə, qıcolmalar, taxikardiya, aritmiya, ürəyin dayanması, arterial təzyiqin yüksəlməsi, ağciyərlərin ödemi, tənəffüs, mərkəzi sinir sisteminin funksiyasının pozulması və koma. Preparatın sorulması ilə əlaqədar doza həddinin aşılması simptomları yenidoğulmuşlarda və kiçik uşaqlarda, xüsusilə udulması zamanı yüksəkdir.

Müalicə: gözlərin çoxlu miqdarda su ilə yuyulması, daxilə düşdükdə: aktivləşdirilmiş kömür, mədənin yuyulması, oksigenlə inhalyasiya, qızdırmasalıcı və qıcolma əleyhinə vasitələr. Arterial təzyiqin azaldılması üçün hipotenziv preparatlar istifadə olunur. Arterial təzyiqi aşağı olan xəstələr üçün vazopressor vasitələr əks göstərişdir. Tetrizolin hidroxloridin antidotu məlum deyil.

Buraxılış forması

15 ml preparat, damcısalma cihazı və ilkin açılma üçün nəzarət-polipropilen lentli burulan  plastik qapağı olan, aşağı sıxlıqlı polietilendən hazırlanan flakonda.

1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yuxarı olmayan temperaturda saxlamaq lazımdır.

Flakon açılıdıqdan sonra bir ay müddətində istifadə etmək olar.

Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Yanssen Farmasevtika N.V., Turnxoutseveq 30, В-2340 Beerse, Belçika

Qeydiyyat vəsiqəsinin sahibinin adı və ünvanı

“Conson & Conson”, MMC, Rusiya Federasiyası, 121614, Moskva şəh., Krılatskaya küç., ev. 17, tikili. 2, tel. (495) 726-55-55

Qablaşdıran təşkilatın adı və ünvanı

Yanssen Farmasevtika N.V., Belçika

Azərbaycan Respublikası ərazisində preparatın (məhsulun) keyfiyyətinə görə istifadəçilərdən iradları qəbul edən təşkilatın ünvanı

“Conson & Conson” MMC, Rusiya, 121614, Moskva şəh., Krılatskaya küç., ev 17, tikili 2, tel. (495) 726-55-55

KONTRENDIKASYONLAR VAR. ISTIFADƏ ETMƏDƏN ƏVVƏL BIR HƏKIMƏ MÜRACIƏT EDIN VƏ TƏLIMATLARA BAXIN.