Skip to main content

Search

Search

TİZİN® preparatı haqqında

Burun boşluğunun selikli qişasında inkişaf edən iltihabi proses rinit (zökəm) adlanır. Əksər hallarda bu soyuqdəymə xəstəliyi və ya qripin əlamətidir. Sonuncu halda çox vaxt üşütmə, burun-boğaz nahiyəsində quruluq hissi və bəzən burun kanallarında qaşınma və asqırma müşayiət olunur. Kəskin rinit zamanı ən çox burun tutulmasına və çətin nəfəs almaya rast gəlinir. Burun yaylığından ayrılmayan və burun tutulması ilə bağlı diskomfort yaşayan hər kəs: "Zökəmə necə qalib gəlməli?" sualını verir. Burun spreyləri bu problemi həll edə bilər.

Tizin® burun şişməsinin və burun tutulmasının aradan qaldırılması üçün nəzərdə tutulmuş sprey formasında preparatdır.

Preparatın tərkibinə daxil olan aktiv təsiredici maddəsi selikli qişanın şişini azaldaraq və sekresiyanın xaric olunmasını yaxşılaşdıraraq burun nəfəsini yüngülləşdirən hidroxlorid ksilometazolindir1. Təcrübədə burun spreyi xəstəliyin yaranması səbəblərindən asılı olmayaraq, kəskin və ya xroniki rinit kəskinləşmələrinin kompleks müalicəsinin tərkibində istifadə olunur. Alfa-adrenostimulyator olan Ksilometazolin, qan damarlarının daralmasına imkan yaradır ki, bu da şişin azalmasında özünü büruzə verir. Belə effekt sayəsində, Tizin® həmçinin allergik təbiətə malik olan rinitin müalicəsi üçün istifadə olunur.

Tizin® tez (effekt 5-10 dəqiqədən sonra meydana gəlir *) və uzun müddət ərzində (8 saata qədər) müxtəlif mənşəli zökəm zamanı burun tutulmasını aradan qaldırır1

Burun spreyləri üçün istifadə rahatlığı və soyuqdəymə və allergik xəstəliklər zamanı daha sürətli effektə nail olmaq səciyyəvidir. Dərman preparatının belə formasının əsas üstünlüyü dozanın dəqiqliyidir ki, bu da xəstəyə kifayət qədər yüksək təhlükəsizlik profilinə malik vasitədən qənaətlə istifadə etməyə imkan verir1.

TİZİN® Sprey istifadəsi üzrə təlimatı yükləmək

1 Preparatın tibbi tətbiqi üzrə təlimata əsasən; A.İ.Prilepin. Sahə pediatrının təcrübəsində kəskin soyuqdəymə rinitləri // Rus tibb jurnalı. 8 iyul 2009 № 15.

KONTRENDIKASYONLAR VAR. ISTIFADƏ ETMƏDƏN ƏVVƏL BIR HƏKIMƏ MÜRACIƏT EDIN VƏ TƏLIMATLARA BAXIN.