Skip to main content

Search

Search

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

RİNZASİP ® VİTAMİN C İLƏ daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz (portağallı, limonlu, qara qarağatlı)

RINZASIP ® WITH VITAMIN C

Beynəlxalq patentləşdirilməmiş adı: Ascorbic acid + Caffeine + Paracetamol + Phenylephrine + Pheniramine

Tərkibi

Təsiredici maddələr: hər paketin (5 q) tərkibində 200 mq askorbin turşusu (vitamin С), 30 mq kofein, 750 mq parasetamol, 10 mq fenilefrin hidroxlorid, 20 mq feniramin maleat vardır.

Köməkçi maddələr:

portağallı toz: limon turşusu, natrium saxarin, natrium sitrat, saxaroza, günəş qürubu sarısı rəngləyicisi, portağal dadvericisi;

limonlu toz: limon turşusu, natrium saxarin, natrium sitrat, saxaroza, xinolin sarısı rəngləyicisi, limon dadvericisi;

qara qarağatlı toz: limon turşusu, natrium saxarin, natrium sitrat, saxaroza, azorubin rəngləyicisi, meyvə dadvericisi (Tutti Frutti), moruq dadvericisi, qara qarağat dadvericisi.

Təsviri

Portağallı toz: açıq-narıncı rəngdən narıncı rəngə kimi ağ və narıncı hissəcikli toz;

Limonlu toz: açıq-sarı rəngdən sarı rəngə kimi ağ və sarı hissəcikli toz;

Qara qarağatlı toz: çəhrayı rəngdən çəhrayı-qırmızı rəngə kimi ağ və qırmızı hissəcikli toz

Farmakoterapevtik qrupu

Kəskin respirator xəstəlik (KRX) və “soyuqdəymə” simptomlarının aradan qaldırılması üçün vasitə (qeyri-narkotik analgetik + psixostimulyator + Н1-histamin reseptorlarının blokatoru + alfa-adrenomimetik + vitamin).

ATC kodu: N02BE71

Farmakoloji xüsusiyyətləri

Kombinəolunmuş preparatdır, qızdırmasalıcı, analgetik, alfa-adrenostimulyator, damardaraldıcı və antihistamin təsir göstərir, “soyuqdəymə” simptomlarını aradan qaldırır.

Parasetamol - qeyri-narkotik analgetikdir, əsasən mərkəzi sinir sistemində ağrı və termorequlyasiya mərkəzlərinə təsir göstərərək siklooksigenazanı (SOG) blokadaya alır; ağrıkəsici və qızdırmasalıcı təsir göstərir.

Fenilefrin – ortamüddətli damardaraldıcı təsirə malik alfa-adrenomimetikdir. Tənəffüs yollarının yuxarı hissələrinin və əlavə ciblərin selikli qişalarının ödem və hiperemiyasını azaldır.

Feniramin - H1-histamin reseptorlarının blokatorudur. Allergiya əleyhinə təsir göstərir: gözlərdə, burunda və boğazda qaşınmanı, burun boşluğunun, burun-udlaq və burunətrafı ciblərin selikli qişasında ödem və hiperemiyanı aradan qaldırır, ekssudativ təzahürləri azaldır.

Kofein - mərkəzi sinir sisteminə stimuləedici təsirə malikdir, analgetiklərin təsirini gücləndirir, fiziki və əqli işgörmə qabiliyyətini yüksəldir, yorğunluğu və yuxululuğu azaldır.

Askorbin turşusu (vitamin C) - oksidləşmə-reduksiya reaksiyalarının tənzimlənməsində, karbohidrat mübadiləsində, qanın laxtalanmasında, toxumaların regenerasiyasında, steroid hormonların sintezində iştirak edir; damarların keçiriciliyini aşağı salır və ətraf mühitin müxtəlif əlverişsiz təsirlərinə qarşı orqanizmin müqavimətini yüksəldir.

İstifadəsinə göstərişlər

Soyuqdəymə xəstəliklərinin, qripin, kəskin respirator virus infeksiyasının (KRVİ) (titrətmə sindromu, ağrı sindromu, rinoreya) simptomatik müalicəsi.

Əks göstərişlər

  • yüksək həssaslıq;
  • tərkibində preparatın tərkibinə daxil olan maddələr olan digər preparatların eyni zamanda qəbulu;
  • trisiklik antidepressantların, monoaminoksidazanın inhibitorlarının, beta-adrenoblokatorların eyni zamanda qəbulu;
  • portal hipertenziya, alkoqolizm
  • saxaraza/izomaltaza çatışmazlığı, fruktozaya dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası;
  • hamiləlik və laktasiya dövrü; uşaq yaş dövrü (15 yaşa kimi).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

MAO inhibitorlarının, sedativ preparatların, etanolun effektini gücləndirir.

Antidepressantlar, Parkinson xəstəliyi əleyhinə vasitələr, antipsixotik vasitələr, fenotiazin törəmələri sidik ləngiməsinin, ağızda quruluğun, qəbizliyin inkişaf riskini yüksəldir.

Qlükokortikosteroidlər qlaukomanın inkişaf riskini artırır.

Parasetamol diuretik preparatların effektivliyini aşağı salır.

Feniramin eyni zamanda MAO inhibitorları, Furazolidon ilə hipertonik krizə, qıcıqlanmaya, hiperpireksiyaya gətirib çıxara bilər.

Tritsiklik antidepressantlar Fenilefrinin adrenomimetik təsirini gücləndirir, eyni zamanda halotan ilə təyini mədəcik aritmiyasının inkişaf riskini yüksəldir.

Barbituratlar, Difenin, Karbamazepin, Rifampisin və qaraciyərin mikrosomal fermentlərinin digər induktorları ilə preparatın eyni zamanda təyini zamanı Parasetamolun hepatotoksik təsirinin inkişaf riski yüksəlir.

Ehtiyat tədbirləri

Ehtiyatla – koronar arteriyaların nəzərəçarpan aterosklerozu, arterial hipertenziya, tireotoksikoz, feoxromositoma, şəkərli diabet, bronxial astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, qlükoza-6-fosfatdehidrogenazanın çatışmazlığı, qan xəstəlikləri, anadangəlmə hiperbilirubinemiyalar (Jilber, Dubin-Conson və Rotor sindromları), qaraciyər və/və ya böyrək çatışmazlığı, bağlıbucaqlı qlaukoma, prostat vəzinin hiperplaziyası.

Terapevtik effekt olmadıqda (3 gündən artıq müddətdə hipertermiya və 5 gündən artıq müddətdə ağrı sindromu) həkimə müraciət edin.

Preparatın tərkibində şəkər vardır, bunu şəkərli diabet olan xəstələr, həmçinin aşağı kalorili pəhrizdə olan şəxslər nəzərə almalıdırlar. Preparatın birdəfəlik dozasının tərkibində 2915,0 mq-dan 3136,0 mq-a qədər saxaroza vardır, bu da 0,24 - 0,26 ÇV-nə (çörək vahidi) bərabərdir.

Zədələnmiş saşedən (paketlərdən) preparatı istifadə etmək lazım deyil.

Xüsusi göstərişlər

Müalicə zamanı alkoqolun, yuxugətiricilərin və anksiolitik (trankvilizatorlar) dərman vasitələrinin qəbulundan uzaq olmaq lazımdır. Tərkibində Parasetamol olan digər dərman vasitələri ilə birlikdə qəbul etməyin. Diqqətin konsentrasiyasını, fiziki və psixi reaksiyaların yüksək sürətini tələb edən işlərin icrası zamanı ehtiyatlı olmaq lazımdır. Əgər xəstəliyin simptomları 3-5 gün müddətində keçməzsə, həkimə müraciət edin.

Əgər dərman vasitəsi yararsız hala düşərsə və ya istifadə müddəti bitərsə, onu çirkab sularına və ya küçəyə tullamayın! Dərman vasitəsini paketə yerləşdirin və zibil qutusuna atın. Bu tədbirlər ətraf mühiti qorumağa kömək edəcək!

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparat hamiləlik və laktasiya dövründə əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın qəbulu zamanı nəqliyyat vasitələrinin idarə edilməsindən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Daxilə qəbul edilir.

Bir paketin içərisindəkini stəkana tökmək, üzərinə isti su əlavə etmək, tam həll olana kimi qarışdırmaq və içmək (istəyə görə şəkər və ya bal əlavə etmək olar). Preparatı kifayət qədər su ilə qida qəbulundan 1-2 saat sonra qəbul etmək lazımdır. Böyüklər və 15 yaşdan yuxarı uşaqlar üçün: qəbullar arasındakı interval 4-6 saat olmaqla bir paketdən gündə 3-4 dəfə qəbul edilməlidir. Maksimal sutkalıq doza - 4 paketdir. Müalicə kursu 5 gündən çox olmamalıdır.

Əlavə təsirləri

Ciddi dəri reaksiyaları:

Çox nadir hallarda:

  • Kəskin geniş yayılmış ekzantematoz pustulyoz (KGEP). İrinli səpgilərin inkişafı ilə müşayiət olunan kəskin vəziyyət. Qızdırma və gicişmə, qaşınma ilə müşayiət olunan diffuz eritema ilə xarakterizə olunur. Üzdə, əllərdə və selikli qişalarda şişkinlik (ödem) yarana bilər.
  • Stivens-Conson Sindromu (SCS)(bədxassəli ekssudativ eritema). Ağız boşluğu, boğaz, göz, cinsiyyət orqanlarının və dəri, selikli qişaların digər nahiyələrində suluqların yaranması ilə müşayiət olunan çoxformalı eritemanın ağır forması.
  • Toksiki epidermal nekroliz (TEN, Layell sindromu).

Sindromdur geniş apoptozokeratinositlərin nəticəsidir ki,bu da dərinin dermoepidermal birləşməsi hissələrində iri sahələrin laylanmasına səbəb olur. Zədələnmiş sahələrdə dəri zahirən qaynar su yanığına bənzəyir.

Əgər Siz yuxarıda göstərilən hər hansı bir arzuolunmaz təsir müşahidə etsəniz preparatın qəbulunu dayandırın və dərhal həkimə müraciət edin!

Allergik reaksiyalar: dəri səpgisi, qaşınma, övrə, angionevrotik ödem.

Sinir sistemi: başgicəllənmə, yuxuya getmənin pozulması, yüksəlmiş oyanıqlıq.

Ürək-damar sistemi: arterial təzyiqin yüksəlməsi, taxikardiya.

Həzm sistemi: ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, ağız boşluğunun selikli qişasının quruluğu, hepatotoksik təsir.

Hiss orqanları: midriaz, akkomodasiyanın parezi, gözdaxili təzyiqin yüksəlməsi.

Qanyaradıcı sistem: anemiya, trombositopeniya, aqranulositoz, hemolitik anemiya, aplastik anemiya, methemoqlobinemiya, pansitopeniya.

Sidikqovucu sistem: sidiyin ləngiməsi, nefrotoksiklik (papillyar nekroz).

Digər: bronxospazm.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı dərhal həkimə müraciət etmək lazımdır. Hətta hər hansı bir əlamət və simptom müşahidə etməsəniz belə, tibbi yardımın tez göstərilməsi çox əhəmiyyətlidir.

Simptomlar (əsasən parasetamolun təsirindən asılı olan), 7,5-10 q-dan artıq dozada qəbul olunduqda meydana çıxır: qəbuldan sonra ilk 24 saat ərzində- dəri ortüklərinin solğunluğu, ürəkbulanma, qusma; anoreksiya, abdominal ağrı; protrombin vaxtının uzanması, qlükozanın metabolizminin pozulması. Qaraciyər funksiyasının pozulmaları simptomları doza həddinin aşılmasından 12-48 saat sonra meydana çıxa bilərlər: “qaraciyər” transaminazalarının aktivliyinin artması, hepatonekroz. Ağır hallarda- proqressivləşən (tədricən artan) ensefalopatiya ilə təzahür olunan qaraciyər catışmazlığı, koma. Nadir hallarda qaraciyər catışmazlığı ildırım sürətilə inkişaf edir və böyrək catışmazlığı ilə (tubulyar nekrozla) ağırlaşa bilər.

Müalicəsi: mədənin yuyulması,doza həddinin aşılmasından sonra ilk 6 saat ərzində aktivləşdirilmiş kömürün təyini, doza həddinin aşılmasından 8-9 saat sonra SH-qrup donatorlarının yeridilməsi və qlütation-metionin sintezi sələflərinin təyin olunması və 12 saat sonra asetilsisteinin təyin olunması. Əlavə müalicəvi tədbirlərin tətbiq edilməsinin vacibliyi (sonrakı metionin və asesilsisteyinin yeridilməsi) qanda parasetamolun konsentrasiyası ilə, həmçinin onun qəbulundan sonra ötən vaxtla müəyyən edilir, simptomatik müalicə.

Buraxılış forması

Daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz (portağallı, limonlu, qara qarağatlı).

5 q preparat, polietilen və poliesterlə laminəolunmuş, alüminium folqadan olan paketdə. 5 və ya 10 paket içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yuxarı olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

«Yunik Farmasyutikal Laboratoriz»

(«C.B. Kemikals & Farmasyutikals MMC» - nin bölməsi)
Vorli, Mumbay - 400 030, Hindistan

İddiaları qəbul edən təşkilat

«Conson & Conson» MMC

Rusiya, 121614, Moskva ş., Krılatskaya küç., 17,, tikinti 2; tel: (495) 726-55-55

www.rinza.ru

KONTRENDIKASYONLAR VAR. ISTIFADƏ ETMƏDƏN ƏVVƏL BIR HƏKIMƏ MÜRACIƏT EDIN VƏ TƏLIMATLARA BAXIN.