Skip to main content

RİNZA® qrip və soyuqdəymə əleyhinə vasitələr

Heç də hər kəsin evdə çarpayıda uzanaraq və heç nə etmədən xəstələnmək imkanı yoxdur. Həyatın müasir ritmi həmişə aktiv və sağlam olmaq ehtiyacını diktə edir. Buna görə soyuqdəymə karyera artımına və özünü təkmilləşdirməyə gedən yolda, ailə ilə səmərəli istirahətə, uşaqların işlərində iştiraka maneə ola bilər.

Soyuqdəymə hətta ən sağlam insanlardan belə yan keçmir. Bu, mikrobların müxtəlif virulentliyi, epidemiyalar dövründə xəstə şəxslərlə əlaqələrin tamamilə istisna olunmasının mümkünsüzlüyü, immun statusunun mövsümi dəyişiklikləri və s. amillər ilə əlaqədardır. Buna görə də müalicə məsələsi hamı üçün aktual olaraq qalır.

Soyuqdəymə yarandığı zaman nə etməli?

Soyuqdəymələrin səbəbini müalicə etmək çətindir. Bu, xəstəliyə səbəb olan amili həmişə aşkar etməyin həmişə mümkün olmaması ilə əlaqəlidir. Bəzi KRVİ-lərin müalicəsi üçün hələ antivirus vasitələr ixtira edilməmişdir, immunomodulyatorlar isə kifayət qədər tədqiq edilməmişdir və yalnız müvafiq immunoloji müayinədən sonra tətbiq edilə bilərlər. Buna görə də soyuqdəymə xəstəliklərinin simptomatik müalicəsi özünü tamamilə doğrultmuşdur.

RİNZA®həbləri qrip (qızdırma sindromu, ağrı sindromu, rinoreya) də daxil olmaqla, “soyuqdəymə xəstəlikləri”, KRVİ-lərin simptomatik müalicəsində istifadə olunur. İstifadəsi üzrə təlimatına əsasən preparat hərarətin azalmasına, baş ağrısının azalmasına, zökəmin və burun tıxanıqlığının aradan qaldırılmasına kömək edir.

Aktiv məddələri

RİNZA® preparatının tərkibinə daxil olan parasetamol qızdırmanı aşağı salan və ağrıkəsici təsir göstərir. O, oynaq, baş və əzələ ağrısını azaldır, yüksək hərarəti salır, boğaz ağrısını yüngülləşdirir. Fenilefrin burnun əlavə ciblərinin və yuxarı tənəffüs yollarının selikli qişalarının hiperemiyasını və şişkinliyini aradan qaldırmağa kömək edir. Xlorfenamin burun, göz və boğazda qaşınmanı aradan qaldırır, burnun, burun-udlaq nahiyəsinin və burnun əlavə ciblərinin selikli qişalarının şişkinliyini və qızartısını aradan qaldırmağa, eləcə də eksudativ təzahürləri azaltmağa kömək edir. Kofein parasetamolun ağrıkəsici təsirini gücləndirir1.

Soyuqdəymənin əlamətlərinin müalicəsinə zamanında başlamaq — normal fəaliyyətə daha tez geri dönmək, uzun müddət yataqda qalmaqdan və güclü naxoşluqdan yan qaçmaq deməkdir.

RİNZA® qrip əleyhinə həblər" üçün təlimatı yükləmək

1 Kofein parasetamolun təsirini gücləndirir. “Kofein absorbasiyanı sürətləndirir və asetaminofenin analgetik effektini gücləndirir” Bertold Renner, tibb doktoru, Ceff Klark, FCB, Tim Qrattan, FCB, Angelika Beyzal, Kristian Müller, tibb doktoru, Ulrike Verner, elmlər doktoru, Gerd Kobal, tibb doktoru və Kay Brune, tibb doktoru, 18 aprel 2017-ci ildə The Journal of Clinical Pharmacology nəşrində Dərc edilmişdir

2 Preparatın tibbi istifadəsi üzrə təlimata əsasən.

ƏKS-GÖSTƏRİŞLƏRİ VARDIR. İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL HƏKİMLƏ MƏSLƏHƏTLƏŞMƏK VƏ İSTİFADƏ TƏLİMATIYLA TANIŞ OLMAQ LAZIMDIR.