Skip to main content

Search

Search

Məxfilik siyasəti

www.jnjconsumerkz.com saytına xoş gəlmisiniz. Bu sayt “Johnson&Johnson” MMC şirkətinə məxsusdur. “Johnson&Johnson” MMC məxfilik məsələlərinə ciddi yanaşır və informasiyanı necə topladığımız, istifadə etdiyimiz və açdığımızla sizi tanış etmək istərdi. Bu Məxfilik siyasəti sizin hazırki Məxfilik siyasətinə giriş aldığınız sayt da daxil olmaqla, idarə və nəzarət etdiyimiz veb-sayt və ya veb-obyektlərdən (məsələn, mobil veb-sayt və qoşmalar da daxil olmaqla) (hər biri ayrı-ayrılıqda — “Sayt”) tərəfimizdən və ya xidmət təchizatçılarımız tərəfindən toplanan informasiya ilə iş metodlarımızı təsvir edir. Öz şəxsi informasiyanızı bizə təqdim etməklə, yaxud bu Saytdan istifadə etməklə siz hazırki Məxfilik siyasətinin şərtləri və müddəaları ilə razılaşmış olursunuz.

İNFORMASİYA YIĞIMI

Sizin tərəfinizdən təqdim olunan informasiya

Bəzi funksiyaların üstünlüklərindən (məsələn, xəbər göndərişlərinə abunədən, keçid məsləhətlərindən/göstərcilərindən) yararlana və ya konkret fəaliyyət növündə (məsələn, konkursda və ya digər promo-aksiyalarda) iştirak edə bilməniz üçün bu Saytın bəzi bölümləri sizdən şəxsi informasiyanızı təqdim etməyi xahiş edə bilər. Hansı informasiyanın vacib olduğu, hansının isə olmadığı haqqında sizə xəbərdarlıq ediləcəkdir.

Sizin tərəfinizdən təqdim olunan informasiyanı biz haqqınızda topladığımız (onlayn və ya offlayn) digər informasiya ilə birləşdirə bilərik. Biz onu həmçinin sizin haqqınızda digər mənbələrdən, məsələn, Johnson & Johnson şirkətinin digər qüvvədə olan kampaniyalarından, açıq informasiya mənbələrindən (sizin sosial media-resurslardakı açıq profilinizdən götürülmüş informasiya da daxil olmaqla) və üçüncü şəxslərdən əldə edilən informasiya ilə də birləşdirə bilərik.

Passiv informasiya yığımı və istifadəsi

Bu Sayt üzrə hərəkət edən zaman müxtəlif texnologiyalardan istifadə edtməklə passiv  informasiya yığımı (yəni bu informasiyanın sizin tərəfinizdən aktiv üsulla ötürülməsi olmadan) mümkündür. Biz və bizim kənar xidmət təchizatçılarımız o cümlədən aşağıdakılar da daxil olmaqla müxtəlif üsullarla informasiyanı passiv şəkildə toplayır və istifadə edirik:

Sizin brauzeriniz vasitəsilə: Brauzerlərin əksəriyyəti tərəfindən müəyyən informasiya, məsələn, verilənlərin ötürülməsi mühitinə girişi idarəetmə ünvanınız (Media Access Control, MAC), kompüterinizin əməliyyat sisteminin tipi və versiyası, ekranın yolvermə qabiliyyəti, İnternet-brauzerin tipi və versiyası kimi məlumatlar toplanır. Əgər siz Sayta mobul qurğu vasitəsilə girirsinizsə, biz, məsələn, qurğunuzun tipi və identifikatoru kimi məlumatları toplaya bilərik.

Cookie fayllarından istifadə etməklə: Cookie faylları — bilavasitə sizin istifadə etdiyiniz kompüterdə saxlanılan informasiya fraqmentləridir. Cookie faylları bizə, digər məsələlərlə yanaşı, brauzer tipi, Saytda keçirilən vaxt, baxılan səhifələr və dil seçimi kimi informasiyanı toplamağa imkan verir. Biz və bizim xidmət təchizatçılarımız bu informasiyadan təhlükısizliyin təminatı məqsədilə, naviqasiyanı yüngülləşdirmək üçün, informasiyanı daha səmərəli şəkildə əks etdirmək və bu Saytın sizin tərəfinizdən istifadəsini şəxsiləşdirmək üçün istifadə edirik. Bizim həmçinin Cookie fayllarından sizin kompüterinizin və ya qurğunuzun tanımlanması üçün istifadə edirik ki, bu da bu Saytın sizin tərəfinizdən istifadəsini yüngülləşdirir. Bundan başqa, biz Cookie fayllarından onun üçün istifadə edirik ki, bu Saytın dizaynını və funksionallığını daim təkmilləşdirmək, ayrı-ayrı şəxslərin ondan necə istifadə etdiklərini başa düşmək və bununla bağlı suaların həlli zamanı dəstək olmaq məqsədilə bu Saytdan istifadə barədə statistik məlumatları toplayaq. Eləcə də Cookie faylları bizə sizin daha çox xoşunuza gələ biləcək reklam və təklifləri seçmək və bu Saytda olduğunuz vaxt onları nümayiş etdirmək imkanı verir. Biz Cookie fayllarından həmçinin istehlakçıların bizim reklamımıza cavablarını izləmək üçün istifadə edə bilərik.

Siz öz brauzerinizin təlimatlarını yerinə yetirməklə Cookie faylları qəbul etməkdən imtina edə bilərsiniz; lakin, əgər siz onları qəbul etməsəniz, Saytın istifadəsi zamanı bəzi narahatlıqlarla üzləşə bilərsiniz. Eləcə də, siz, ola bilsin ki, bizdən öz maraq və ehtiyaclarınıza uyğun gələn reklam və digər təklifləri ala bilməyəcəksiniz. Cookie faylları haqqında daha çox məlumat əldə etmək üçün www.allaboutcookies.org saytına daxil olun (link is external).

Flash cookie fayllarından istifadə etməklə: Tərəfimizdən Adobe Flash texnologiyasıdan (o cümlədən, lokal olaraq girilə bilən Flash obyektlərindən [«Flash LSO»]) istifadə edilməsi bizə, hər şeydən əlavə, sizə daha şəxsiləşdirilmiş informasiya təqdim etmək, bu Sayta sizin daimi girə bilmənizi və ondan istifadə edə bilmənizi təmin etmək, eləcə də sizin tərəfinizdən bu Saytın istifadəsi barədə informasiyanı toplamaq və saxlamaq imkanı verir. Əgər Flash LSO obyektlərini öz kompüterinizdə saxlamaq istəmirsinizsə, veb-sayt saxlanc yerinin sazlama panelindəki (link is external) alətlərdən istifadə etməklə öz Flash player modulunuzun göstərişlərini nizamlaya bilərsiniz. Qlobal saxlanc yerinin sazlama panelinə keçməklə (link is external) və təlimatları yerinə yetirməklə (bu, məsələn, mövcud Flash LSO obyektlərini (Macromedia saytında “informasiya” adlandırılan obyektləri) necə silməyi, sizin icazəniz olmadan Flash LSO obyektlərinin kompüterinizdə yerləşdirilməsinin qarşısını necə almağı və (Flash Player 8 və daha yeni versiyalar üçün) hazırki anda olduğunuz səhifənin operatoru kimi çıxış etməyən Flash LSO obyektlərini necə əngəlləməyi izah edən təlimatları özündə birləşdirə bilər) siz həmçinin Flash LSO obyektlərini idarə edə bilərsiniz. Diqqət yetirin ki, Flash Player modulunun Flash LSO obyektlərinin qəbulu həcminin məhfuflaşdırılması və ya azaldılması üçün sazlanması, nəzəri cəhətdən, bu Saytla və ya bizim onlayn-kontentlə əlaqədar istifadə edilən Flash qoşmaları da daxil olmaqla, bəzi Flash qoşmalarının funksionallığını aşağı sala və ya çətinləşdirə bilər.

Veb-böcəklərdən, veb-mayaklardan, şəffaf GIF və ya digər oxşar texnologiyalardan istifadə etməklə: Bunlar, digər məsələlərlə yanaşı, Sayt istifadəçilərinin və elektron məlumat alanların hərəkətlərini izləmək, reklam kampaniyalarımızın uğurunu müəyyən etmək və Saytdan istifadənin və cavab verənlər payının statistikasını yaratmaq üçün Saytın bəzi səhifələri və HTML formatında olan elektron məlumatlarla əlaqədar istifadə oluna bilər.

Davranış onlayn-reklamı vasitəsilə: Cookie fayllarından, veb-böcəklərdən, veb-mayaklardan, şəffaf GIF və ya digər oxşar texnologiyalardan istifadə kənar təchizatçılarımıza siz Sayta, İnternetdəki digər veb-saytlara və ya veb-obyektlərə daxil olduğunuz zaman bizim məhsullar və xidmətlər haqqında reklam təqdim etmək imkanı verir. Bu təchizatçılar Saytda, İnternetdəki digər veb-saytlarda və ya veb-obyektlərdə veb-böcəklər, veb-mayaklar, şəffaf GIF və ya digər oxşar texnologiyalar yerləşdirə, eləcə də siz Sayta, digər veb-saytlara və ya veb-obyektlərə daxil olduğunuz zaman üçüncü tərəflərin cookie fayllarını yerləşdirə və ya tanımlaya bilər. Onlar sizin Sayta, digər veb-saytlara və ya veb-obyektlərə daxilolmalarınız haqqında informasiyadan sizə maraqlı ola biləcək məhsul və xidmətlər barədə reklam yerləşdirmək üçün istifadə edə bilərlər.

IP-ünvan: Sizin IP-ünvanınız — internet-xidmət provayderiniz tərəfindən sizin kompüterə avtomatik olaraq verilən nömrədir. İstifadəçi hər dəfə Sayta daxil olduqda IP-ünvan serverimizin faylarında identifikasiya olunur və avtomatik olaraq qeydiyyata alınır; bundan başqa, daxilolma vaxtı və baxılan səhifələr qeydiyyata alınır. IP-ünvanların yığımı İnternetdə standart praktikadır və bir çox veb-saytlar tərəfindən avtomatik olaraq yerinə yetirilir. Biz IP-ünvanlardan Sayta daxilolma səviyyəsinin hesablanması, serverdə problemlərin diaqnostikası və Saytın inzibati idarə olunması kimi məqsədlər üçün istifadə edirik.

Qurğu haqqında informasiya: Biz sizin mobil qurğunuz haqqında informasiyanı toplaya bilərik, məsələn, unikal qurğu identifikatoru. 

Biz informasiyadan necə istifadə edir və onu necə açırıq

Biz sizin tərəfinizdən bizə təqdim olunmuş informasiyanı biz həmin informasiyanın yığımı anında göstərildiyi kimi istifadə edir və açırıq.

Sizdən aldığımız və ya sizin haqqınızda olan informasiyadan biz həmçinin aşağıdakı kimi istifadə edirik:

  • sizin suallara cavab verilməsi və sorğularınızın yerinə yetirilməsi, məsələn, sizin tərəfinizdən tələb olunan sənədlərin və ya xəbərdarlıqların elektron poçt vasitəsilə göndərilməsi üçün;
  • şərtlərimiz, müddəalarımız və siyasətimizdəki dəyişikliklər və (və ya) digər inzibati xarakterli informasiya da daxil olmaqla, sizinlə münasibətlərimiz barədə və ya Sayt barədə vacib informasiyanın sizə göndərilməsi üçün;
  • biznes məqsədləri, məsələn, verilənlərin təhlili, auditor yoxlaması, yeni məhsulların işlənib hazırlanması, veb-saytın funksiyalarının genişləndirilməsi, məhsul və xidmətlərimizin təkmilləşdirilməsi, Saytdan istifadə tedensiyalarının identifikasiyası, sizin üçün uyğunlaşdırılmış məhsul və təkliflərin təqdim olunması hesabına Saytda iş təcrübənizin şəxsiləşdirilməsi və reklam kampaniyalarımızın səmərəliliyinin müəyyən edilməsi üçün.

Biz həmçinin Sayt vasitəsilə toplanmış informasiyanı aşağıdakılara açırıq:

  • hazırki Məxfilik iyasətində təsvir edilmiş məqsədlərlə bizimlə bağlı şəxslərə. Bizə bağlı şəxslərin siyahısına burada girə bilərsiniz (link is external) (“SEC sənədləri” bölümü nəzdində Forma 10K, Qoşma 21-i gözdən keçirmək üçün keçidə basın). “Johnson&Johnson” MMC müştərək istifadə olunan şəxsi informasiyanın idarə edilməsinə görə məsuliyyət daşıyan tərəfdir;
  • müştərək brend altında bazara birlikdə məhsullar çıxardığımız kənar tərəfdaşlarımıza;
  • öz xidmətlərini təqdim etmələrinə imkan vermək üçün bizim, məsələn, veb-saytın hostinqi və inzibatçılığı, mobil qoşmaların hostinqi, verilənlərin təhlili, ödəmələrin emalı, sifarişlərin yerinə yetirilməsi, infrastukturun təmin olunması, İT-xidmətlər, müştəri xidmətləri, elektron və ənənəvi poçt vasitəsilə çatdırılan xidmətlər, kredit kartlarının emalı, audit xidməti və digər xidmətlər kimi xidmətlərin kənar təchizatçılarımıza;
  • yenidən təşkilatlanma, birləşnə, satış, müştərək müəssisənin yaradılması, şirkətin, aktivlərin və ya səhmlərin tamamilə və ya qismən başqasına ötürülməsi və ya ləğvi (iflas və ya oxşar məhkəmə prosesi ilə əlaqədar bütün yuxarıda sadalananlar da daxil olmaqla) hallarında üçüncü şəxslərə.

Bundan başqa, biz Sayt vasitəsilə toplanmış informasiyanı zəruri və ya münasib hesab etdiyimiz aşağıdakı hallarda istifadə edir və açırıq: (a) sizin yaşayış ölkənizinin hüdudlarından kənarda qüvvədə olan qanunlar da daxil olmaqla, müvafiq qanunvericiliyə uyğun olaraq; (b) məhkəmə prosesinə yardım etmək məqsədilə; (c) sizin yaşayış ölkənizinin hüdudlarından kənardakı dövlət hakimiyyət orqanları da daxil olmaqla, dövlət hakimiyyət orqanlarının sorğularına cavab qismində; (ç) şərt və müddəalarımızın məcburi tətbiqi məqsədilə; (d) öz fəaliyyətimizin və bizə bağlı təşkilatların fəaliyyətinin müdafiəsi məqsədilə; (e) bizim və sizin hüquqların, məxfiliyin, təhlükəsizliyin və ya əmlakın və (və ya) bizə bağlı şəxslərin və digər şəxslərin hüquqlarının, məxfiliyinin, təhlükəsizliyinin və ya əmlakının müdafiəsi məqsədilə; (ə) bizə mümkün hüquqi müdafiə vasitələrindən yararlanmaq və ya çəkə biləcəyimiz zərərin həcmini məhdudlaşdırmaq imkanı vermək üçün. Biz həmçinin Sayt vasitəsilə toplanmış informasiyanı sizin razılığınızla başqa üsullarla da istifadə edə və aça bilərik.

Biz həmçinin yuxarıdakı “İnformasiyanın passiv yığımı və ondan istifadə” bölümündə təsvir edildiyi kimi passiv şəkildə toplanmış informasiyanı, müvafiq qanunvericiliyə əsasən başqa cür hərəkət etməli olduğumuz hallardan başqa (məsələn, əgər bu cür informasiya ilə şəxsi informasiya kimi davranmalıyıqsa), istənilən digər məqsədlər üçün istifadə edir və açırıq. Bundan başqa, biz hər hansı bir məqsədlər üçün şəxsiyyətin təyin edilməsinə imkan verməyən formada saxlanılan informasiyadan istifadə edə və onu aça bilərik. Əgər biz şəxsiyyətin təyin edilməsinə imkan verməyən formada saxlanılan informasiya ilə şəxsiyyətin təyin edilməsinə imkan verən formada saxlanılan informasiya ilə birləşdiririksə (məsələn, sizin adınızın coğrafi mövqeyinizlə birləşdirilməsi), bu zaman biz birləşdirilmiş informasiya ilə onun birləşdirilmiş olaraq qalacağı bütün müddət ərzində şəxsi informasiya kimi davranacağıq.

ÜÇÜNCÜ ŞƏSXLƏRİN SAYTLARI VƏ XİDMƏTLƏRİ

Bu Məxfilik siyasəti bu Sayt vasitəsilə girilə bilən və ya hazırki Saytda keçidi olan istənilən saytı və ya veb-obyekti (digər məsələlərlə yanaşı, istənilən qoşma da daxil olmaqla) idarə edən üçüncü şəxslər də daxil olmaqla, istənilən üçüncü şəxslərin məxfiliyinə, informasiyasına və digər aspektlərinə adi deyildir. Biz həmçinin istənilən üçüncü şəxslərin məxfiliyinə, informasiyasına və digər aspektlərinə görə məsuliyyət daşımırıq. Saytda istənilən bu cür sayta və ya obyektə keçidin olması və ya daxil edilməsi bizim tərəfimizdən və ya bizə bağlı şəxslərin tərəfindən təsdiqi nəzərdə tutmur.

TƏHLÜKƏSİZLİK

Biz sərəncamımızda olan şəxsi informasiyanın mühafizəsi üçün məqsədəmüvafiq təşkilati, texniki və inzibati tədbirlərdən istifadə edirik. Bununla belə, heç bir İnternet vasitəsilə verilənlərin saxlanması və ötürülməsi sistemi tam təhlükəsizliyə zəmanət verə bilməz. Əgər bizimlə informasiya mübadilənizin təhlükəsiz olmadığını düşünməyə əsasınız vardırsa (məsələn, əgər sizə elə gəlirsə ki, bizdəki hər hansı bir qeydiyyat məlumatınızın təhlükəsizliyi riskə məruz qalmışdır), zəhmət olmasa, aşağıdakı “Bizimlə əlaqə qurmaq” bölümünə əsasən dərhal bizə bu barədə xəbər verin.

SEÇİM VƏ GİRİŞ

Bizim tərəfimizdən şəxsi informasiyanızın istifadəsi və açılmasına münasibətdə sizin seçiminiz

Bizim tərəfimizdən şəxsi informasiyanızın marketinq məqsədləri üçün istifadəsi və açılmasına münasibətdə biz sizə seçim veririk. Siz aşağıdakılardan imtina edə bilərsiniz:

  • Bizdən marketinq məlumatları almaqdan: Əgər siz gələcəkdə bizdən marketinq məlumatları almaq istəmirsinizsə, +7 (495) 726 55 55 nömrəli telefon vasitəsilə bizimlə əlaqə saxlamaqla siz bundan imtina edə bilərsiniz. Cavabınızda bizə öz adınızı, daha almaq istəmədiyiniz marketinq məlumatlarının formasını (formalarını), onun (onların) göndərildiyi ünvanı (ünvanları) göstərin. Məsələn, əgər siz daha elektron poçt və ya birbaşa poçt göndərişləri vasitəsilə marketinq məlumatları almaq istəmirsinizsə, bizə bu barədə məlumat verin və öz adınızı və elektron poçt ünvanınızı və ya poçt ünvanınızı göstərin.
  • Bizdən xatırlamalar almaqdan: Əgər siz gələcəkdə bizdən tibbi xarakterli xatırlamalar almaq istəmirsinizsə, +7 (495) 726 55 55 nömrəli telefon vasitəsilə bizimlə əlaqə saxlamaqla siz bundan imtina edə bilərsiniz. Cavabınızda bizə öz adınızı və bizdən xatırlamaları aldığınız elektron poçt ünvanı və ya telefon nömrəsini göstərin.
  • Sizin şəxsi informasiyanızın bizə bağlı şəxslərə və kənar tərəfdaşlarımıza ötürülməsindən: Əgər siz gələcəkdə öz şəxsi informasiyanızın bizə bağlı şəxslərə və (və ya) kənar tərəfdaşlarımıza bu şəxslərin marketinq məqsədləri üçün ötürməyimizi istəmirsinizsə, +7 (495) 726 55 55 nömrəli telefon vasitəsilə bizimlə əlaqə saxlamaqla siz bundan imtina edə bilərsiniz. Cavabınızda bizə göstərin ki, biz daha sizin şəxsi informasiyanızı bizə bağlı şəxslərə və (və ya) kənar tərəfdaşlarımıza bu şəxslərin marketinq məqsədləri üçün ötürməməliyik və həmçinin öz adınızı və elektron poçt ünvanınızı göstərin.

Biz sizin tələbinizi (tələblərinizi) mümkün qədər tez yerinə yetirməyə çalışacağıq. Bununla belə, diqqət yetirin ki, əgər siz yuxarıda göstərilən üsullarla abunələrdən imtina edərsinizsə, biz sizin şəxsi informasiyanızı onun artıq ötürülmüş olduğu bağlı şirkətlərin (yəni, sizin imtina tarixinizə qədər artıq bu məlumatın ötürüldüyü şəxslərin) verilənlər bazasından silə bilməyəcəyik. Diqqət yetirin ki, əgər siz bizdən marketinq məlumatları almaqdan imtina edərsinizsə, bununla belə, biz sizə inzibati xarakterli vacib məlumatları göndərə bilərik ki, siz bunlardan imtina edə bilməzsiniz.

Öz şəxsi infromasiyanı necə gözdən keçirmək, dəyişmək və ya silmək olar

Əgər siz Sayt vasitəsilə təqdim etdiyiniz şəxsi informasiyanı gözdən keçirmək, dəqiqləşdirmək, dəyişmək və ya silmək istəyirsinizsə, +7 (495) 726 55 55 nömrəli telefon vasitəsilə bizimlə əlaqə saxlayın. Biz sizin tələbinizi mümkün qədər tez yerinə yetirməyə çalışacağıq.

VERİLƏNLƏRİN SAXLAMA MÜDDƏTİ

Biz sizin şəxsi informasiyanızı, əgər daha uzun saxlama müddəti zəruri olmazsa və ya qüvvədə olan qanunvericiliklə yol verilməzsə, hazırki Məxfilik siyasətində göstərilən məqsədlər üçün zərui olan zaman müddəti ərzində saxlayırıq.

SAYTIN HƏDDİ-BÜLUĞA ÇATMAYANLAR TƏRƏFİNDƏN İSTİFADƏSİ

Hazırki Sayt 18 yaşından aşağı şəxslərə yönəlməmişdir və biz tələb edirik ki, belə şəxslər Sayt vasitəsilə şəxsi infromasiya təqdim etməsinlər.

VERİLƏNLƏRİN SƏRHƏDLƏRARASI ÖTÜRÜLMƏSİ

Sizin şəxsi informasiyanız bizim obyektlrimizin və ya xidmət təchizatçılarımızın olduqları ölkədə saxlana və emal edilə bilər, və bizim Saytdan istifadə etməklə və ya bizə öz razılığınızı verməklə (bunun qanunla tələb olunduğu yerdə), siz informasiyanın Amerika Birləşmiş Ştatları da daxil olmaqla, informasiyanın mühafizəsi haqqında sizin ölkənin qanunlarından fərqlənən qanunların mövcud olduğu yaşadığınız ölkənin hüdudlarından kənardakı digər ölkələrə ötürlməsinə razılıq veririsiniz.

XÜSUSİ VERİLƏNLƏR KATEQORİYASI

Sizə bu barədə konkret şəkildə sorğu verdiyimiz hallar istisna olmaqla, biz  şəxsi xarakterli heç bir informasiyanı (məsələn, irqi və ya etnik mənşə, siyasi baxışlar, dini və ya fəlsəfi əqidələr, sağlamlıq vəziyyəti, intim həyat, məhkumluq və ya həmkarlar ittifaqına üzvlük kimi məsələlərə aid informasiyanı) bizə göndərməməyinizi və ya bizim üçün Saytda və ya onun vasitəsilə və ya digər üsullarla açmamağınızı xahiş edirik. Xüsusi verilənlər kateqoriyasından ibarət infromasiya üçün sorğu verə biləcəyimiz hallarda biz bunu sizin açıq-aşkar yazılı razılığınız ilə edəcəyik.

HAZIRKİ MƏXFİLİK SİYASƏTİNİN DƏYİŞDİRİLMƏSİ

Biz hazırki Məxfilik siyasətini dəyişə bilərik. Hazırki Məxfilik siyasətinin son dəyişikliyinin tarixini öyrənmək üçün səhifənin yuxarısındakı “Son yeniləmə” göstəricisinə baxın. Bu Məxfilik siyasətinin istənilən dəyişiklikləri Siyasətin yeni versiyasının Saytda dərc olunduğu andan qüvvəyə minir. Dəyişikliklər daxil edildikdən sonra sizin tərəfinzdən Saytdan istifadə o deməkdir ki, siz dəyişdirilmiş Məxfilik siyasətini qəbul edirsiniz.

BİZİMLƏ NECƏ ƏLAQƏ QURMAQ OLAR

Əgər hazırki Məxfilik siyasəti ilə bağlı hər hansı bir sualınız vardırsa, bizimlə əlaqə qurun:

“Johnson&Johnson” LLC

Rusiya, 121614, Moskva, Krılatskaya küç., ev 17, korp. 2

tel. +7 (495) 726 55 55

faks +7 (495) 580 90 29