Skip to main content

NİKORETTE®

Nikorette® preparatları tütünçəkməni dayandırmaq şansını iki dəfə artırır1

Narkotik vasitələr, İİV/QİÇS, avtomobil qəzaları, qətl və intihar hadisələrindən daha çox dünyada ölümlərin səbəbi tütünçəkmədir!2 Dünyada hər 6 saniyədə 1 nəfər tütünçəkmədən ölür.

Tütünçəkmə bütün orqanizmə mənfi təsir göstərir:

  • Xroniki bronxit, “siqaret çəkən öskürəyi”, astma, soyuqdəymə xəstəlikləri
  • Qıcqırma və yüksək turşululuq dərəcəsi
  • Sonsuzluq və impotensiya
  • Dərinin qocalması, aşağı özünübərpa qabiliyyəti
  • Diş ərpi və diş əti xəstəlikləri
  • Şəkərli diabetdən və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən xəstələrin sağlamlığı üçün isə daha da ciddi nəticələr verir

Nikotin asılılığı orqanizmdə narkotik vasitələrdən asılılığa bənzər vərdişə səbəb olan biokimyəvi reaksiyaların mürəkkəb kombinasiyasından ibarətdir. Siqaret çəkməkdən imtina etdikdən dərhal sonra həyəcan, diqqət pozulması, qıcıqlanma, iştahanın artması kimi imtina sindromu inkişaf edir. Və nikotin vasitələrinin köməyi ilə tütün asılılığından müalicə ehtiyacı yaranır. Siqaret vərdişinin səbəbi nikotindir, lakin orqanizmə əsas zərəri yanma məhsullarında və tütün tüstüsündə olan kanserogen maddələr və zəhərlər vurur.

NƏT-in effektivliyi və təhlükəsizliyi 150 klinik tədqiqat gedişatında yoxlanılmışdır3

ÜST tərəfindən tövsiyə edilir4

Nikotin əvəzedici terapiya (NƏT) tütündən asılılığı müalicə edir. NƏT-dən istifadə zamanı dopamin adlanan “həzz hormonu”nun dərhal azad edilməsi baş vermir ki, bunun sayəsində də NƏT asılılığı dəstəkləmir, əvəzində isə onu müalicə edir. Terapevtik dozalarda nikotin siqarət çəkməyə meylliliyi azalda və imtina sindromu təzahürlərini azalda bilər. Nikorette® kimi nikotin əvəzedici preparatlardan istifadə çəkilən siqaretlərin sayını tədricən azaltmağa və nəticədə tütün asılılığından tamamilə azad olmağa kömək edir. Preparatın tərkibindəki tibbi nikotinin miqdarı siqaretə nisbətdə daha az olsa da, siqaret çəkməyi atmaq üçün kifayət qədərdir. NƏT preparatlarının dozasını tədricən azaltmaqla, Siz orqanizmi nikotinsiz yaşamağa öyrəşdirirsiniz ki, nəticədə asılılıqdan qurtulasınız.

Tütünçəkmədən imtina etmək üçün Никоретте® preparatları xətti:

  • Ni̇korette® spreyi,
  • Nikorette® saqqızı, 2 mq və 4 mq.

Ni̇korette® spreyi

Dərmanın tərkibində olan tibbi nikotin ağız boşluğunun selikli qişasına düşdükdən sonra sovrulur ki, bu da insana siqaretə melliyinin öhdəsindən gəlməyə kömək edir və əhval-ruhiyyənin pozulmasının qarşısını alır.

  • Cəmi 60 saniyəyə tütünçəkmə hissinin azalmasına səbəb olur 5
  • Bir flakonda 150 doza

İstifadəsinə dair göstərişlər

Ni̇korette® spreyi tütünçəkmə meylliliyini yüngülləşdirir və tütündən asılılıq zamanı yaranan “imtina” simptomlarının təzahürünü azaldır. Tütünçəkməni atmaq və ya tam imtina öncəsi çəkilən siqaretlərin sayını azaltmaq niyyətində olan tütünçəkənlərə dəstək qismində göstərilmişdir; tütün çəkmək istəməyən və ya çəkməmək imkanı olmayan tütünçəkənlərə dəstək məqsədilə; eləcə də tütünçəkmə üçün daha təhlükəsiz alternativ qismində.

İstifadə qaydası və dozaları

18 yaşdan yuxarı böyüklər tərəfindən selikli qişaya tətbiq üçün.

Nikorette® spreyindən siqaret çəkmək istəyinin yarandığı anda istifadə etmək lazımdır. Spreyi istifadəyə hazır vəziyyətə gətirdikdən sonra onun ucluğunu açıq ağızınıza mümkün qədər yaxınlaşdırın. Dozatoru sıxmaqla preparatın bir dozasını ağız boşluğunuza püskürdün.

Daha ətraflı istifadəsi üzrə təlimatda.

Nikorette® saqqızları

Siqaret çəkməyi dərhal və ya tədricən atmağa qərar verənlər üçün uyğundur:

  • Preparatın çeynəmə formatında olması fikrin yayınmasına və tütünçəkməyə olan meylliliyi aradan qaldımağa kömək edir
  • Tütünçəkmə istəyinin azalmasını təmin edir və imtina sindromunu aradan qaldırır4
  • Çəkilən siqaretlərin miqdarını azaltmaqda kömək edir.
  • Siqaret çəkməni müvəqqəti dayandırmağa kömək edir (aviauçuş və s.).
  • Xoş nanəli dada malikdir.

Nikorette® saqqızlarının istifadəsi üzrə təlimat

Nikorette® saqqızlarının Sizə uyğun olan 4 mq və ya 2 mq-lıq dozasını seçin. Bunun üçün gündə neçə ədəd siqaret çəkdiyinizi və siqaret çəkməyi dərhal yaxud tədricən atmağa qərar verdiyinizi müəyyən etməlisiniz. Preparatın tibbi istifadəsi üzrə təlimatında bu iki amildən asılı olaraq tətbiq sxemi göstərilmişdir.

Nikorette® saqqızlarını DÜZGÜN çeynəmək vacibdir:6

  1. Kəskin dad və ya zəif yanma hissi yarananadək saqqızı təxminən 30 dəqiqə ərzində yavaş-yavaş çeynəyin.
  2. Çeynəməyi dayandırın və saqqızı üzün iç hissəsi ilə diş əti arasında saxlayın.
  3. Bu dad yox olduqdan sonra saqqızı yenidən çeynəməyə başlayın.

“NİKORETTE® Spreyi”nin istifadəsi üzrə təlimat

“NİKORETTE® saqqızları” preparatının istifadəsi üzrə təlimat

1 Plasebo ilə müqayisədə. Stead və həmmüəllifi. 2012.Tütünçəkmədən imtina etmək üçün nikotin əvəzedici terapiya (İcmal). Kokreyn kitabxanası.

2 World Health Organization. Tobacco Atlas 2002 [cited 2009 Nov 05] http://www.who.int/tobacco/en/atlas11.pdf

3 Nicotine replacement therapy for smoking cessation (Review) Stead LF, Perera R, et. Al. The Cochrane Library 2012, Issue 11

4 Policy recommendation on smoking cessation and treatment of tobacco dependance. WHO 2003; WHO Model List of Essential Medicines 18th list (April 2013)

5 Preparatın istifadəsi üzrə təlimata uyğun olaraq hər biri 1 mq olan 2 dozadan istifadə edərkən.

6 Preparatın istifadəsi üzrə təlimatına uyğun olaraq.

ƏKS-GÖSTƏRİŞLƏRİ VARDIR. İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL HƏKİMLƏ MƏSLƏHƏTLƏŞMƏK VƏ İSTİFADƏ TƏLİMATIYLA TANIŞ OLMAQ LAZIMDIR.