Skip to main content

Search

Search

METROQİL DENTA®

Preparat haqqında

METROQİL DENTANIN® tərkibinə daxil olan təsiredici maddələr kombinasiyası ağız boşluğunda iltihabı aradan qaldıraraq antibakterial təsir göstərir.
Diş əti üçün METROQİL DENTA® geli parodontal ciblərə daxil ola bilir**. METROQİL DENTANIN® gel şəklində forması xəstəyə həkim stomatoloqla məsləhətləşmədən sonra diş əti iltihabının profilaktika və müalicəsi üçün bu preparatı müstəqil tətbiq etməyə imkan verir.

METROQİL DENTANIN® gelinin müalicəvi xüsusiyyətləri

Xəstəliyin səbəbinin aradan qaldırılmasına imkan yaradır. METROQİL DENTA® geli ağız boşluğunun yoluxucu-iltihabi xəstəliklərinə səbəb ola bilən patogen mikroorqanizmləri məhv edir və buna görə terapevtik stomatologiyada fəal istifadə olunur, həmçinin cərrahi müdaxilə zamanı (məsələn, dişin çıxarılmasından sonra) geniş tətbiq edilir. Preparat nəinki iltihabın simptomlarını gizlədir, həm də onun səbəblərinin aradan qaldırmasına imkan yaradır.

Uşaqlarda diş əti üçün geldən istifadə etmək mümkünlüyü. Preparat 6 yaşdan yuxarı xəstələrin müalicəsi üçün istifadə oluna bilər.

Etibarlı təhlükəsizlik profili. Stomatoloji gel 6 yaşdan başlayaraq tətbiq edilə bilər.

Təsiri. METROQİL DENTA® geli ilə müalicə kursu 7-10 gün təşkil edir. Eyni zamanda gelin tətbiqindən əldə olunmuş effekt artıq 3 gün sonra yaranır: diş ətində ağrı, onların qanaxması azalır***.

Geniş təsir spektri. METROQİL DENTA® ağız boşluğunun iltihabi və yoluxucu xəstəliklərin əksəriyyətinin müalicəsi zamanı effektivdir*. Gel terapevtik, ortopedik və cərrahi stomatologiyada tətbiq edilir.

*а) A.İ.Qrudyanov, 1997; Q.Melniçuk M.M.Rojko, L.V.Zaverbniy Qinqivit, parodontit, paradontoz: müalicənin xüsusiyyətləri. Tədris vəsaiti. -İvano - Frankovsk, 2011.- s.130). b) İstifadə üzrə təlimata əsasən.
** A.İ.Qrudyanov, V.V.Ovçinnikova RF SN MSÜÇCETİ parodontologiya mərkəzi // ağız boşluğunun iltihabi xəstəlikləri: profilaktika və müalicəyə müasir yanaşmalar, Farmvestnik.
*** Qinqivit olan xəstələrin əksəriyyətində METROQİL DENTA®gelindən istifadədən 3 gün sonra qanaxmanın və diş əti xəstəliklərinin aradan qalxması (Parodont xəstəliklərinin müalicə və profilaktikası). A.İ.Qrudyanov, t.e.d., Rusiya Federasiyasının SN Mərkəzi stomatologiya və üz-çənə cərrahiyyəsi elmi tədqiqat institutunun parodontologiya şöbəsinin rəhbəri, professor / / Consilium provisorum.- № 6.- Cild 1.- 2001.

KONTRENDIKASYONLAR VAR. ISTIFADƏ ETMƏDƏN ƏVVƏL BIR HƏKIMƏ MÜRACIƏT EDIN VƏ TƏLIMATLARA BAXIN.