Skip to main content

Search

Search

Diş ərpi və diş daşı

Diş daşı faktiki olaraq uzun müddət məhəl qoyulmayan diş ərpidir ki, və bu səbəbdən o dişlərdə o qədər bərkiyir ki, onu yalnız stomatoloq təmizləyə bilər. Diş ərpi dişlərdə (o cümlədən sağlam insanda) yaranan bakteriyaların nazik pərdə şəklində toplanmasıdır. Əgər hər gün diş ərpi diş fırçasının, habelə diş sapı və ağız boşluğu üçün LISTERINE® antiseptik yaxalayıcının köməyi ilə təmizlənməsə, ərp bərkiyə və diş daşına çevrilə bilər.

Ərp dişlərin təmizləməsindən artıq 1-2 saat sonra yaranmağa başlayır. Diş ərpi bakteriyaları turşu ifraz edir, lakin ilk saatlarda o tüpürcəklə neytrallaşdırılır. Bir neçə saatdan sonra ərp qalın və qatı olur, tüpürcək ona daxil ola bilmir və turşu diş minasını əritməyə başlayır ki, bu da zamanla dentinin çılpaqlaşmasına və kariyesin inkişafına səbəb olur; əgər ərp təmizlənməsə, o minanı dağıdacaq və gələcəkdə kariyesin inkişafına səbəb olacaq. Bundan başqa, ərp diş ətinə ziyan vurur və diş əti iltihabının inkişafına səbəb ola bilər ki, bu dişlərin təmizləməsi zamanı diş ətinin qızarması, qanaması və ya hətta dişlərin köklərinin çılpaqlaşması ilə təzahür olunur.

Diş daşı çox sıx və bərk məsaməli struktura malikdir. O diş əti xəttində toplanan sarı və ya qəhvəyi rəngli ərp kimi görünür. Faktiki olaraq diş daşı uzun müddət tüpürcəkdə olan mineral maddələrin təsiri altında təmizlənməyən və bərkiyən diş ərpidir.

Diş daşında kariyesin inkişafına, gələcəkdə isə dişlərin dağılma və itirilməsinə, həmçinin diş əti iltihabına səbəb olan bakteriyalar fəal şəkildə çoxalır. Diş daşı təmizlənmədikdə o artacaq və bərkiyəcək. Diş daşını yalnız peşəkar alətlərin köməyi ilə stomatoloq təmizləyə bilər. Diş daşının yaranmasının qarşısını almaq üçün dişlərin xüsusi diş məcunu ilə təmizlənməsi, diş sapından istifadə və LISTERINE® yaxalayıcısı ilə yaxalama kömək edəcək.