Skip to main content

Search

Search

Süd dişləri haqqında

Uşaqda süd dişlərinin çıxması 3 yaşında bitir. Süd dişləri beş yaşa qədər qalır, sonra bir-bir tökülməyə və köklü dişlərlə əvəz olunmağa başlayırlar.

Süd dişlərinin kökləri daha qısadır, çünki bu dişlər köklü dişlərə yer verərək, tez düşür. Adətən 13 yaşa qədər uşaqda bütün süd dişləri 28 köklü dişlərlə əvəz olunmalıdır. Sonra, 17- 25 yaş arasında, ağızın arxa hissəsində dörd ağıl dişi çıxır.

Süd dişləri köklü dişlərdən daha ağdır (böyük dişlər daha sarımtıl çalara malikdir). Köklü dişlərin süd dişlərindən daha bir fərqi ondadır ki, dişin minası və onun altında yerləşən dentin daha incə və daha zəifdir. Buna görə uşaqda kariyes yarandığı zaman, o dişin sinirinə daha sürətlə çatır. Diş həkimində müntəzəm yoxlamalar kariyesi erkən mərhələlərdə aşkar etməyə və onun sonrakı yayılmasının qarşısını almağa imkan verir. Yadda saxlayın ki, diş daşı kimi belə zədələr, (diş ərpinin ormalaşmasından sonra növbəti mərhələ), yalnız stomatoloq tərəfindən və yalnız xüsusi alətlərdən istifadəylə təmizlənə bilər.