Skip to main content

Search

Search

Hamiləlik zamanı dişlərə qulluq

Dişləri müalicə etmək həmişə bir az həyəcanlıdır: ağrılı olacaqmı, preparatlar təhlükəsizdirmi, prosedurlar düzgün seçilmişdirmi. Hamilənin dişlərini müalicə etmək daha çox həyəcan do]urur, çünki bundan yalnız ananın deyil, həm də uşağın sağlamlığı asılıdır. Gəlin baxaq, hamiləlik zamanı hansı mərhələlərdə dişlərin müalicəsi təhlükəsizdir və hamiləlik zamanı dişlərə necə qulluq etməli.

Hamiləlik ağız boşluğunun vəziyyətinə necə təsir edir?

pic_5_.png

Как беременность влияет на состояние полости рта

Qidalanma rejiminin dəyişməsi, ürək bulanması, toksikoz, hormonal dəyişikliklər — bütün bunlar dişlər və diş əti üçün bir stresdir. Estrogen və proqesteron hormonları diş ətini ərpə qarşı xüsusilə həssas edir, bundan iltihab yarana bilər, və bu hamilələrin qinqiviti adlandırılır. Nadir hallarda hətta hamilələrin fibroması adlanan kiçik şişlər (və ya qranulemalar) yaranır. Bir qayda olaraq, onlar təhlükəli deyillər və uşağın doğulmasından sonra sovrulur.

Hamiləlik zamanı dişlərə və diş ətlərinə qulluq etmək niyə vacibdir?

Tədqiqatlar göstərdi ki, vaxtından əvvəl doğuş, uşağın çəkisi və qinqivit arasında müəyyən qarşılıqlı əlaqə mövcuddur. Diş ətlərindən bakteriyalar qana düşə bilər, onun vasitəsilə uşaqlığa qədər çata bilər. Belə hallarda vaxtından əvvəl doğuşa səbəb olan aktiv maddələrin - prostaqlandinlərin səviyyəsinin artmasına səbəb olan kimyəvi reaksiya baş verir.

Hamilələrdə dişləri və diş ətlərini necə sağlam saxlamalı?

pic_2.png

Təlaşa düşməyə tələsmə: sənə xoşagəlməz hallardan yan keçməyə kömək edəcək bir neçə sadə tədbir var. Ən vacibi dişlərə, xüsusilə diş əti xəttinə lazımi qulluq etməkdir. Gündə ən azı iki dəfə, ən yaxşısı hər qida qəbulundan sonra dişləri ftorlu məcunla təmizləmək əhəmiyyətlidir. Hər gün diş sapından istifadə etməyi unutma. Sağlam qidalanma, C və B12 vitamini məhsullar həmçinin mühüm rol oynayır. Yadda saxla ki, nə qədər az ərp olarsa, diş əti iltihabı və şişlərin yaranması ehtimalı bir o qədər azdır. Həmçinin unutma ki, stomatoloqun kabinetində ərpin peşəkar təmizlənməsi ərpdən effektiv azad edir və bununla da qinqivitin qarşısı alınır.

Niyə LISTERINE® yaxalayıcısından istifadə etmək tövsiyə edilir?

Ağız boşluğu üçün LISTERINE® yaxalayıcısı ərpin yaranmasının qarşısını ala bilir və bu. dişlərin möhkəmlənməsinə imkan yaradır. Onun tərkibində dərman otlarının və bitkilərinin efir yağları var, buna görə o hamilələr üçün təhlükəsizdir. Dişləri təmizləmək imkanı olmadığında, nəfəsi təravətləndirmək və ya xoşagəlməz tamdan qurtulmaq lazım olduğda, yaxalayıcını yanında daşımaq və gündüz ondan istifadə etmək əlverişlidir. Ağızı yuxudan əvvəl yaxalayaraq, sən diş ətini iltihabdan, dişləri isə ərpdən və kariyesdən qoruyacaqsan.

Hamiləlik və dişlər: stomatoloqa nə üçün getmək lazımdır?

pic_3.png

Нужно ли идти к стоматологу

Hamilə olduğunu anlayan kimi, diş həkiminə müraciət etmək yaxşı olar. Birinci rübün sonuna kimi planlı müayinəyə yazılmaq vacibdir. Həkim dişlərin vəziyyətini qiymətləndirəcək və qalan aylara müalicə və ya profilaktika proqramını tərtib edəcək. Belə yanaşma sizə dişləri sağlam saxlamağa və özünüz və gələcək uşağınız üçün artıq risklərdən qurtulmağa imkan verəcək.

Hamiləlik zamanı dişlərin müalicəsi

Müxtəlif fikirlərin əksinə olaraq hamiləlik zamanı dişləri müalicə etmək olar.

Bir qayda olaraq, planlı prosedurlara bütün hamiləlik ərzində icazə verilir, lakin hamısından yaxşı bunu dördüncü aydan altıncı aya qədər etmək. Lakin hamiləlik zamanı rentgen şəkilləri etmək çox təhlükəlidir, buna görə əgər sağlamlıq üçün ciddi təhlükə yoxdursa, bunu uşağın anadan olmasından sonra etmək daha yaxşıdır.

Nə zaman təcili həkimə getmək lazımdır?

Çox vaxt hamiləlik zamanı sən mütəxəssis həkimə getməni təxirə salırsan, çünki sənə müalicə olunmağa icazə olmasına əmin deyilsən. Bu təhlükəlidir: ağrının səbəbləri çoxdur və onların ciddiliyi haqqında yalnız stomatoloq rəy verə bilər. Diaqnozun qoyulmasından sonra həkim məhz hamilə qadınlara dişləri müalicə etmək olduğu sizə sxemi təklif edəcək. Kəskin ağrı zamanı və dişi təcili çıxarmaq lazım olduqda, bunu istənilən rübdə etmək mümkündür. Müasir metodikalar sayəsində sən ağrı hiss etməyəcəksən: bu gün hamilələr dişləri anesteziya ilə müalicə etdirirlər. Onun zərərsizliyinə tamamilə əmin olmaq üçün, öz ginekoloqunla anesteziyanı və dərman vasitələrini müzakirə et.