Skip to main content
Search

Siz diş minasının eroziyasından əziyyət çəkirsinizmi?

Mina insan orqanizmində ən möhkəm səthdir. Lakin əgər yüksək turşu tərkibli məhsul və içkilərdən həddindən artıq çox istifadə edilərsə və diş fırçasının, diş sapının və LISTERINE® yaxalayıcısının köməyi ilə ərp təmizlənməzsə, o hətta nazikləşə bilər. Əgər siz bərk çiy tərəvəzləri, məsələn kökü dişləyərkən, xoşagəlməz hisslər keçirirsizsə, sizdə bu əlamətin olub-olmamasını yoxlayın. Ola bilsin ki, sizin minanız nazikləşir və artıq dişləri qəlpələnmədən, çatlardan müdafiə etmir.

ƏLAMƏT № 1: dişlərdə çuxurlar

Əgər sizin dişlərinizdə çuxurlar yaranıbsa, bu minanın eroziyasının başlanması əlamətidir.

ƏLAMƏT № 2: sarımtıl dişlər

Minanın zəifləməsinin başqa əlaməti dişlərin sarımtıl rəngidir. O bunu bildirir ki, dentinin (minanın altında dişi formalaşdıran bərk, sıx sümük toxuması) çox hissəsi çılpaqlaşıb (dentinin təbii rəngi – sarımtıldır).

ƏLAMƏT № 3: dişlərdə qəlpələnmə

Əgər siz dişlərdə kiçik çatlar və qəlpələnmə aşkar edirsinizsə, bu minanın eroziyasının başlanmasına daha bir işarədir: dişlər daha da zəifləyir və onlara öz işinin öhdəsindən zədə almadan gəlmək çətindir.

ƏLAMƏT № 4: həssaslıq

Əgər sizin dişləriniz xüsusilə çox yüksək və ya aşağı temperaturlara: soyuq havaya, buzlu içkilərə və ya isti çay və qəhvəyə qarşı tədricən daha həssas olursa, ola bilsin ki, bu minanın nazikləşməsi və dişlərin dağılmağa başlamasının əlamətidir. Ola bilsin, siz həmçinin şirin yedikdə, kəskin ağrı hiss edirsiniz – zəifləmiş dişlər buna ani reaksiya verir.