Skip to main content

Search

Search

Dişlərin dağılmasının qarşısını necə almalı?

Yaxşı xəbər odur ki, kariyesin (minanın dağıdılmasına görə dişlərdə yaranan boşluqlar) qarşısını almaq olar. Kariyesdən qaçmaq üçün bu məsləhətlərə riayət edin.

Məsləhət № 1: stomatoloqu müntəzəm olaraq ziyarət edin

Əgər siz kariyesdən qaçmaq istəyirsinizsə, o zaman dişlərin instrumental təmizlənməsi üçün müntəzəm olaraq həkimə gedin. Yarım ildə bir dəfə keçirilən ağız boşluğunun peşəkar təmizlənməsi kariyesin inkişafını erkən mərhələlərdə, boşluqlar yaranmamışdan əvvəl dayandırmağa kömək edə bilər. Zəruri olduqda sizin stomatoloqunuz dişlərin dağılmasının və kariyesin yaranmasının qarşısını almaq üçün problemli yerlərə ftor vura bilər.

Məsləhət № 2: dişləri ftorlu məcunla təmizləyin.

Ftorlu diş məcunu seçin: məlumdur ki, bu komponent dişləri dağılmadan və kariyesdən müdafiə edir. Əgər sizin dişlərinizin minasının vəziyyəti sizi narahat edirsə, onları gündə məsləhət görülmüş 2 dəfədən çox təmizləyin. Dişləri korlayan turşulara çevrilən şəkər və nişasta qalıqlarını təmizləmək və dişlərə kariyesə qarşı əlavə müdafiə vermək üçün dişləri hər qida qəbulundan sonra təmizləməyə başlayın.

Məsləhət №3: Ftorlu yaxalayıcıdan istifadə edin.

Siz həmçinin tərkibində sizin dişlərinizi müdafiə edən ftor olan yaxalayıcı tapa bilərsiniz, məsələn LISTERINE® «TOTALCARE» və ya LISTERINE® EXPERT. Onların istifadəsi sizin dişlərinizi möhkəmləndirəcək və sizə onların dağılması ilə və kariyeslə mübarizə aparmağa kömək edəcək.

Məsləhət №4: qəlyanaltıların miqdarını azaldın.

Mümkün qədər gec-gec qəlyanaltı etməyə çalışın və onlar üçün dişləri möhkəmləndirən və onlara zərər vurmayan qida seçin. Sudan başqa, istənilən məhsullar və içkilər bakteriyalara diş minasını tədricən dağıdan turşular istehsal etməyə imkan verir. Qəlyanaltıların sayını gündə bir neçə dəfəyə qədər azaldaraq sizin dişlərinizə ziyan vuran turşunun miqdarını azaldın. Əgər dişlərinizin möhkəmliyi və sizin diş ətinizin sağlamlığı sizi narahat edirsə, dişlərinizi təmizləməyə və dişlərin təmizlənməsindən sonra müntəzəm olaraq gündə iki dəfə antibakterial LISTERINE® ağız axalayıcısı ilə yaxalamağa çalışın. Əgər hansısa bir səbəbdən bu mümkün deyilsə, ağızı ən azı suyla yaxalamağa çalışın.