Skip to main content

Search

Search

Dişlər üçün zərərli olan 7 ərzaq və içki

Kariyesin əsas səbəbi, yəni faktiki olaraq dişlərdə boşluqların yaranmasının səbəbi, dişlərin səthlərinə yığılan və tədricən minanı dağıdan orqanik turşulardır. İstənilən qida məhsullarında, xüsusilə şirin məhsullarda və nişasta ilə zəngin məhsulların tərkibində ağız boşluğunda dişləri dağıdan və minanı zəiflədən aqressiv turşulara çevrilən şəkər var. Dişlərinizin möhkəm qalması üçün, tərkibində karbohidrat olan məhsulların istifadəsindən çəkinin və ya, əgər çəkinmək imkaı yoxdursa, dişdə ərpi azaldan LISTERINE® və / və ya diş fırçası vasitəsilə ağız boşluğunun gigiyenasını bərpa edin.

№ 1. Nabatlar

Bildiyiniz kimi, uzun müddət sovrulan və ya dişlə əzilən bərk nabatlar, minaya güclü ziyan vurur və sizin ağız boşluğunuzun sağlamlığını təhlükə altına qoyur. Nabatlarda dişlərə yapışan və uzun müddət əriməyən çoxlu şəkər var ki, bu da diş ətinə və dişlərə ziyan vurur.

№ 2. Həddindən çox turşu tərkibli içkilər

Şirələr, idman içkiləri və bütün qazlı içkilər (həmçinin pəhriz içkiləri) şəkərlə və turşularla zəngindir. Dişlər buna heç də sevinmir. Əgər sadə su sizi darıxdırırsa, şəkər əlavə olunmayan içkilər axtarın və ya tərəvəz və ya meyvə tikələri əlavə etməyə cəhd edin, məsələn suya qarpız və ya xiyar əlavə edin. Belə içki yaxşı sərinlədir və dişlərə daha az ziyan vurur. Həmçinin şirəni suda həll etmək olar ki, dişlər daha az zərər çəksin.

№ 3. Tortlar və pirojnalar

Tərkibində böyük miqdarda şəkər olan bu şirniyyatlar dişlər üçün faydalı deyil. Yapışqan şirin məhsullar ən çox dişlərə ziyan vurur. Hətta quru meyvələr belə diş minasını korlaya bilər. Tortlar və pirojnalar dişlərə asan yapışır, diş və diş əti arasında qalır və çətinliklə yuyulur ki, bu da şəkərə minanı dağıtma imkanı verir. Şirin məhsullardan istifadəni məhdudlaşdırın. Əgər siz yeməyə qərar verdinizsə, şəkərin vurduğu ziyanı azaltmaq üçün, dişləri düzgün təmizləməyə və gündə bir dəfə LISTERINE® yaxalayıcısından istifadə etməyə çalışın.

№ 4. Pasta

Nişasta ilə zəngin yeməklər, yəni pasta, düyü və hətta kartof dişlər üçün zərərlidir, çünki onların tərkibində diş minasını dağıdan turşuya çevrilən şəkər var.

№ 5. Buz

Buz və başqa bərk qida çeynədiyiniz zaman dişlərin minası çatlaya bilər, zərərli bakteriyalar çatlara düşəcək, buna görə də tədricən kariyes inkişaf edəcək. Həmçinin şüşəni və ya çips qutularını dişlərlə açmaq kimi başqa zərərli vərdişlərdən çəkinmək lazımdır.

№ 6. Bərk qoz-fındıq

Qoz-fındıq nəinki minada çatların yaranmasına səbəb olur, həm də diş implantatına, süni çənəyə və breketə zərər vura bilər. Əgər qoz-fındıq çox bərkdirsə, onu kiçik hissələrə bölüb, yeməyə çalışın və ya onları qoz yağı ilə əvəz etməyə çalışın.

№ 7. Qazlı içkilər

Qazlı su və idman içkiləri kimi şirin içkilərin həddindən miqdarı dişlərə zərər vura bilər. Pəhriz içkiləri və şirin qazlı içkilər diş minasını akkumulyator turşusu qədər şiddətli dağıdır!