Skip to main content

Search

Search

Möhkəm və sağlam dişlər üçün 5 məhsul

Diş minası insan bədəninin ən bərk parçasıdır. Adi rasionunuza dişləri bərkidən bu məhsulları əlavə edin və dişin minasına möhkəm qalmağa kömək edin.

№ 1. Pendir

Süd məhsulları və o cümlədən pendir, dişləri və sümükləri bərkidən kalsiumla zəngindir. Pendirdə, süddə və başqa süd məhsullarında həmçinin minanı bərkidən və bərpa edən kazein zülalı var. Lakin bütün süd məhsulları kalsiumla zəngin deyil, buna görə etiketləri mütləq yoxlayın ki, bu məhsulu istifadə etdikdə kalsiumun tövsiyyə edilən günlük normasından hansı faizi alacağınızı biləsiniz.

№ 2. Yaşıl yarpaqlı tərəvəzlər

İspanaq və başqa yaşıl yarpaqlı tərəvəzlər sellülozla zəngindir ki, bu da dişlər üçün çox faydalıdır: belə məhsulları uzun müddət çeynəmək lazım olur. Bu halda tüpürcək istehsal edilir, o turşuları neytrallaşdıraraq dişləri təmizləyir və yuyur. Otu sevmirsiniz? Zəngin sellülozlu bir boşqab paxla həminki effekti verəcək.

№ 3. Qızılbalıq

Bu yağlı balıqda böyük miqdarda omeqa-3 turşusu var. Bundan başqa, o az tanınan, lakin bədənə kalsiumu mənimsəməyə kömək edən D vitamini mənbəyidir, bunun sayəsində bu mineral sizin dişlərinizi qoruyacaq və bərkidəcək.

№ 4. Yaşıl çay

Bu müalicəvi içkinin faydalı keyfiyyətləri bir çox tədqiqatların nəticələri ilə təsdiq edilmişdir. Yaşıl çayda güclü antioksidləşdiricilər var ki, onlar nəinki bakteriyalarla və xəstəliklərlə mübarizə aparmağa kömək edir, həm də diş ərpinin yaranmasının qarşısını alaraq onları müdafiə edir. Çayda həmçinin kariyesin yaranmasının qarşısını alan və minanı bərkidən ftor var. Əgər yaşıl çay sizin üçün çox acıdırsa, bu zaman açıq qara çay için, o həmçinin sizin dişlərinizi və diş ətini qoruyacaq.

№ 5. Yerkökü çubuqları

Çox çeynənməsi lazım olan çiy kök, həmçinin başqa çiy tərəvəzlər və meyvələr (alma, armud və xiyar), sizin dişlərinizi bərkitməyə kömək edəcək. Çeynəmə prosesində dişlər və diş əti təmizlənir.