Skip to main content

Search

Search

Uşaqlara yaxalayıcı maddədən istifadə etməyi öyrətməyin 4 üsulu

Stomatoloqlar adətən tövsiyə edirlər ki, valideynlər uşaqların dişlərini 6 yaşları olana qədər təmizləsinlər. Bu zaman uşağa kariyesin qarşısının alınması üçün və stomatoloq tərəfindən ağrılı müalicədən qaçmaq üçün diş fırçasından, diş sapından və yaxalayıcı maddədən istifadə etməyi öyrətməyi başlamaq lazımdır. Bunu uşağa necə anlatmağa dair bir neçə sadə tövsiyə təqdim edirik.

Tövsiyə № 1. Uşaqlar üçün gözəl, gülməli fırça və xoş dada malik yaxalayıcı maddə alın.

Uşağın mağazada fırça, diş məcunu və yaxalayıcı maddə seçməsinə icazə verin. İndi bir çox cizgi filmlərinin sevimli qəhrəmanlarının təsvirləri olan əlvan uşaq diş fırçaları mövcuddur.

Tövsiyə № 2. Mahnı oxuyun.

Şən oyun oynayın: sizin uşaqlarınız dişlərini təmizləyən, ağızlarını yaxalayan və diş sapından istifadə edən zaman onların seçdikləri mahnını oxuyacaqsınız. Yeganə məsələ bundadır ki, bunu daim etmək lazım olacaq. Əgər alınsa, qoy uşaqlar ağızlarında köpüklə sizinlə birgə zümzümə etsinlər (bu onları çox güman ki, əyləndirəcək). Əgər sizin uşağınız idmanı sevirsə, o zaman mahnının yerinə taymerdən istifadə edin, yarış təşkil edin: uşaq taymer işə düşənə qədər dişləri təmizləyə biləcəkmi?

Tövsiyə № 3. Təqvimlə oyunlar.

Cəzbedici mükafat hazırlayın. Müsabiqə təşkil edin: uşaq nə qədər hər gün ardıcıl dişləri təmizləyərsə, bir o qədər yaxşı mükafat alacaq. Dişlərin təmizlənməsi və yaxalayıcı maddədən istifadəsindən 2 həftə sonra uşağa çoxdan arzu etdiyi oyuncaq hədiyyə edin. Vanna otağında sizin uşağınızın boyu hündürlüyündə təqvim asın, qoy o hər gün üçün səhər və axşam dişləri təmizlədiyinə və ağız yaxalayıcı maddə ilə yaxaladığına görə qızıl ulduzlar yapışdırsın.

Tövsiyə № 4. Balaca diş haqqında nağıl danışın.

Dişləri təmizləməyin nə üçün əhəmiyyətli olmasını izah edin. Uşağa dişlərin yaxşı təmizlənmədikdə və yaxalanmadıqda dişlərdə deşiklər yarada bilən "qənd mikrobları" haqqında danışın. Nağılınıza məzəli personajlar - balaca parlaq diş olan şahzadə-pəri və acıqlı cənab Bakteriyanı daxil edin. Siz bu nağılı uşağa bir neçə dəfə danışdıqdan sonra, ondan vaxtaşırı onu sizə danışmağı xahiş edin. Personajlar haqqında suallar verin, onların hansı səslərlə danışdığını soruşun, qoy uşaq səsli effektlər əlavə etsin.