Skip to main content

Search

Search

Kariyes və möhkəm dişlər

Dişlərin ən məşhur xəstəliyi kariyesdir. Onun yaranması səbəbləri müxtəlif insanlarda fərqlənə bilər, lakin nəticə həmişə eynidir – dişlərin möhkəm toxumalarının dağılması, dişdə boşluğun yaranması. Dişlərin dağıdılması şirin məhsullarla qidalanan və turşu istehsal edən diş ərpi bakteriyalarının fəaliyyətinin nəticəsidir. Kariyes dişlərin nadir hallarda təmizləndiyində, çoxlu şirin yeyildiyində, ağızda tüpürcəyin az miqdarda ifraz olunduğunda yaranır.

Dişləri möhkəm saxlamaq və kariyesin yaranmasının qarşısını almaq üçün, zərərli vərdişlərdən imtina etmək, düzgün qidalanmaq, ağız boşluğuna (yalnız diş məcununun və diş fırçasının köməyi ilə deyil, həmçinin ağız boşluğu üçün floss və yaxalayıcının köməyi ilə) düzgün qulluq etmək lazımdır.