Skip to main content

Search

Search

Dişlərin ağardılması üsulları

Dişlərin evdə ağardılmasının yeni texnikalarının yaranması ilə bu prosedur daha məşhurlaşdı.

Stomatoloq tərəfindən dişlərin ağardılması

Sizin stomatoloqunuz peşəkar ağartmanı həyata keçirə bilər. Bu prosedurun gedişatında diş ətini və dişləri zədələnmədən qorumaq üçün həkim zəruri ehtiyat tədbirlərinə riayət edərək, dişlərə güclü təsirə malik qarışıqlar çəkir. Belə prosedurlar dişləri əhəmiyyətli dərəcədə ağardır, nəticədə 10 ton daha ağ rəngə nail olmaq olar. Lakin yalnız səkkiz qabaq diş ağardılır.

Ev şəraitində dişlərin ağardılması

Ev istifadəsi üçün ağardıcılar istənilən aptekdə var və peşəkar prosedurlarun əlverişli və məşhur alternativdir. Nəzərdən keçirilməli variantlar arasında ağız üçün ağardıcı yaxalayıcılar, ağardıcı diş məcunu, ağardıcı zolaqlar, gel ilə kapalar və ağardıcı saqqızlar vardır. Bütün bu metodlar evdə stomatoloqun nəzarəti olmadan istifadə edilir, estetik stomatologiya üzrə mütəxəssislər onları ümumilikdə təhlükəsiz hesab edirlər. Əgər siz diş əti, diş və ya ağız boşluğu xəstəliyindən əziyyət çəkdiyinizdən şübhələnirsinizsə və ya belə xəstəliyin diaqnozu artıq qoyulubsa, bu zaman siz stomatoloqla məsləhətləşməlisiniz. Qablaşdırın üzərində olan təlimatlara mütləq riayət edin. Hər hansı yan təsirlərin, məsələn, dişlərin həssaslığının yaranması zamanı, onlar haqqında stomatoloqunuza bildirin.