Skip to main content

Search

Search

Dişlərin ağardılması üçün prosedurlar və vasitələr necə işləyir

Ümumiyyətlə dişlərin ağardılması onların rənginin açılmasıdır. Ağardıcı prosedurlarda istifadə edilən kimyəvi birləşmələr minaya dərindən daxil olur və kimyəvi reaksiyaya təkan verirlər. O isə dişlərin qaralmasına cavabdeh olan birləşmələri dağıdır. Bu reaksiya "oksidləşmə" adlanır.

Ağardılma üçün vasitələrdə və prosedurlarda əksər hallarda iki ağardıcı kimyəvi birləşmə istifadə olunur – karbamid peroksidi və hidrogen peroksidi.

Stomatoloq tərəfindən dişlərin peşəkar ağardılması

professional_dentist_whitening.jpg

Stomatoloq tərəfindən dişlərin ağardılmasının üstünlüyü ondan ibarətdir ki, həkim prosedurdan əvvəl sizin ağzınızı yaxşı təmizləyir və müayinə edir. Ağardılma üçün stomatoloqlar adətən karbamid peroksidindən və hidrogen peroksidindən istifadə edirlər. Bəzi stomatoloqlar gelin çəkilməsindən sonra parlaq işıqla ağardılmanın kimyəvi reaksiyasını stimullaşdırır, hərçənd belə üsulun effektivliyi bir çoxları tərəfindən sual altına qoyulur. Prosedur zamanı stomatoloq adətən peroksidli gel çəkir, sonra onu təmizləyir və bir neçə dəfə təkrarən çəkir. Peşəkar ağardılma nəticəsində dişləri 4-6 ton ağartmaq olar. Stomatoloq tərəfindən dişlərin ağardılmasının daha bir üstünlüyü odur ki, sizin diş ətiniz və ağzınız prosedurun gedişatında etibarlı şəkildə müdafiə olunur. Belə ağardılma üsulu baha olsa da, o ən uzunmüddətli effekt verir.

Stomatoloq tərəfindən hazırlanmış kapaların köməyi ilə evdə ağardılma

Evdə ağardıcı vasitələr siyahısına həmçinin gellər daxildir. Onlardan 20%-nin tərkibində başqa inqrediyentlərlə, həmçinin, dadverici əlavələr, su və qliserinlə yanaşı karbamid peroksid var. Stomatoloq sizin ağzınızın qəlibini çıxaracaq və onun əsasında fərdi kapa hazırlayacaq. O sizi dişlərə çəkilməsi lazım olacaq xüsusi gel ilə təmin edəcək və bildirəcək ki, gelli kapaları bir və ya iki həftə ərzində hər gün bir neçə saata taxmaq lazımdır.

Reseptsiz buraxılan preparatların köməyi ilə ağardılma

Əgər siz dişləri evdə ağartmağa qərar verdinizsə, siz əvvəlcə ağız boşluğunun vəziyyətinin yoxlanılması üçün stomatoloqa müraciət etsəniz daha yaxşı olar. Həkim sizin ağardıcı vasitədən istifadə etmənizdən əvvəl, bütün problemli yerləri aşkar etməli və sağaltmalıdır. Artıq deyildiyi kimi, evdə ağartma üçün vasitələrin çoxu, peşəkar vasitələr kimi, karbamid peroksidi və ya hidrogen peroksidi əsasında hazırlanmışdır. Bu kimyəvi birləşmələr gellərin, saqqızların, zolaqların, ağız yaxalayıcılarının və ya diş məcunlarının tərkibinə daxil ola bilər. Dişlərin ağardılması üçün reseptsiz verilən preparatlar peşəkar prosedurların daha ucuz və daha rahat alternatividir.

Dişləri ağartmaq təhlükəsizdirmi?

Tədqiqatların nəticələri göstərir ki, dişlərin ağardılması insanların əksəriyyəti üçün təhlükəsiz və effektiv prosedur kimi özünü doğruldub. Həmçinin, 10% karbamid peroksidi ilə ağardıcı gellərlə (minanın, dişin bərk xarici qatının zədələməsi halları aşkar edilməmişdir (bu 3,6 faizlik hidrogenin peroksidinə bərabərdir).

Kimlər dişlərini ağarda bilməz

Dişlərin ağardılması hamı üçün uyğun deyil. Əgər sizin problemli diş ətiniz problemlidirsə (çox həssas, asan qıcıqlanan və iltihablıdır), dişlərdə ağ ləkələr və ya kariyes varsa, o zaman siz əvvəlcə stomatoloqla məsləhətləşməlisiniz. Bundan başqa, əgər ağardıcı məhsulların tətbiqindən sonra sizin dişləriniz daha həssas olubsa, stomatoloq onları müayinə etməlidir.