Skip to main content

Search

Search

Dişlərdə ləkələrin yaranmasına səbəb olan 6 məhsul

Bu hər kəsin başına gəlib. Biz tünd-bənövşəyi rəgdə nəsə yeyirik, güzgüyə baxdıqda dilin və dişlərin qaraldığını görürük. Dişlərin rənginə təsir edən məhsulların və içkilərin siyahısı bunlardır. Onların istifadəsindən sonra hər dəfə ağızı yaxalamağa və dişləri təmizləməyə çalışın. Əgər siz hansısa bir səbəbdən dişləri təmizləyə bilmirsinizsə, onda heç olmasa ağzınızı su ilə yaxalayın.

DİŞ ÇİRKLƏNDİRİCİSİ № 1: narıncı dondurma

orange_popsicles.jpg

Həmçinin bənövşəyi, qırmızı və mavi. Süni boyalarla rənglənmiş meyvə buzu və ona oxşar məhsullar dişlərdə ləkələr qoya bilər. Yadda saxlayın ki: əgər nəsə dili rəngləyirsə, onda bu məhsul daha az gözə çarpacaq dərəcədə dişləri də rəngləyəcək.

DİŞ ÇİRKLƏNDİRİCİSİ № 2: tünd giləmeyvələr

dark_berries.jpg

Bütün giləmeyvələr, qaragilədən tutumuş moruğa və mərcanıya qədər, dişlərdə ləkələr qoya bilər. Bu o demək deyil ki, bu faydalı və antioksidləşdiricilərlə zəngin giləmeyvələrdən imtina etmək lazımdır. Sadəcə onları yedikdən sonra, ağızı su ilə yaxalamaq lazımdır.

DİŞ ÇİRKLƏNDİRİCİSİ №3: şərab

wine_lis.jpg

Bəli, hamıya məlumdur ki, qırmızı şərabdan dişlər qaralır. Amma siz bilirdinizmi ki, taninlərə görə ağ şərab həmçinin dişlərin rəngini dəyişdirə bilər? Diş minalarına zərər verməmək üçün, dişlərin axşam təmizləməsinə 30 dəqiqə qalmış şərab içməyin.

DİŞ ÇİRKLƏNDİRİCİSİ №4: ketçup

ketchup.jpg

Karri, zirə və sarıkök kimi güclü ədviyyatlar qatılmış bu sous, dişlərdə tədricən ləkələrin yaranmasına gətirib çıxara bilər. Ketçupun istifadəsindən sonra ağızı yaxalamağa və dişləri təmizləməyə çalışın.

DİŞ ÇİRKLƏNDİRİCİSİ №5: qəhvə

coffee.jpg

Yalnız dişlərin qaralması səbəbindən qəhvəni içmək vərdişindən imtina etmək lazım deyil, sadəcə qəhvəyə buz əlavə etmək və borucuqdan istifadə etməyə çalışın.

DİŞ ÇİRKLƏNDİRİCİSİ №6: qazlı içkilər

soda.jpg

Həm şəkərli, həm də şəkərsiz qazlı içki zamanla dişlərin qaralmasına səbəb olur və sizin təbəssümünüzün çalarını dəyişdirir. Qazlı içki sizin ağzınızın düşmənidir, ondan çəkinmək lazımdır.