Skip to main content

Search

Search

Dişlərinizin rənginin sarı olmasının 6 əsas səbəbi

Siz güzgüyə baxdığınızda dişlərinizin niyə saraldığı barədə sual vermisinizmi? Çoxları "bəli" deyəcək. Dişlər tədricən saraldığından, bu proses nəzərə çarpmaya bilər. Xoşbəxtlikdən, saralan dişlər ciddi xəstəlik əlaməti deyil. Əlbəttə, təkrarolunmaz ağ təbəssümün itməsi sizi məyus edə və özünüzə inamınızı sarsıda bilər, lakin siz dişlərinizə bəyazlığı qaytara bilərsiniz. Hər şeydən əvvəl, hansı amillərin dişlərin saralmasına səbəb olması, onların qarşısını necə almaq mümkün olması və onların sizin təbəssümünüzə təsirini məhdudlaşdırmaq barədə öyrənin.

SƏBƏB № 1. Siz qocalırsınız

Dişlərin saralması qocalma prosesinin təbii hissəsidir. Bu ona görə baş verir ki, dişlərinizin hər gün işləməsi səbəbindən diş minası zamanla nazikləşir.

SƏBƏB № 2. Siz siqaret çəkirsiniz

Tütün məmulatları, siqaretlərdən tutmuş tənbəki çubuğuna doldurulan tütünə qədər, dişlərdə ləkələrin yaranmasına səbəb olur. Əgər siz siqaret çəkirsinizsə, onda təbii ki, sizin dişləriniz zamanla tündləşəcək.

SƏBƏB № 3. Siz ağız boşluğunun gigiyenasına kifayət qədər riayət etmirsiniz

Əgər siz dişləri müntəzəm təmizləmirsinizsə, diş sapından və yaxalayıcı maddədən istifadə etmirsinizsə, bu zaman dişlərdə ərp toplanır və diş daşı yaranır ki, bu da dişlərin qaralmasını sürətləndirir.

SƏBƏB № 4. Siz dərmanlar qəbul edirsiniz

Bəzi dərman preparatları, məsələn antibiotiklər, 8 yaşdan aşağı uşaqlarda dişlərin qaralmasına səbəb ola bilər. Bəzi antigistamin preparatlar, həmçinin antihipertenziv vasitələr və neyroleptiklər dişlərdə ləkələrin yaranmasına səbəb ola bilər. Siz müalicə edən həkiminizlə hal-hazırda qəbul etdiyiniz və ya gələcəkdə qəbul edəcəyiniz preparatların əlavə təsirlərini müzakirə edin.

SƏBƏB № 5. Siz xəstəsiniz

Dişlərin rənginin dəyişməsinin daha az yayılmış səbəbləri minaya təsir edən xəstəliklər və ya xərçəngin müalicəsi üçün tətbiq edilən müalicənin (kimyaterapiya və / və ya şüa terapiyası) xüsusi növləridir.

SƏBƏB № 6. Sarı rəng genetika ilə bağlıdır

Ola bilər ki siz, sizdən fərqli genlərə malik insanlardaan daha sarı minaya irsən malik oldunuz.

Hər təbəssümünüzü qar kimi ağ etmək üçün, siz LISTERINE® EXPERT "Ekspert ağardılma" vasitəsindən istifadə edə bilərsiniz.