Skip to main content

Search

Search

Sizin dişlərinizin ağ rəngini saxlamağa kömək edəcək 5 məhsul və içki

Öz rasionunuza bu məhsulları əlavə etməyə çalışın. Onlar nəinki doyumludur, həm də sizin dişlərinizin ağ rəngini saxlamağa kömək edir.

DİŞ AĞARDICISI № 1: gül kələm

kapusta_listerin.jpg

Bu uzun müddət çeynənməsi tələb olunan məhsullardan biridir, deməli, o dişlər üçün faydalıdır. Qidanı nə qədər çox çeynəsəniz, bir o qədər çox ağız suyu istehsal edilir. Tüpürcək dişlərin təbii təmizləyicisidir, o onların parlaqlığını saxlamağa kömək edir.

DİŞ AĞARDICISI № 2: çiyələk

klubnika_listerin.jpg

Bəli, bu tünd rəngli giləmeyvələr alma turşusu kimi məşhur maddə ilə zəngindir. O təbii üsulla dişləri ağardır.

DİŞ AĞARDICISI № 3: pendir

cheese_listerin.jpg

Ananız sizə sümüklərin daha möhkəm və dişlərin daha ağ olması üçün süd içmək haqqında deyib. O haqlı idi. Pendir, yoqurt və süd kimi süd məhsullarında süd turşusu və minanı bərkidən kalsium mineral var ki, bunun sayəsində dişlər daha möhkəm və daha ağ olur. Pendirin çeynənməsi zamanı həmçinin tüpürcək istehsal edilir ki, o da dişləri çirkləndirən qida qalıqlarını yuyub təmizləyir.

DİŞ AĞARDICISI № 4: alma

apples_listerin.jpg

Bu meyvələri, xırçıldayan kök kimi, uzun müddət çeynəmək lazım olur, bu isə sizin ağzınız üçün yaxşı və təmizləyici məşqdir. Belə təbii təmizlənmə zamanı qidanın hissəcikləri ağızdan təmizlənir, dişlər isə ağ qalır.

DİŞ AĞARDICISI №5: kərəviz

selderey_listerin.jpg

Sellülozla zəngin meyvələr və tərəvəzlərin tərkibində az kalori və çox qidalı maddələr olmaqla yanaşı, onlar həm də dişlərin ağlığını və diş ətinin sağlamlığını saxlamağa kömək edir.