Skip to main content

Search

Search

Ağızdan qoxu

Qoxulu nəfəs ətrafdakılarların rahatsızlığına və ağızda pis qoxudan əziyyət çəkən insanda komplekslərin yaranmasının səbəbidir. Nəyə görə nəfəs xoşagəlməz olur? Ev şəraitində ondan necə qurtulmaq olar? Bu suallar mütəxəssislərin pis qoxulu nəfəsi bu terminlə adlandırdığı qalitozdan əziyyət çəkən bir çox insanda yaranır.

zapah-2-min.jpg

огонь изо рта неприятный запах

Əvvəlcə ağızdan pis qoxunun səbəblərini aydınlaşdır

Bu xoşagəlməz problemi tez aradan qaldıran möcüzəli müalicə metodlarının axtarışlarına atılmağa tələsmə. Əvvəlcə ağızdan pis qoxunun səbəblərini aydınlaşdır, mümkün səbəbləri minimuma endir. Savadlı və ixtisaslaşdırılmış stomatoloqa getmək daha yaxşıdır. Müasir stomatoloji kabinetlər asanlıqla qalitoz diaqnozunu qoymağa və bu naxoşluğun səbəblərini aşkar etməyə imkan verən avadanlıqla təchiz edilmişdir.

Özünüzdə qalitozu necə müəyyən edə bilərsiniz?

myata_na_yazike.jpg

Профилактика несвежего дыхания

Bəzi insanlar ağızlarından qoxu gəlməsini bilmirlər, çünki onu hiss etmirlər. Əgər sən ağzından qoxu gəldiyindən şübhələnirsənsə, yaxın insandan ünsiyyət zamanı xoşagəlməz qoxunu hiss edib-etməməsini soruşa bilərsən. Əgər sən bunu etməyə utanırsansa, stomatoloqa müraciət etmək və müayinədən keçmək və ya qalitoz əlamətlərini müstəqil olaraq aşkar etməyə çalışmaq olar.

Nəzərə al ki, ev şəraitində pis qoxunu günün ortasında və ya sonunda aşkar etməyə çalışmaq daha yaxşıdır. Bir çox diş məcunları və ya saqqızlar pis qoxunu maskalayır, buna görə testi onların istifadəsindən 3-5 saat sonra keçirmək daha yaxşıdır.

  • Azca bükülmüş ovuca nəfəs ver və onu buruna gətir. Pis qoxu hiss edirsən? Deməli, ağızdan qoxunun müalicəsini keçirməyə başlamağın vaxtıdır.
  • Diş sapını götür, onu dişarası araya dişlərin arasında yerləşdir, azca geri və irəli çək. Əgər bundan sonra o pis qoxu verirsə, deməli, pis qoxu problemi mövcuddur, uydurma deyil.
  • Həmçinin pambıq diskindən istifadə etmək olar: onunla dili, yanaqların daxili səthini sil. Bunu asan, basmadan et. Əgər diskdə xoşagəlməz qoxu qalsa, qalitoz müalicəsinə başlamaq lazımdır.

Pis qoxu nədən yarana bilər?

luk_chesnok.png

Питание как причина возникновения запаха изо рта

Ağızdan xoşagəlməz qoxunun (qalitozun) bir sıra səbəbləri mövcuddur:

  • keyfiyyətsiz gigiyena vasitələrindən istifadə. Diş fırçası maksimal elastik olmalıdır, orta sərtliyə və hərəkətli başlığa malik olmalıdır ki, çətin əlçatan yerlərə girə bilsin;
  • dişlərin qeyri-müntəzəm təmizlənməsi. Ağız boşluğuna gündə ən azı 2 dəfə qulluq etmək lazımdır, çünki karies bakteriyaları daim qoxulu hidrogen sulfidi istehsal edir və bu ağızda pis qoxuya səbəb olur;
  • siqaret çəkmə. Siqaret çəkənlərdə ağızdan qoxu uzunsürən siqaret çəkmə fonunda və dişlərin xroniki xəstəlikləri səbəbindən yaranır;
  • kariyes. Kariozlu boşluqlarda qalmış çürümüş qida fraqmentləri qoxu təzahürlərini gücləndirir;
  • bəzi xəstəliklər. Tez-tez qoxu həzm (məsələn, qastrit) orqanlarının xəstəliklərinə görə meydana çıxır;
  • yanlış rasion. Böyük miqdarda fəstfud və sadə karbohidratlarla zəngin məhsullardan, qazlı içkilərdən istifadə ağızda pis qoxuya səbəb ola bilər;
  • başqa səbəblər.

Kim risk qrupundadır?

Qalitoz inkişafının riski qrupuna həmçinin aşağıdakı naxoşluqları olan insanlar daxildir:

  1. endokrin nasazlıqlar;
  2. artıq çəki;
  3. hormonal pozuntular;
  4. tüpürcək vəzlərinin fəaliyyəti problemləri;
  5. qaz əmələ gəlməsinə (meteorizm) meyl;
  6. immün-defisit nasazlıqları;
  7. ağız boşluğunda ittihabi-yoluxucu proseslər;
  8. bağırsaq mikroflorasının pozulması.

Qalitoza görə müayinədən necə keçməli?

Bəzən instrumental və laboratoriya diaqnostikası metodlarından istifadə etmədən, ağızdan qoxunun səbəblərini bilmək çətindir. Buna görə də, əgər sən gigiyenik tədbirlərin gücləndirilməsi fonunda əlamətləri azalmayan qalitozdan əziyyət çəkirsənsə, kompleks müayinədən keçmək, qastroenteroloqun, diyetoloqun, stomatoloq-gigiyena mütəxəssisinin yanına getmək, qan və sidik analizləri vermək lazımdır.

Stomatoloqun kabinetində sən nəfəs verilən havanın diaqnostikasını keçə və qalitozun inkişaf dərəcəsini qiymətləndirə bilərsən. Mütəxəssis bu xəstəliyin səndə olub-olmamasını və ya sənin qalitofobiyadan əziyyət çəkib-çəkmədiyini dəqiq müəyyən edəcək. Burun vasitəsilə verilən nəfəs damaq badamcığı və burun boşluğundan çıxan burun-boğaz qoxusuna malikdir. Onda ağız boşluğundan gələn qoxu yoxdur. Bəzən məhz burun nəfəsi (qaymorit, adenoidlər, poliplər zamanı) xoşagəlməzdir. Buna görə qoxunun dəqiq mənbəyinin müəyyən edilməsi üçün mütəxəssis burun, ağciyər və ağız havasını ayrıca qiymətləndirəcək.

Ağızdan xoşagəlməz qoxunun aradan qaldırılması

Qidalanmaya və gündəlik gigiyenaya yanaşmanızı dəyişərək, ağızdakı qoxudan qurtulun:

Mikrob ərpini təmizləməyə imkan yaradan, kariyesin profilaktikasına, həmçinin ağızdan qoxunun effektiv aradan qaldırılmasına imkan verən məşhur istehsalçıların keyfiyyətli diş məcunlarından və gellərindən istifadə et.

Ultrasəs diş fırçalarından istifadə et, çünki onların tükləri qidanın qalıqlarını hətta ən çətin yerlərdən təmizləyir.

Dişarası araların ağızda pis qoxu yaradan bakteriyaların qidalandığı qida qalıqlarından təmizlənməsi üçün flossdan istifadə et.

Ağızın müntəzəm yaxalanması prosedurunu keçir. Yaxalayıcılardan, məsələn LISTERINE® istifadə et. Onların tərkibinə bilavasitə qoxunun yaranmasının səbəbinə– patogen mikroorqanizmlərə təsir edərək, ağızdan xoşagəlməz qoxunu götürə bilən efir yağları kompleksi daxildir. LISTERINE® tərkibindəki komponentlər, dişlərin səthində mikrob ərpinin yaranmasını azaldır, qalitoza, həmçinin diş əti və diş xəstəliklərinə səbəb olan bakteriyaların1 99,9 %-ni məhv edir. Düzgün tətbiq olunduqda LISTERINE® yaxalayıcıları 24 saat ərzində pis qoxudan qurtulmağa imkan verir!

Qidalanma məhsulları. Bir sıra hallarda alma, kök, brokkoli, ispanaq, brüssel kələmi və başqa tərəvəzlər kimi bəzi məhsullar xoşagəlməz qoxunu azaltmağa kömək edə bilər.

Qalitoz zamanı faydalı tövsiyələr

Bizim sadə tövsiyələrimizə riayət edərək, sən bu və ya digər dərəcədə ağızdan qoxu probleminin öhdəsindən gələ biləcəksən.

Gördüyün kimi ağızda qoxunun səbəbləri müxtəlifdir. Bəzən stomatoloqa daim gedən, düzgün həyat tərzi yaşayan və dişlərə diqqətlə qulluq edən insanlarda ağızda qoxu yaranmasının səbəbini müəyyən etmək çətin olur. Hər bir konkret halda fərdi diaqnostika və savadlı müalicə lazımdır.

1In vitro studies using model of oral biofilms have shown that LISTERINE® can reduce the viability of plaque biofilm by up to 99 % compared to a water control. Reduces up to 99 % of plaque (or plaque forming) bacteria in lab tests. Internal reports for studies by Minoli G., October 3, 2008 (mixed species biofilm flow through assay performed from Sept. 30, 2008 through Oct. 3, 2008) and by Ilg D et al, Febriary 20, 2009 (mixed species biofilm flow through assay performed from February 16, 2009 to February 20, 2009).