Skip to main content

Search

Search

Səhər nəfəsi

utrennee_dyhanie_.jpg

Səhərlər ağızdan xoşagəlməz qoxunun səbəbi nədirr, qoxulu nəfəsdən qurtulmağa və ya onun yaranmasının qarşısını almağa nə kömək edə bilər

Səhər nəfəsi haqqında danışdıqda biz əksər hallarda yuxudan sonra ağızda yaranan xoşagəlməz qoxunu nəzərdə tuturuq. Bununla müxtəlif dərəcədə insanların əksəriyyəti daim rastlaşır. Bir yorğan-döşəkdə gecə keçirən bir çox cütlüklər ağızdan xoşagəlməz qoxuya görə utanma hissi keçirmədən, səhər saatlarında öpüş və qucaqdan həzz almağı arzu edərdilər. Hərçənd bizlərdən bir çoxu bunu gündəlik həyatın qurtulmaq mümkün olmayan ayrılmaz hissəsi olmasını güman edirik, lakin bu belə deyil. Bir neçə sadə tədbir mövcuddur ki, onlar hər səhər sənin nəfəsinə təravət bəxş edərək, ağızdan qoxunun intensivliyini əhəmiyyətli dərəcədə azaltmağa və ya hətta ondan tamamilə qurtulmağa kömək edə bilərlər!

Səhərlər pis qoxunun səbəbi nədir?

prichiny_utrennego_zapaha_izo_rta_.jpg

Biz yatan zaman, bizim bədənimizdə olan proseslərin əksəriyyəti, həmçinin tüpürcək istehsal edən vəzlərin işi dayanır və ya yavaşıyır. Bu, ağızdan xoşagəlməz qoxu ilə mübarizədə çox əhəmiyyətli amildir. Tüpürcəkdəki oksigenin yüksək konsentrasiyası anaerob bakteriyaları öldürür. O həmçinin qida hissəciklərini dağıtmağa və udma zamanı onları ağız boşluğundan xaric etməyə kömək edir. Yuxu zamanı istehsal edilən tüpürcəyin həcmi azalır, və bu o deməkdir ki, o ağız boşluğunu daha az yuyur və daha az oksigenlə təmin edir.

Qoxulu nəfəsdən necə qurtulmalı

Səhərlər ağızdan gələn xoşagəlməz qoxunu aradan qaldırmaq çətin deyil. Sadəcə su iç, səhər yeməyi ye, sonra diş sapından istifadə et, dişləri həmişəki kimi təmizlə və ağızı sevimli yaxalayıcı vasitə ilə yaxala. Lakin bizlərdən bir çoxu istəyərdilər ki, xoşagəlməz qoxu artıq oyanış zamanı narahatlıq yaratmasın. Bir neçə sadə qaydaya müntəzəm riayət edərək, belə effektə nail olmaq olar.

Profilaktika

Səhərlər qoxulu nəfəsin yaranmasından qaçmaq üçün, ağız boşluğunun yuxudan əvvəl bütün qida qalıqlarından yaxşı təmizlənməsinə əmin olmaq lazımdır. Qida hissəcikləri bakteriyaların artması üçün əlverişli mühitdir. Ağızdan xoşagəlməz qoxu bakteriyaların anaerob nəfəsinin nəticəsi olan uçan kükürd birləşmələridir. Buna görə də onlar üçün qeyri-əlverişli mühit yaratmaq lazımdır. Ağızdan xoşagəlməz qoxuya səbəb olan bakteriyalar, turş mühitdə özünü rahat hiss edirlər, lakin qələvi mühiti onların artmasına mane olur.

Məhz bu iki əsas qayda ağızdan xoşagəlməz qoxunun yaranmasının qarşısını almağa kömək edəcək: qalıqların yaxşı təmizlənməsi və bakteriyalar üçün qeyri-əlverişli mühitin yaradılması.

Diş çöpləri, fırça, dil təmizləyiciləri və ağız boşluğu üçün yaxalayıcılardan istifadə et

Əlbəttə, bu vasitələr bizə çoxdan məlumdur. Diş fırçasından, sapdan və dil təmizləyicilərindən istifadə ağız boşluğunda qida qalıqları ilə mübarizədə əsas amillərdir. Tələsmə, bütün prosedurları yaxşı yerinə yetir. Əgər səndə yuxudan əvvəl ağız boşluğunu təmizləmək üçün daim vaxt çatmırsa, təəccüblü deyil ki hər səhər səni ağızdan qoxu narahat edir.

Ağız boşluğunun nəmlənməsinə diqqət yetir

Ağızda quruluq pis qoxuya səbəb olan bakteriyaların artmasını stimullaşdırır, buna görə də yuxu zamanı ağız boşluğunun nəmlənməsinə diqqət yetirmək lazımdır. Ağızda tüpürcəyin miqdarını artırmağa kömək edəcək bir neçə üsul təqdim edirik.

Ağız vasitəsilə nəfəs almamağa çalışın. Belə nəfəs ağız boşluğunu daha sürətli qurudacaq. Bu halda boşluğa çökən toz, müxtəlif allergenlər və başqa xırda hissəciklər həmçinin qoxunun yaranmasına imkan yaradır. Öz nəfəsinə nəzarət etmək və özünü yuxu zamanı burun vasitəsilə nəfəs almağa məcbur etmək çətindir. Buna görə də, yatmağa getməzdən əvvəl, əmin olun ki, burun keçidləri təmizdir və nəfəs azaddır. Bir çox insanlarda ağız vasitəsilə nəfəsin səbəbi burun tutulmasıdır.

Ağızı tez-tez yaxala. Gecə yarısı su içməyə duranda belə, suyu ağız boşluğunda bir az saxla və udmazdan əvvəl yaxala.

pic10.jpg

Ağız boşluğuna daim qulluq et

Ağızdan xoşagəlməz qoxu pis qoxuyan qazlar ayıran anaerob bakteriyaların sürətli artmasına görə yaranır. Pis qoxudan qurtulmaq üçün, ağız boşluğunda bakteriyaların miqdarını azaltmaq vacibdir. Bu ona gündəlik yaxşı qulluq nəticəsində əldə edilir. Mükəmməl halda o 3 əsas mərhələdən ibarətdir:

  • Dişlərin təmizlənməsi. Müntəzəm surətdə, gündə 2 dəfə, səhər və axşam, diş məcunundan və diş fırçasından istifadə dişlərin səthindən patogen mikroorqanizmlərin böyük əksəriyyətini yox etməyə kömək edəcək. Dişləri stomatoloqların tövsiyyə etdiyi kimi təmizləmək vacibdir: fırça ilə diş ətindən dişlərin kənarlarına tipik hərəkətlər edərək, məcunla bütün əlçatan hissələri sürtmək və ən azı 2-3 dəqiqə dişləri təmizləmək. Həmçinin müntəzəm olaraq 3-4 ayda bir dəfə, diş fırçasını diş ətinizə uyğun olan yumşaqlığa əsasən dəyişdirmək lazımdır.
  • Diş sapı. Dişlərin qida qalıqlarından və hissəciklərdən təmizlənməsi, dişarası araların belə vasitənin köməyi ilə təmizlənməsi olmadan natamam olacaq. Bir çox tədqiqatlar göstərdi ki, diş sapından istifadə edənlər, parodont xəstəliklərindən və ağızdan xoşagəlməz qoxu ilə daha nadir halda rastlaşırlar. Lakin eyni zamanda sapdan onun təlimatlarında göstərilmiş bütün qaydalara əsasən düzgün istifadə etmək lazımdır. Hər bir təmizlənməsi mümkün olan dişin kənarını yaxşı təmizləməyi unutmayın!
  • Ağız üçün yaxalayıcı. Dişlərin mexaniki təmizlənməsi yalnız bakteriyaların bir hissəsindən azad edir, bu zaman onlardan çoxu selikli qişada və dildə toplanır. Məhz ağız üçün yaxalayıcı hətta ağız boşluğunun ən çətin təmizlənə bilən yerlərinə daxil olaraq, onlardan qurtulmağa kömək edir. Belə mikroorqanizmlərin məhv edilməsi dişlər və parodontun sağlamlığı üçün faydalıdır (iltihabdan azad edir) və ağızdan xoşagəlməz qoxuya səbəb ola bilən dildəki ərpi təmizləyir.

Belə gigiyenik vasitələrin tətbiqi bütün ağız boşluğunun maksimal mümkün olan təmizlənməsinə nail olmağa kömək edəcək ki, bu da dişlərin və diş ətinin sağlamlığı və bununla bərabər təravətli nəfəs üçün mübarizədə əsas addım olacaq.

Stomatoloqun qəbuluna get

Dişlər və parodontun vəziyyətinə həmişə peşəkar nəzarət lazımdır. Hətta əgər sən keyfiyyətli qulluq təmin edərək, ağız boşluğunun gigiyenasına diqqət yetirirsənsə, mütəxəssisin məsləhətləri böyük əhəmiyyətə malikdir. Stomatoloq müəyyən problemlərin yaranmasının risklərinə diqqət yetirməyə və onların qarşısını almağa kömək edəcək, buna görə də müntəzəm həkim kabinetinə getmək lazımdır. Yadda saxla ki, diş daşının yaranması, kariyes, diş ətinin ittihabi prosesləri və bir çox başqa xəstəliklər – bu yalnız sağlamlıq üçün minus deyil, həm də ağızdan xoşagəlməz qoxunun əsas mənbələrindən biridir. Sağlam ağız boşluğu təravətli nəfəsin zəmanətidir!