Skip to main content

Search

Search

Ağızdan xoşagəlməz qoxunun yaranmasına imkan yaradan həyat tərzi

Əgər diş fırçasından, diş sapından və yaxalayıcıdan müntəzəm istifadə ağızdan xoşagəlməz qoxunun öhdəsindən gəlməyə kömək etmirsə, həyat tərziniz və vərdişləriniz haqqında düşünün.

Siz nə yeyirsiniz?

Unutmayın ki, rasionda böyük miqdarda şirin məhsul ciddi problem yaradır. Şirin məhsullarda olan şəkər xoşagəlməz qoxuya səbəb olan bakteriyalar üçün qidalandırıcı mühitdir. Turş məhsullar sizin dişlərinizi infeksiyalara qarşı zəiflədərək və xoşagəlməz qoxuya imkan yaradaraq minanı zəiflədə bilər. Yağlar və zülallarla zəngin məhsullar həmişə yaxşı həzm olmur və həmçinin ağızda pis qoxu yarada bilərlər. Meyvə və tərəvəzlərin, məsələn ananas, kivi və yaşıl yarpaqlı tərəvəzlərin yetərli miqdarından istifadə etməklə, balanslı, sağlam rasiona riayət etmək daha yaxşıdır.

Siz stres hiss edirsinizmi?

İnansanız da, inanmasanız da, həyəcandan yalnız ovuclar tərləmir, həm də ürək daha sürətlə döyünür. Stres səbəbindən ağızda yaranan quruluq, nəfəsə xoşagəlməz qoxu verə bilər. Oruc tutmaq həmçinin həzm prosesinə təsir edə bilər, çünki, sizin mədəniz fermentlərdən məhrum olur. Onlar olmadan həzm edilməyən qida, birbaşa ağıza düşən qoxular buraxır.

Siz tez-tez alkoqol qəbul edirsinizmi?

Siz nə qədər çox alkoqollu içki içsəniz, ağızdan xoşagəlməz qoxu yaranması ehtimalı bir o qədər artar. Bu ona görə baş verir ki, alkoqol yalnız ağızı qurutmur, həm də zərərli bakteriyalara ağız boşluğunda qalmağa imkan verir.

Siz kofemansız?

Ola bilsin ki, siz günə qəhvəsiz başlamaya bilmirsiz, amma onda olan kofein tüpürcək istehsalını azaldır. Tüpürcək nə qədər az olarsa, xoşagəlməz qoxu yaradan bakteriyalar bir o qədər çox olur. Bu problemin ən yaxşı həlli dişləri fırça ilə və diş sapı ilə təmizləmək, həmçinin hər dəfə qəhvə içdikdən sonra yaxalayıcı ilə yaxalamaqdır.