Skip to main content

Search

Search

Nəfəsi necə təravətli etməli

Ağızdan xoşagəlməz qoxu əksər hallarda keyfiyyətsiz gigiyena fonunda yaranır. Patogen mikroorqanizmlər qatı mikrob ərpini formalaşdıraraq qida hissəcikləri ilə qidalanır. Əgər Siz öz nəfəsinizi təravətli saxlamaq istəyirsinizsə, gigiyenik prosedurlara məsuliyyətli yanaşmaq lazımdır.

Qalitozun aradan qaldırılmasına kompleks yanaşmaq üçün, patogen mikroorqanizmlərin 99,9%1 – i ilə mübarizədə effektiv olan LISTERINE® yaxalayıcısından istifadə edin. 

106.jpg

Ağızdan qoxu aktiv ünsiyyətə mane ola bilən incə məsələdir. İybilmə reseptorlarından aldığımız informasiyanın da həmsöhbət haqqında fikrin formalaşmasında iştirak etməsini nəzərə alsaq, insanın təravətli nəfəsinin niyə onu ən yaxşı tərəfdən tanıtması aydınlaşır. Xoşagəlməz qoxu zamanı hər şey dəqiqliklə əksinədir. Əgər bu problem Sizə aiddirsə bu xüsusilə xoşagəlməzdir. Hansı səbəblərə görə vəziyyət Sizin xeyirinizə olmaya bilər?

Ağızdan xoşagəlməz qoxu niyə yaranır?

107.jpg

Əgər bəzi məhsulların və ya içkilərin (soğan, sarımsaq, alkoqol və s.) istifadəsindən sonra qalan qoxuları nəzərə almasaq, ağızda qoxunun səbəbi ağız boşluğunda olan bakteriyalardır. Onlar nə qədər çoxdursa, bir o qədər çox "tullantı" (həyat fəaliyyətinin məhsulları) istehsal edirlər və müvafiq olaraq, qoxu daha güclü olur. Ağız boşluğunun normal vəziyyəti zamanı dişlərin təmizlənməsi bu problemi aradan qaldırır. Daimi qoxulu nəfəs (qalitoz) heç nə ilə aradan qaldırılmır. Belə problem aşağıdakı səbəblər üzündən meydana gələ bilər:
  • ağız boşluğunun yetərli olmayan və ya yanlış gigiyenası;
  • iltihabi və ya yoluxucu proseslərin (qinqivit, kariyes, parodontit və s.) mövcudluğu;
  • həzm orqanlarının xəstəlikləri;
  • bir sıra dərmanların qəbulu;
  • tüpürcəyin kimyəvi tərkibinin dəyişməsi və ya onun istehsalının azalması.

Təravətli nəfəs üçün məhsullar

Əgər qalitoz dişlər və diş əti xəstəlikləri səbəbindən yaranmayıbsa, öz rasionuna düzəliş etməklə təravətli nəfəsi qaytarmaq olar. Daha çox çiy bərk tərəvəz və meyvə (yerkökü, alma, kərəviz və s.) yemək və bununla ağız boşluğuna müntəzəm qulluğu tamamlamaq olar. Sərt lifli struktura malik olaraq, belə qida məhsulları dişləri əlavə olaraq təmizləməyə kömək edir. Məsələn, yerkökünü dişləyən zaman, liflər dişlərin səthi üzərində paylanır vəiş ərpini yumşaq tərzdə aparır. Bundan başqa, təzə tərəvəz və meyvələrin tərkibində dişlər və diş ətinin vəziyyətinə faydalı təsir edən fermentlər, orqanik turşular və başqa maddələr var.

Yaxalayıcı təravətli nəfəs üçün sadə köməkçidir

108.jpg

Təzə tərəvəz və meyvələrin qidada həmişə istifadəsi mümkün deyil, və bəzən bu hətta arzuolunmazdır. Məsələn, diş ətinin qanaması və ağrıması ilə müşayiət olunan iltihabi xəstəliklər olduğu halda. Bu zaman iltihabı aradan qaldırmağa və təravətli nəfəsi bərpa etməyə kömək edən xüsusi vasitələrdən istifadə etmək pis olmaz.

LISTERINE® yaxalayıcıları ağızdan xoşagəlməz qoxu ilə mübarizədə etibarlı köməkçi ola bilər. Onların tərkibinə bakterisid təsirə malik olan təbii efir yağları daxildir. Ağızdan xoşagəlməz qoxuya səbəb olan bakteriyaların fəallığının azalması nəticəsində iltihabi proseslər dayanır və bunun nəticəsi kimi, təravətli və təmiz nəfəs qayıdır. LISTERINE® yaxalayıcısının təsiri 12 saata qədər davam edir. Ağız boşluğunun gündə iki dəfə yaxalanması zamanı bakterisid və təravətləndirici effekt 24 saat qalır.

Nəfəsi daha hansı üsulla təravətli etmək olar

İlk növbədə əmin olmaq lazımdır ki, xoşagəlməz qoxunun səbəbləri diş və diş əti və ya mədə xəstəlikləriylə əlaqədar deyil. Bunun üçün sağlamlıqla bağlı problemləri təsdiq edəcək və ya istisna edəcək ixtisaslaşdırılmış mütəxəssis tərəfindən müayinə olunmaq üçün vaxt ayırmaq lazımdır.

Nəfəsdə təravətin yaranması və saxlanması üçün aşağıdakı tövsiyələrə riayət edin.

  • Ağız boşluğunun gündəlik gigiyenası üçün ərpi effektiv şəkildə aradan qaldıran elektrik diş fırçasına üstünlük verin. Bu diş sapından istifadə etmək ehtiyacını istisna etmir, ona görə dişarası araların təmizlənməsinə nəzarət edin.
  • Siqaretdən və spirtli içkilərin istifadəsindən imtina edin. Tütün və alkoqol nəinki bilavasitə nəfəsin təravətinə təsir edir, həm də diş əti xəstəliklərinə səbəb olur.
  • Rasionda diş ərpi ilə mübarizədə etibarlı köməkçi olacaq bərk tərəvəz və meyvələrin yetərli miqdarda olmasına nəzarət edin.
  • Yolda, işdə və dişlərin təmizlənməsinin narahat və ya çətin olduğu yerdə tətbiq edilməsi rahat olan yaxalayıcılardan istifadə edin. LISTERINE® yaxalayıcıları nəinki nəfəsi təravətləndirir, həm də dişlərin təmizlənməsi imkanının yaranmasına qədər dişləri qorumağa kömək edir.

1 In vitro studies using model of oral biofilms have shown that Listerine can reduce the viability of plaque biofilm by up to 99% compared to a water control.
Internal reports for studies by Minoli G.,October 3, 2008 (mixed species biofilm flow through assay performed from Sept. 30, 2008 through Oct. 3, 2008) and by Ilg D et al, Febriary 20, 2009 (mixed species biofilm flow through assay performed from February 16, 2009 to February 20, 2009).