Skip to main content

Search

Search

Ağızdan xoşagəlməz qoxunu necə aradan qaldırmalı?

Bizim hamımızda müəyyən məqamlarda ağızda qoxu yaranır, lakin bunu aradan qaldırmaq asandır. Sizə xoşagəlməz hallardan qaçmağa kömək edəcək bir neçə tövsiyə təqdim edirik.

Ağız boşluğunun gigiyenasına riayət edin

4_2_1_maintain_good_oral_hygiene_03_0_0.jpg

Məhz bu xoşagəlməz qoxunun öhdəsindən gəlməyə hər şeydən yaxşı kömək edir, lakin bir çox insanlar gigiyenanı nəzərdən qaçırırlar. İdealda hər qida qəbulundan sonra dişləri təmizləmək və diş sapından istifadə etmək lazımdır. Bu, qoxuya səbəb olan bakteriyaların miqdarını azaldır. Bundan başqa, dişləri kariyesdən qorumağa kömək etmək və diş ərpini aradan qaldırmaq üçün gündə iki dəfə ağızı yaxalayıcı ilə yaxalamaq lazımdır. Ən yaxşısı qoxunun səbəbini aradan qaldırmadan sadəcə qoxunu maskalayan ağız üçün yaxalayıcılardan deyil, bakteriyaları öldürən antibakterial LISTERINE® yaxalayıcısından istifadə etməkdir.

Nə ilə qidalandığınıza nəzarət edin

4_2_1_watch_what_you_eat_03_0.jpg

Yediyiniz qidanın tərkibində olan qoxulu kimyəvi birləşmələr qana düşür və sonra qoxu şəklində ağıza qayıdırlar. Acı məhsullar – sarımsaq, soğan – və ədviyyəli yeməklər ağızdakı qoxuya ən çox təsir edir. Buna görə daha çox tərəvəz və göyərti yemək lazımdır: məsələn kərəviz, kök və cəfərilər. Onlarda ağızı qida qalıqlarından təmizləyəcək çoxlu maye var.

Daha çox su için

4_2_1_hydrate_03_0.jpg

Əgər yeməkdən sonra siz dişləri fırça, diş sapı ilə təmizləyə və ya yaxalayıcı tətbiq edə bilmirsinizsə, bu zaman sadəcə nəsə için: maye ağızı bakteriyaların öz dağıdıcı təsirinə başlamazdan əvvəl onlardan və qida qalıqlarından təmizləməyə kömək edəcək. Bunun üçün hamısından yaxşı sudur. Şirin qazlı sulardan çəkinin: şəkər dişlərə və diş ətinə çökəcək və ağızdan qoxunun yaranmasına səbəb olacaq, çünki o, bakteriyalar üçün qidalandırıcı mühit kimi xidmət edir.

Ksilitli saqqız çeynəyin

4_2_1_chew_the_right_thing_03_0.jpg

Qida qəbulundan sonra şəkərsiz saqqızdan istifadə sizin nəfəsinizi təravətləndirməyə kömək edəcək və tüpürcək ifrazını stimullaşdıracaq ki, bu da ağızı bakteriyalardan və qida hissəciklərindən təmizləyərək, onu təbii üsulla yuyacaq. 100% ksilitlə şirinləşdirilmiş saqqız həmçinin sizi kariyesdən qoruyacaq. Nanəli nabatlardan özünüzü qoruyun: ən yaxşı halda onlar sadəcə ağızdakı qoxunu maskalayacaq, ən pis halda isə onlarda olan şəkər dişlərə çökəcək və sizin problemlərinizi yalnız ağırlaşdıracaq.

Müntəzəm olaraq stomatoloqu ziyarət edin

Ola bilsin ki, siz ağız boşluğunun gigiyenasına riayət edirsiniz, lakin buna baxmayaraq insanlar sizin ağızınızdan qoxu hiss edərək uzaqlaşırlar. Bu zaman peşəkar həkimə müraciət etməyin zamanıdır. Stomatoloq diş əti iltihabını və başqa problemləri aşkar etmək və sağaltmaq üçün sizin dişlərinizin vəziyyətini qiymətləndirəcək və ağız boşluğunun müayinəsini keçirəcək.

Siqaret çəkməkdən imtina edin

Siqaret çəkməyin daha ciddi nəticələrinə toxunmayacağıq, yalnız onu deyək ki, o ən azı ağızdan xoşagəlməz qoxuya səbəb olur. Siqaret çəkmək asılılıqdır, və ondan imtina etmək gözləydiyinizdən daha çətin ola bilər. Həkimlə bu zərərli vərdişdən necə qurtulmaq barədə danışın.