Skip to main content

Search

Search

Ağızda qoxuya səbəb olan 5 əsas məhsul

Diş fırçası, diş sapı və yaxalıyıcı sizə ağız boşluğunu təmiz və sağlam saxlamağa kömək edəcək. Lakin, sizin tərəfinizdən görülən bütün tədbirlərə baxmayaraq, ağızda bəzən yenə də xoşagəlməz qoxu yaranacaq. Lakin narahat olmaq lazım deyil. Ağızda qoxunun yaranmasının bütün səbəblərinin 80%-i əlimizin altındadır: bu yediyimiz məhsullardır/ Gəlin əsas problemli məhsullara baxaq.

№ 1. Sarımsaq

Bu siyahıda sarımsağı görmək təəccüblü olmayacaq. Lakin əksəriyyət ücün sarımsağın yalnız dildə iz qoymadığı təəccüblü olacaqdır. Sarımsağın tərkibinə daxil olan iyli birləşmələr həmçinin qana sovrulur, bir müddət sonra oradan ciyərlərə və ağıza düşür. İnsan sarımsaq yedikdən sonra, hətta dəri məsamələrindən acıtəhər qoxu gələ bilər. Lakin bu o demək deyil ki, sarımsaqdan tamamilə imtina etmək lazımdır. Sadəcə ondan çox istifadə etməməyə alışın və qida qəbulundan sonra diş fırçasından, diş sapından və yaxalıyıcıdan istifadə etməyi unutmayın.

№ 2. Soğan

Sarımsaq kimi, soğanın da qoxusu həmçinin yedikdən sonra uzun müddət qalır. Bu ona görə baş verir ki, həm soğanda, həm də sarımsaqda elə birləşmələr var ki, onlar qana düşür və sizin bunu gözləmədiyiniz zaman ağızdan qoxu şəklində qayıdır. Diş fırçasından, diş sapından və yaxalıyıcıdan istifadə edərək özünüzü qoxudan qoruyun.

№ 3. Süd məhsulları

Süd bədən üçün faydalıdır, lakin o ağızı çirkləndirir. Bu ona görə baş verir ki, sizin dilinizdə yaşayan bakteriyalar süddə və pendirlərdə olan aminturşularla qidalanır və bunun sayəsində ağızdan xoşagəlməz qoxu yaranır.

№ 4. Konservləşdirmiş tunes balığı

Balığın qoxusunu, məsələn, doqquzdon qoxusu ilə qarışdırmaq mümkün deyil. Lakin tunesin qoxusu nədənsə xüsusilə xoşagəlməzdir. Dəniz məhsulları oksidləşdikcə xarab olmağa və xoşagəlməz qoxu verməyə başlayır, və onlar tünd metal bankada saxlanılırlarsa bu proses nədənsə ağırlaşır.

№ 5. Qıtıqotu

Bir halda ki bitkinin fərqləndirici qoxusu həmçinin ac heyvanların qorxudulub qovulması üçün istifadə olunursa, əmin ola bilərsiniz ki, bu qoxu hətta yeyildikdən sonra qalacaq. Ağızda unikal tam və xoşagəlməz qoxu qoyan qıtıqotudan istifadə edildiyində məhz bu cür hal baş verir.