Skip to main content

Search

Search

Təravətli nəfəs

Təravətli nəfəs sağlam dişlər və ümumiyyətlə sağlamlıq əlamətidir. Ağızdan xoşagəlməz qoxunun və ya qalitozun yaranması çoxsaylı səbəblərdən meydana gələ bilər. Onların arasında dişlərin, diş ətinin, dilin və ağız boşluğunun selikli qişasının xəstəlikləri, bəzi məhsulların (soğan, sarımsaq, alkoqol) istifadəsi, siqaret çəkmə, ağız boşluğunun yanlış gigiyenası və s. ola bilər. Xoşagəlməz qoxunun mövcudluğunu xəstə tərəfindən subyektiv olaraq ağır keçirilir və onu cəmiyyətdə utanc və rahatsızlıq yaşamağa məcbur edir. Bu problemdən qurtulmaq üçün, ilk növbədə stomatoloqun (bəzi hallarda həmçinin qastroenteroloqun) müayinəsindən keçmək lazımdır. Xəstəliklərin olmaması halında mütəxəssislər qidalanmanı normallaşdırmağı, zərərli vərdişlərdən imtina etməyi və ağız boşluğunun gigiyenasına xüsusi diqqət yetirməyi məsləhət görürlər. Maksimal effektiv nəticə üçün prosedura nəinki diş fırçası və pastanın istifadəsi ilə təmizlənmə daxil olmalı, həm də ağız boşluğu üçün floss və yaxalıyıcı tətbiq olunmaldır.