Skip to main content

Search

Search

Diş ətinin iltihabı, şişməsi və qıcıqlanmasının səbəbləri

Fırça və ya diş sapı ilə dişlərin təmizlənməsi zamanı diş ətinin qızarması, şişi, qıcıqlanması və qanaması diş əti (qinqivit) iltihabının erkən, geniş yayılmış mərhələsinin yaranmasının birinci əlamətləridir.

Diş əti dişlərdə iltihaba səbəb olan bakterial ərp səbəbindən öz sağlam çəhrayı rəngini itirir, qırmızı və qıcıqlanmış olur. Əgər diş ətində iltihab və qıcıqlanma varsa, onlar diş fırçası ilə və ya sapla təmizlənmə zamanı asanlıqla qanamağa başlayırlar.

Diş ətinin iltihabının ən yayılmış səbəbi ağız boşluğunun qeyri-müntəzəm gigiyenasıdır. Bu ona gətirib çıxara bilər ki, qida qalıqları və bakteriyalar diş və diş əti arasında sahəni doldurur və diş ərpi yaradırlar. Əgər diş əti xəttində formalaşan bu ərp dişlərin müntəzəm təmizlənməsi vasitəsi ilə təmizlənməsə, o bərkiyə və diş daşına çevrilə bilər ki, bunu yalnız stomatoloji alətlərin köməyi ilə təmizləmək mümkün olacaq. Əgər periodontit kimi məşhur olan diş əti iltihabına daha gec mərhələdə məhəl qoyulmasa, xəstəlik çənə sümüyünə toxuna bilər.

Bilmək vacibdir ki, əgər sizin diş ətiniz qanayır və iltihablıdırsa, sizin sadəcə ağız boşluğunun gigiyenasına daha çox diqqət ayırmağa başlayaraq, bakterial infeksiyanın yayılmasını erkən mərhələdə dayandıra biləcəyiniz vaxt müddəti mövcuddur. Bununla əlaqədar olaraq qinqivitə ciddi yanaşmaq və onunla mübarizə aparmaq lazımdır. Əks təqdirdə o böyüklərdə dişlərin itməsinin əsas səbəbi olan diş əti iltihabının daha ağır formasına (periodontitə) keçəcək. Gündə iki dəfə ağızınızı yaxalayın, dişləri yumşaq tüklü və ya elektrik diş fırçası ilə təmizləyin və gündə bir dəfə diş sapından istifadə edin.

Həmçinin diş ərpinin və diş daşının təmizlənməsi üçün müntəzəm olaraq stomatoloqun qəbuluna getməyi unutmayın.