Skip to main content

Search

Search

Dişlərə və diş ətinə ziyan vuran 5 zərərli vərdiş

Siz (ağ) şərab sevirsiniz

wine_listerin.jpg

Qırmızı şərabdan dişlər qaralır, lakin siz bilirsinizmi ki, ağ şərab da yüksək turşuluq dərəcəsinə görə diş ətlərinə ziyan verə bilər? Ən sadə həll ağız boşluğu üçün yaxalayıcılardan istifadə etmək. Lakin ağızı yaxalamazdan əvvəl 60 dəqiqə gözləməyi unutmayın, çünki, diş əti və dişlər şərabda olan turşuların təsirinə görə çox zəif olacaq.

Siz dırnaqlarınızı gəmirirsiniz

nail_biter.jpg

Bir çoxunuzda streslə bağlı vərdişlər var: kimsə səbirsizliklə ayağını yerə vurur, kimsə əllərini göyə qaldırır. Lakin əgər sizin stress vərdişiniz dırnaqları gəmirməkdirsə, bilin ki, siz əlinizi ağzınıza vurduqda və dırnağınızı gəmirməyə başladıqda ağıza diş ərpinin yaranmasına səbəb olan bir çox bakteriya daxil olur.

Sizin vaxtınız yoxdur

you_dont_have_time.jpg

Əgər siz çox məşğul və ya çox yorğunsunuzsa, bu ağız boşluğu gigiyenası barədə unutmaq üçün səbəb deyil. Bizim hamınız bəzən dişlərin adi təmizləməsini qaçırırıq, lakin reallıq belədir ki, dişləri fırça, diş sapı və yaxalayıcı ilə müntəzəm təmizləmədikdə, kariyesin inkişafına səbəb olan diş daşı yaranır.

Siz tez-tez diş çöpündən istifadə edirsiniz

toothpick.jpg

Diş çöpündən düzgün istifadə etdikdə, onun köməyi ilə dişlərin arasındakı sahələri effektiv təmizləmək olar. Lakin diş çöpündən yalnış istifadə etdikdə o diş ətinə zərər vurur. Sizin üçün optimal variant sizin diş ətinizin sağlamlığını təmin edəcək fırça, diş sapı və yaxalayıcının köməyi ilə təmizləməklə kifayətlənməkdir.

Siz limonlu içkiləri sevirsiniz

lemon.jpg

Limonun tərkibində çoxlu C vitamini var, immunitetin möhkəmlənməsinə imkan yaradır və antibakterial xüsusiyyətlərə malikdir, buna görə ümumilikdə limonlu içkilər sağlamlıq üçün faydalıdır. Amma bir şərtlə ki diş ətinizdə həssaslıq və inkişafın erkən mərhələsində olan iltihab olmasın. Problem ondadır ki, limonlarda və başqa sitruslarda diş ətini zədələyən turşu var. Bu problemin ən sadə həlli turşuların təsirini neytrallaşdırmaq üçün gündə iki dəfə ağız boşluğu üçün yaxalayıcıdan istifadə etmək.