Skip to main content

Search

Search

Diş əti xəstəlikləri haqqında bilməniz vacib olan 5 fakt

Diş əti xəstəlikləri yalnız ağız boşluğunun vəziyyətinə deyil, həm də ümumilikdə insanın sağlamlığına birbaşa təsir edir. Təəssüf ki, bir çoxları xüsusilə ilkin mərhələlərdə onların mövcudluğunu bilmirlər. Aşağıda Siz diş ətini uzun illər boyu sağlam saxlamağa kömək edəcək 5 fakt barədə oxuyacaqsınız.

Qinqivit nədir?

Bu bütün dünyada insanlar arasında geniş yayılmış diş əti iltihabının erkən mərhələsidir.

Qinqivitin əlamətləri necədir?

Qinqivitin əlamətlərini müstəqil müəyyən etmək kifayət qədər çətindir. Peşəkar stomatoloqlar assosiasiyalarından birinin məlumatlarına əsasən, qinqivitdən əziyyət çəkən insanların yalnız 10%-i bu haqda bilirlər. Əgər sizin diş ətiniz şişibsə, qızarıbsa və siz dişıəri təmizlədikdə onlar asan qanamağa başlayırsa, sizdə, qinqivit olması ehtimal edilir. Qinqivitin inkişafı ağrı hissləri ilə müşayiət olunmur, buna görə onun əlamətlərini hiss etməmək olar.

Qinqivit hansı səbəbdən yaranır?

Ən yayılmış səbəb ağız boşluğunun pis gigiyenasıdır. Fırça, diş sapı və ağız boşluğu üçün yaxalayıcının köməyi ilə dişlərin gündəlik təmizlənməsinə məhəl qoymadıqda, dişlərdə və onların arasında qida qalıqları qalır və diş ərpi kimi məşhur yapışqan nazik bakterial pərdə formalaşır. O diş daşının yaranmasına gətirib çıxara və zamanla diş minasının dağılmasına imkan yarada bilər.

Qinqivitin inkişafının qarşısını almaq olarmı?

Gündə iki dəfə diş fırçası və ağız boşluğu üçün yaxalayıcıdan istifadə, həmçinin gündə bir dəfə diş sapı ilə dişləri müntəzəm təmizləmə vərdişi, qinqivit kimi məşhur diş əti iltihabının erkən mərhələsinin yaranmasının qarşısını ala bilər. Stomatoloqa (heç olmasa yarım ildə bir dəfə) müntəzəm baş çəkmək həmçinin sizin dişlərinizin təmizliyinin və sağlamlığının saxlanması üçün lazımdır, çünki, diş daşını yalnız stomatoloqun peşəkar alətlərinin köməyi ilə təmizləmək olar.

Qinqiviti necə müalicə etmək olar?

Qinqivitin müalicəsi zamanı diş ətinin qanaxması, qızartısı və şişməsi kimi əhəmiyyətsiz görünə bilən simptomlara qarşı etinasızlıq göstərməmək vacibdir. Əgər siz özünüzdə bu simptomları qeyd etdinizsə, bu zaman onların səbəbini müəyyən etmək və sizin dişləriniz və diş ətinin vəziyyətini qiymətləndirmək üçün stomatoloqun qəbuluna yazılın. Sizin stomatoloqunuz ağız boşluğu üçün antiseptik yaxalayıcı daxil olmaqla sizə dişlər üçün əlavə qulluq vasitələri tövsiyə edə bilər. Əgər dişlər və diş əti arasında böyük miqdarda bakteriya yığını yaranıbsa və diş əti dişlərdən ayrılmağa başlayıbsa, dişlərinzə stomatoloqun həyata keçirdiyi yaxşı təmizləmə lazım ola bilər. Həmçinin yaxşı xəbər var: erkən mərhələdə diş ətinin iltihabının qarşısını almaq mümkündür. Lakin, qinqivit müalicə olunmasa və ona məhəl qoyulmasa, o diş əti (stomatit, daha sonra periodontit) iltihabının daha ciddi formasına keçə bilər ki, bu da böyüklərdə dişlərin itirilməsinin əsas səbəbidir.