Skip to main content

Search

Search

Diş əti xəstəliyindən yaxa qurtarmaq istəyənlər üçün 14 məsləhət

Bəzi stomatoloqlar iddia edirlər ki, diş əti xəstəliklərini tamamilə sağaltmaq mümkün deyil, buna görə də onların inkişafına yol vermək olmaz. Bəzi mütəxəssislər, əksinə, hesab edirlər ki, zədələnmiş toxumalar regenerasiya xüsusiyyətinə malikdir. Bunun üçün sadəcə düzgün seçilmiş qulluq və sadə tövsiyələrə riayət etmək lazımdır. Aşağıda ağız boşluğunun gigiyenasının keyfiyyətini artırmağa, diş əti xəstəliyindən qaçmağa və onların təzahürlərini azaltmağa kömək edə bilən faydalı məsləhətlər sadalanmışdır.

Diabeti nəzarət altında saxla

Ola bilsin ki, sən təəccüblənəcəksən, lakin diabet ağız boşluğunun sağlamlığına neqativ təsir edə bilər. "Diabet zamanı nəzarətin olmaması, diş əti xəstəliyinin riskini artırır", – professor, tibb elmləri doktoru və MDTSU-da stomatoloji xəstəliklərin profilaktikası kafedrasının rəhbəri Kuzmina Edit Minasovna belə deyir. Əgər sən diabetdən əziyyət çəkirsənsə, onu nəzarət altında saxlamağı unutma. Hər gün qanda qlükozanın konsentrasiyasını yoxla və tərkibində az şəkər olan qida məhsullarından istifadə et.

Siqaret çəkməyi at

brosay_kurit_0.jpg

Biz bilirik ki, bu heç də asan deyil. Lakin siqaret çəkmə ümumilikdə sənin sağlamlığına və xüsusilə ağız boşluğunun gigiyenasına neqativ təsir göstərir. Bu zərərli vərdiş diş əti xəstəliyinin riskini artırır. Buna görə də yaxınlarının dəstəyi ilə siqaret çəkməyi atmağa çalış.

Ağız boşluğu üçün yaxalayıcılardan istifadə et

Diş əti xəstəliklərindən qaçmaq üçün ağız boşluğuna gündəlik qulluğu daha da effektiv etmək istəyirsənmi? Hər gün ağız boşluğu üçün yaxalayıcılardan, məsələn LISTERINE® vasitəsindən istifadə etməyə çalış. O, diş ətinin iltihabının (qinqivitin) ilkin əlamətlərindən cəmi iki həftə ərzində qurtulmağa imkan verir. Əgər seçim etməkdə çətinlik çəkirsənsə, LISTERINE® TOTAL CARE. vasitəsini sına. Yaxalayıcı nəfəsi təravətləndirməyə və ağız boşluğunda patogen bakteriyaların miqdarını azaltmağa imkan verəcək. Bundan başqa, o diş əti xəstəlikləri ilə mübarizədə kömək edəcək.

Gündə iki dəfə diş sapından və fırçadan istifadə et

Diş sapından istifadəyə məhəl qoymamaq olmaz. "Parodont xəstəliklərinə meylli insanlar üçün ağız boşluğunun gigiyenasına daha ciddi yanaşmaq lazımdır", – doktor Edit Minasovna belə deyir. Əlbəttə, bu heç də həvəsləndirici məşğuliyyət deyil, lakin sənin dişlərin və diş əti sənə minnətdar olacaq. Diş fırçasına gəlincə isə, biz ümid edirik ki, sən artıq gündə iki dəfə ondan istifadə edirsən (əgər bu belə deyilsə, sən öz vərdişlərini təkrar nəzərdən keçirməlisən).

Balanlaşdırılmış pəhriz tərəfdarı ol

sbalansirovannoe_pitanie_0.jpg

Öz rasionuna böyük miqdarda meyvə, tərəvəz, düzgün yağlar və zülallar daxil et – bu yalnız ağız boşluğunun ümumi sağlamlıq vəziyyətinə deyil, həm də gigiyenasına faydalı təsir göstərəcək. Qida qəbullarını buraxmamağa çalış, onları yağ və bulka ilə əvəz etmək arzuolunmazdır (əlbəttə, əgər o qoz-fındıq və toxumlar qarışığı səpilmiş böyük miqdarda salat yarpağı və müxtəlif tərəvəzlərlə yeyilmirsə).

Səhər qəhvəsini diş əti sağlamlığına müsbət təsir göstərən bir fincan yaşıl çayla əvəz et. Tədqiqatlar təsdiq etdi ki, hər içilmiş bir fincan yaşıl çay diş əti qanaxması riskini azaldır. Səbəb bu içkinin tərkibində olan ona katexindir ki, onlar antioksidləşdiricidir və iltihabın aradan qaldırılmasına imkan yaradır.

Qəlyanaltı kimi diş ətinin möhkəmlənməsinə imkan yaradan minerallarla zəngin toxum və ya qoz-fındıqdan istifadə etmək olar. Bundan başqa, mütəxəssislə məsləhətləşərək multivitamin kompleksləri qəbul et.

Yüksək şəkər tərkibli məhsullardan çəkin

Səhərlər dadlı buterbroddan sonra bir stəkan şirədən və ya bir qurtum şirin qazlı sudan imtina etmək sənə çətindir? Əlbəttə, belə şirin içkilərin dadı çox xoşdur, lakin onların həddinən artıq istifadəsindən çəkinməyə çalış. "Yüksək şəkər tərkibli meyvə şirələri və alkoqolsuz içkilər dişlərin minasına zərərli təsir göstərə bilər. Onların həddinən artıq istifadəsindən çəkinin", – deyə Edit Minasovna qeyd edir. Əgər sən şirin şirə və ya qazlı su içmək istəyirsənsə, borucuqdan istifadə et və sonra ağızını su ilə yaxala.

Diş pastasını diqqətlə seç

Kariyesin inkişafını dayandırmaq çətindir, lakin onun yaranmasının qarşısını almaq olar. "Diş əti xəstəliklərindən əziyyət çəkən insanlarda, dişlərin kökləri demək olar ki çılpaqlaşmış olur", – deyə Edit Minasovna danışır. "Kariyesin profilaktikası üçün ftorid tərkibli pasta seçmək və dişlərin bərk toxumalarının mineral strukturunun bərpasına imkan yaradan prosedurların keçirilməsi üçün stomatoloqa daim getmək lazımdır".

Yuxuya düzgün hazırlaş

Əgər ağız boşluğuna qulluq üzrə proqram artıq yuxuya hazırlıq tədbrinin bir hissəsidirsə, sən düzgün yoldasan. Edit Minasovna yuxudan əvvəl dişləri fırçailə və sapla təmizləməyi, həmçinin müəyyən məhsulların istifadəsindən çəkinməyi məsləhət görür. " Axşam vaxtı, xüsusilə yuxudan əvvəl şirin qida yeməyin. Bura həmçinin şəkər tərkibli içkilər aiddir".

Diş fırçasını düzgün seç

vybor_zubnoy_shchetki_0.jpg

Elektrik və ya adi diş fırçasından istifadə etməyindən asılı olmayaraq onun başlığının ölçüsünə və fırçanın sərtliyinə diqqət et. "Kiçik başlıqlı diş fırçası bütün çətin əlçatan sahələrə daxil ola bilir. Diş ətinin iltihabı, mina qüsurları və dişlərin yüksək həssaslığı zamanı, habelə uşaqlar üçün yumşaq diş fırçasından istifadə etmək lazımdır", – deyə Edit Minasovna bildirir.

Dişlərin təmizlənməsi zamanı çox güc tətbiq etmə

Dişlərin təmizlənməsi zamanı güc tətbiq etmək lazım deyil. Sənə elə gələ bilər ki, bunu etdiyində sən bütün kirlərdən qurtulursan, lakin nəticə birbaşa əks effekt göstərə bilər. Dişlərin təmizləməsi prosesinə diş ətindən başla və fırçanı güclü sıxma. "Çox güclü və sərt hərəkətlər diş ətinin kənarının və diş kökünün çılpaqlaşmış səthinin travmasına səbəb ola bilər", – Edit Minasovna deyir.

Diş əti üçün massajordan istifadə et

Bu gün bazarda diş əti üçün müxtəlif, həmçinin elektrik massajorlar təqdim edilmişdir. Gündəlik istifadə zamanı sən diş ətinə qan axınını yaxşılaşdıra bilərsən ki, bu da onlara oksigenin daxil olmasını artırmağa və iltihabın inkişafına mane olmağa imkan verəcək.

Dişləri müntəzəm olaraq təmizlə

Əgər dişlərin müntəzəm təmizlənməsinin sadəcə zərərli bakteriyaları öldürməyə imkan verdiyini düşünürsənsə, bu belə deyil. "Dişlərin müntəzəm təmizlənməsi kariyesə və diş əti iltihabına səbəb olan bakteriya tərkibli diş ərpinin yaranmasının azalmasına imkan yaradır" - deyə Edit Minasovna danışır. "Ağız boşluğunun müxtəlif xəstəliklərinə səbəb olan mikrobların inkişafını nəzarətdə saxlamağa kömək edən normal mikrofloranın optimal miqdarının saxlanmasına imkan yaradır".

Daim stomatoloqun qəbuluna yazıl

regulyarno_poseshchay_stomatologa_0.jpg

Əgər sənə "xroniki parodontit" diaqnozu qoyulubsa xəstəliyin inkişafının qarşısını almaq üçün iltihaba nəzarət və peşəkar gigiyenanın keçirilməsi üçün müntəzəm olaraq stomatoloqa getmək lazımdır. "Parodontitin dərəcəsindən asılı olaraq peşəkar gigiyenanı ildə 3-4 dəfə keçirmək lazımdır", – deyə Edit Minasovna qeyd edib.

Ağız boşluğu üçün irriqatordan istifadə et

Suyun incə axını sayəsində sən hətta ən çətin təmizlənən sahələri təmizləyə, duş rejimində isə diş ətinin hidromassajını həyata keçirə biləcəksən. Sən daha yaxşı effekt almaq üçün irriqatora ağız boşluğu üçün yaxalayıcı əlavə edə bilərsən.

* Əgər sən gündə iki dəfə dişləri təmizləyirsənsə. Əgər qinqivit simptomları qalır və ya güclənirsə, öz stomatoloqunla məsləhətləş. Təlimatla tanış ol və bütün tövsiyələrə riayət et.