Skip to main content

Search

Search

Minanı qoruyun və o dişlərinizi yüksək həssaslıqdan qoruyacaq

Mina itirildikdən sonra qiymətləndirilən dost kimidir. O sizin dişlərinizi yüksək və aşağı temperaturlardan müdafiə edir, ona görə siz onu heç olmasa eroziyadan və dişlərin həssaslığının artmasıdan müdafiə etməlisiniz. Əgər onun qayğısına qalmasanız, o dentini açıq qoyacaq. Ona görə diş minanızın dostu olun və bu sadə tövsiyələrə riayət edərək, onu müdafiə etməyə başlayın.

Əvvəla siz rasionunuzda turş məhsulların və içkilərin miqdarına nəzarət edə bilərsiniz. Sitruslar, pomidorlar, qəhvə və portağal şirəsi kimi məhsullar və içkilər dişinizin minasını korlayırlar. Onlardan yalnız əsas qida qəbulları zamanı istifadə etməyə çalışın, sonra minanı qorumaq üçün dərhal ağızı suyla yaxalayın. Əgər mümkündürsə, desert üçün qidada turşunu neytrallaşdırmaq məqsədi ilə bir stəkan süd için və ya bir tikə pendir yeyin. Əgər siz dişləri təmizləməyə qərar versəniz, turş qida və ya içkilərin qəbulundan sonra heç olmasa bir saat gözləyin. Onlar minanı yumşaldırlar, buna görə diş fırçası sizin dişlərinizə zərər verə bilər. Əgər siz qida qəbulları arasında turş içkilər içirsinizsə, borucuqdan istifadə edin.

Düzgün qidalanmaq əhəmiyyətlidir, lakin ağızda quruluq ağızda turşunun miqdarının artmasına gətirib çıxardığını bilirsiniz mi? Tüpürcək və başqa mayelər sizin dişlərinizi müdafiə edərək, bakteriyaların istehsal etdiyi turşuları yuyur. Sizdə anadangəlmə ağızda quruluq var? O zaman suyu yaxında saxlayın və onu tez-tez için. Şəkərsiz saqqız ağızda quruluqla mübarizə üçün daha bir əla həlldir, axı o tüpürcək ifrazını stimullaşdırır və nəfəsi təravətləndirir.

Nəhayət, sizin tərəfinizdən seçilmiş ağız boşluğuna qulluq üsulu sizin dişlərinizə kömək etməlidir, ziyan vurmamalıdır. Həmişə yumşaq diş fırçasından istifadə edin və dişlərin təmizlənməsi zamanı onu çox güclü basmayın. LISTERINE® TOTAL CARE və ya LISTERINE® EXPERT “Kariyesdən müdafiə” yaxalayıcısının tərkibində minanın möhkəmlənməsi və sizin dişlərinizin müdafiəsi üçün ftor var.