Skip to main content

Search

Search

Dişlərinizi qıcamayın: bununla siz onların həssaslığını artırırsınız

Gün ərzində dişlərin qayğısına nə qədər yaxşı qaldığınız vacib deyil. Kifayət qədər yayılmış hal – bruksizm mövcuddur. Bu termin dişləri yuxuda qıcama deməkdir.

İnsanların əksəriyyəti yalnız yan təsirlərə fikir verir: onlar yorğun, gərgin və ağrılı çənə ilə oyanırlar. Çox vaxt onlar həmçinin gün ərzində baş ağrılarından şikayət edirlər. Bu əlamətlərin tez-tez nəzərə çarpmadığı üçün, siz dişləri tədricən dağıdaraq, onları qıcamağa davam edirsiniz.

stop_the_grind.jpg

Dişləri qıcama orqanizmin stresə reaksiyasının növlərindən biridir. Lakin onu müalicə etmədikdə, o dişlərin həssaslığının artmasına səbəb ola bilər və ağrı hissləri əlavə oluna bilər. Dişlərin dağılması yavaş-yavaş və tədricən baş verir, sürtünmə zamanı minada kiçik çatlar yaranır. Nəticədə minanın altında yerləşən dentin çılpaqlaşır və dişləri yüksək və aşağı temperaturlara qarşı zəif edir.

Problemi ağırlaşdırmayın. Əgər siz yuxuda dişləri qıcamadan şübhələnirsinizsə, stomatoloqa müraciət edin, o sizin dişlərinizin vəziyyətini yoxlayacaq və ola bilsin sizə gecə kapa taxmaq tövsiyə etsin. Bu həm sizə, həm də sizin dişlərinizə istirahət etməyə kömək edəcək.