Skip to main content

Search

Search

Yüksək həssaslığa malik dişlərin 5 düşməni

Siz dişlərin yüksək həssaslığından əziyyət çəkirsiniz? Adətən bu onu bildirir ki, dişlərə əlavə qulluq və qayğı lazımdır. Hər şeydən əvvəl, diş minasının onsuzda pozulmuş vəziyyətini pisləşdirə bilən bəzi təhlükəli vərdişlərdən və məhsullardan imtina etmək lazımdır. Bunun üçün dişləriniz yüksək həssaslığa malikdirsə, onların 5 düşməni haqqında bilmək vacibdir.

Düşmən № 1: soyuq

icecream.jpg

Dişlərin həssaslığı ilə bağlı problemləri dondurma ilə həll etməyi düşünürsünüz? Ehtiyatlı olun! Dondurma yediyiniz zaman, mina dişləri donmağa qoymur. Əgər mina nazikləşirsə, soyuq qidanı yemək ağrı yaradır. Hətta soyuq hava belə dişlərdə kəskin ağrı yarada bilər.

Düşmən № 2: isti

fire.jpg

Əgər mina nazik olubsa, dəri qaynayan su damcılarına reaksiya verdiyi kimi, dişlər də qəhvə, çay və şorba kimi belə isti mayelərə dözmür.

Düşmən № 3: turş

kisloe.jpg

Siz sitrusları, pomidoru, duzlu xiyarı, turş nabatları, pəhriz üçün qazlı suyu və şərabı sevirsiniz? Sizin dişləriniz isə – xeyr. Turşu dişləri həssas edərək, minanı dağıdır.

Düşmən № 4: şirin

sladkoe.jpg

Turşuların yaranmasının daha bir gunahkarı. Ağızda yaşayan bakteriyalar şəkəri xoşlayır və nə qədər çox şəkər yesəniz, onlar bir o qədər çox turşu istehsal edəcəklər. Əlbəttə, bəzən bizim hamımız şirin yemək istəyirik, lakin qazlı və idman içkilərindən, həmçinin şirədən imtina etmək daha yaxşıdır.

Düşmən № 5: bərk qida

tverd.jpg

Siz buz parçaları, nabat və fındıq gəmirdikdə, dişlərdə çatlar yarana bilər: bu o deməkdir ki, sizin dişlərinizin sinirləri təhlükədədir!