Skip to main content

Search

Search

Həssas dişlərin ağrısını sakitləşdirməyin 5 üsulu

Söhbət dişlər haqqında getdiyində həmişə mina və onun müdafiəsi haqqında çox danışılır, amma nə üçün lazım olduğunu bilmirlər. Dişlərin ağ və parıltılı olması üçün? Kariyesin qarşısını almaq üçün? Hər iki suala BƏLİ cavabı vermək olar, lakin daha əhəmiyyətli cavab var. Əgər siz minanın qayğısına qalmasanız, dentin açılacaq.

Mina tamaşanın ulduzudur, dentin isə ikinci plan aktyordur. O minanın altında yerləşir və diş sinirləri ilə birləşmiş həssas toxuma qatından ibarətdir. Diş əti çökdükdə və dentin açıldıqda əvvəllər problemsiz yediyiniz məhsullar diş ağrısına səbəb olmağa başlayacaq. Bu ona görə baş verir ki, dentinin kiçik kanalları üzrə isti şorba və ya soyuq dondurma dişin sinirlərinə birbaşa təsir edir ki, bu da zoqquldayan ağrıya səbəb olur və bunu biz dişlərin yüksək həssaslığı adlandırırıq.

İndi siz bunu bilirsiniz, ona görə dentin barədə unutmayın!

1. Həddindən artıq səy göstərməyin.

Həssas dişlərə xüsusi qayğı lazımdır. Dişlərin təmizlənməsi zamanı fırçanı nə qədər güclü bassanız, mina bir o qədər daha güclü silinir və həssas dentini açılır. Buna görə də dişləri səliqəli, yumşaq hərəkətlərlə təmizləyin.

2. Çənəni aralayın və rahatlayın.

Dişlərinizin niyə belə pis vəziyyətdə olduğu barədə düşünürsünüz? Əgər səhərlər sizdə çənədə ağrı varsa, deməli, yuxuda dişlərinizi bir-birinə sürtürsünüz. Dişləri əlavə yüklənmədən qorumaq üçün kapa taxmağa başlayın.

3. Dişlərə ağardılmadan istirahət etməyə imkan verin.

Hamı ağ dişləri sevir, lakin sizin dişləriniz tez-tez ağardılmadan əzab çəkə bilər. Xatırlayın ki, nazikləşmiş dentin ağrı hisslərinə səbəb olur. Yüksək hissiyyat yox olana qədər fasilə verin.

4. Yumşaq diş məcunu tapın.

Abraziv materialların təsiri olan sevimli nanəli diş məcununuzdan imtina edin və daha yumşaq məcun, məsələn kalium nitratı və ya stronsium xloridi ilə məcun axtarın. Bu birləşmələr dentin kanalını bağlamağa kömək edir, bunun sayəsində qidada olan qıcıqlandırıcılar sinirlərə təsir edə və ağrıya səbəb ola bilmir.

5. Dözmək lazım deyil!

Ağrı bir dəqiqədən çox davam edir? Əgər belədirsə, gözləməyin və stomatoloqa gedin. Həkim dişlərə xüsusi ftorlu qat vuracaq və ya farfor viniri qoyacaq.