Skip to main content

Search

Search

Dişlərin yüksək həssaslığının 5 səbəbi

Dişlərin güclü həssaslığı dişlərin təmizlənməsi, isti və soyuq içkilərin, turş və şirin məhsulların istifadəsi zamanı yaranan xoşagəlməz və ya ağrılı hisslər yayılmış problemdir. Bəzi hallarda həssaslıq o qədər yüksək olur ki, insan ən kiçik qıcıqlanmadan, yəni dilin ucunun dişlərə toxunmasından və ya dişlərin arasından havanın çəkilməsi zamanı ağrı hiss edir. Belə hal nədən yarana bilər? Sizə dişlərin yüksək həssaslığının 5 əsas səbəbi haqqında məlumat almağı təklif edirik.

Səbəb № 1: dişlərin aqressiv şəkildə təmizlənməsi

agresivnaya_chistka.jpg

Əgər siz dişləri fırça ilə təmizlədikdə çox güc tətbiq edirsinizsə, minaya zərər vura bilərsiniz. Əgər siz dişlərin təmizlənməsinə nisbətən diş sapından istifadəyə daha az vaxt getdiyini aşkar etsəniz, siz minanı qorumaq üçün ağız boşluğuna qulluq texnikasını təkrar nəzərdən keçirməlisiniz.

Səbəb № 2: dişlərin qeyri-müntəzəm təmizləməsi

notregular.jpg

Əgər siz gündə iki dəfə dişləri təmizləməsəniz, diş sapından və yaxalayıcıdan istifadə etməsəniz, diş əti xətti boyu diş daşı yarana bilər ki, bunu yalnız stomatoloqun köməyi ilə təmizləmək mümkündür. Diş əti və dişlərin sağlamlığı üçün LISTERINE® yaxalayıcısından istifadə edin.

Səbəb № 3: siz diş ətinin çökməsindən əziyyət çəkirsiniz

recessiya.jpg

Ola bilsin ki, siz diş ətinin sanki çökməsini qeyd etdiniz. Bu "diş ətinin çökməsi" adlanır və onu bildirir ki, dişin köklərində sinir sonları açıqdır. Bunun səbəbi diş əti xəstəlikləri və ya dişlərin çox aqressiv şəkildə təmizlənməsi ola bilər.

Səbəb № 4: rasionda turş qidanın üstünlüyü

kislaya_pishya.jpg

Əgər siz tez-tez acı və ya turş məhsullar və içkilərdən istifadə edirsinizsə, onlar dişlərinizin minasına zərər vura bilər. Turş məhsullardan (sitruslar, pomidorlar, yoqurt, xamalar, köhnə pendirlər) və içkilərdən (portağal şirəsi, idman içkiləri, şərablar və qazlı içkilər) hansı şəkildə istifadə etdiyinizə nəzarət edin. Onların miqdarını məhdudlaşdırmağa çalışın.

Səbəb № 5: rasionda şirin qidaya üstünlük vermə

sladkaya_pishya.jpg

Şirin məhsullardan həddindən artıq istifadə bakteriyaların artmasına imkan yaradır və dişlərin qorunmamış sahələrini çılpaq edərək diş ətini dağıdır.