Skip to main content

Search

Search

Sizin menstruasiya sikliniz

Birinci aybaюэdan sonra Sizin orqanizminizdə ovulyasiya və menstruasiya sikli yaranэr və bu sikl təxminən 28 gьn davam edir. Bu necə baю verir?

Menstruasiya sikli hər bir qadının həyatının təbii hissəsidir. Bu siklin necə baş verdiyini və aybaşının nə qədər davam etdiyini anlamaq üçün qadın anatomiyasını öyrənmək lazımdır.

Bakirəlik pərdəsi

Xaricdən uşaqlıq yolunun girişini əhatə edən dəlikli yumşaq, elastik dəri qatıdır. Bir çox qızların bakirlik pərdəsi onların bakirəliklə vidalaşmasından çox əvvəl pozulur.

Uşaqlıq yolu

Elastik əzələ borusudur. Uşaqlıq yolunun əvvəli dardır, dərinə getdikcə isə genişlənir.

Uşaqlıq yolu uşaqlığı xarici cinsiyyət orqanları ilə birləşdirir. Uşaqlıq yolunun girişi sidik kanalı ilə anus dəliyi arasında yerləşir.

Uşaqlığın boynu

Uşaqlığa və uşaqlıq yoluna giriş

Uşaqlıq.

Sıx əzələ divarlarına və kiçik boşluğa malikdir ki, onun divarları selikli qişa ilə örtülüdür.

Fallop (uşaqlıq) boruları

Bu borular vasitəsilə mayalanmış toxum hüceyrəsi kiçik tükcüklər vasitəsilə uşaqlığa daxil olur.

Yumurtalıqlar

Onların daxilində toxum hüceyrələri yetişir.

Endometrium

Mayalanmış toxum hüceyrəsi bu vəzili toxumada yerləşir. Əgər toxum hüceyrəsi mayalanmırsa, vəzili toxuma menstruasiya zamanı orqanizmdən xaric olunur.

Çanaq dibinin əzələləri

Cinsiyyət orqanlarını yerində saxlayırlar.

Klitor

Sidik kanalının ön hissəsində kiçik cinsiyyət dodaqları arasında yerləşir və seksual həyəcanlanmaya səbəb olan sinir başlıqlarının klasterini əks etdirir.

Cinsiyyət dodaqları

Uşaqlıq yoluna giriş dəliyi xarici (böyük) və daxili (kiçik) cinsiyyət dodaqları ilə əhatə olunur.

Qadın cinsiyyət orqanlarının quruluşu

Qadının xarici cinsiyyət orqanları böyük (labia majora) və kiçik (labia minora) cinsiyyət dodaqlarından və klitordan ibarətdir. Kiçik dodaqlar sidik kanalının dəliyini (uretra) və uşaqlıq yolunun girişini əhatə edir. Onların birləşmə nöqtəsi mukoza adlanan incə selikli membran ilə örtülmüş klitordur. Klitor özünün həssaslığı səbəbindən seksual həyəcanlanma prosesində əhəmiyyətli rol oynayır. Uşaqlıq yolu daxildən onun alt hissəsini əks etdirən uşaqlıq boynu ilə birləşir. Daha sonra uşaqlıq genişlənir və toxum hüceyrəsi məhz ona daxil olur, embrion və bətn dölü hamiləlik dövründə inkişaf edir.

Ovulyasiya

Orqanizminizdə kifayət qədər cinsiyyət hormonu yaranan zaman təxmini olaraq hər 4 həftədə yumurtalıqlarınızın birində bir toxum hüceyrəsi inkişaf etmiş olur. İnkişaf etmiş toxum hüceyrəsi yumurtalığı tərk edir və fallop borularına doğru yönəlir. Bu proses “ovulyasiya” adlanır. Bu dövrdə Sizdə daha həcmli şəffaf ifrazatlar yarana bilər.

Fallop (uşaqlıq) boruları

Növbəti 4 gün ərzində toxum hüceyrəsi fallop boruları vasitəsilə uşaqlığa doğru hərəkət edir.

Toxum hüceyrəsinin yerləşmə yeri

Bununla eyni zamanda endometrium (uşaqlığın selikli qişası) qalınlaşır ki, toxum hüceyrəsinin yerləşməsi üçün qan damarları ilə kipləşdirilən və qida maddələri ilə təchiz olunan mümkün qədər komfortlu yer yaradılsın.

Menstruasiya

Toxum hüceyrəsinin mayalanmadığı halda o, menstruasiya ifrazatları ilə birgə orqanizmdən xaric olunur. mayalanmış toxum hüceyrəsinin inkişaf etməsi üçün hazırlanmış yer də lazımsız olur. Ovulyasiyadan təxminən 2 həftə sonra endometriumun üst qatları ayrılır və orqanizmdən menstruasiya formasında xaric olunur. Menstrusiya ifrazatlarının başlanması ilə yeni toxum hüceyrəsi inkişaf etməyə başlayır və beləliklə də, yeni siklin yaranması baş verir.

Menstruasiya sikli və onun fazaları.

Menstruasiya siklinin davamiyyəti 28 günə yaxın müddət təşkil edir. Lakin normal siklin 21 – 35 gün arasında davam edə biləcəyi qəbul olunmuşdur. Qadın orqanizmində baş verən bütün proseslər şərti olaraq bir neçə fazaya bölünür.

Фазы менструального цикла

Menstruasiya fazasэ. Uşaqlıq boşluğundan qanaxma dövrüdür. 3 – 6 gün davam edən bu dövrdə hamiləliyin yarandığı təqdirdə mayalanmış toxum hüceyrəsinin birləşməli olduğu selikli qişa qatının – endometriumun orqanizm tərəfindən ayrılması baş verir.

Follikul fazasэ. Menstruasiya fazası ilə eyni zamanda başlayır və orta hesabla 14 sutka ərzində davam edir. Bu fazada yumurtalıqlarda yeni follikulun – xüsusi komponentin inkişaf etməsi baş verir ki, onun daxilində yeni toxum hüceyrəsi yetişir. Bundan əlavə, uşaqlıqda endometriumun yenilənmə prosesi başlayır.

Ovulyasiya fazasэ. 3 günə yaxın davam edir. Bu dövr ərzində hormonların təsiri altında yetişmiş follikul parçalanır və onun daxilindən inkişaf etmiş və mayalanmaya hazır olan toxum hüceyrəsi çıxır. Bu proses ovulyasiya adlanır. Ovulyasiya dövründə bəzi qadınlar qarnın alt hissəsində, toxum hüceyrəsinin çıxdığı tərəfdə ağrı hissləri keçirə bilər.

Lьtein fazasэ. 11–16 sutka davam edir. Bu dövrdə estrogen və progesteron hormonları aktiv ifraz olunur və bütün orqanizmi hamiləlik dövrünə hazırlayır. Lütein fazasında menstruasiya qabağı sindrom (MQS) kimi hala tez-tez rast gəlinir. Bu, hormonal fonun təbii dəyişilməsi ilə əlaqədar olan simptomlar kompleksidir: normal halda aybaşı günlərindən əvvəl qadında qarnının alt hissəsində ağrılar yarana bilər, iştah artması, əhval dəyişikliyi, süd vəzlərinin şişməsi və sair kimi təzahürlər baş verə bilər.

Menstruasiya günləri

Menstruasiya dövründə qadın orqanizmində hansı dəyişikliklərin baş verdiyinə ətraflı nəzər yetirək.

обильность выделений в период менструации

Gьn 1. Menstruasiya siklinin əvvəlində uşaqlığın selikli qişasının xüsusi qatının - “köhnə” endometriumun ayrılması və qanaxmanın yaranması baş verir. Qadın orqanizmi üçün zəruri olan bu proses gündəlik həyatın ən diskomfort dövrlərindən birinə çevrilir. Aybaşı zamanı xoşagəlməz hisslər normaldır və uşaqlığın yığılması səbəbindən yaranır.

Gьn 2. Menstruasiya siklinin ikinci sutkasında ağrı hissləri və qarın boşluğunda ağırlıq davam edə bilər. bu zaman orqanizmdə yeni toxum hüceyrəsinin yaranması başlanır. Aybaşı zamanı hormonal dəyişikliklər səbəbidən piyliklərin işi dəyişilə bilər, buna görə də şəxsi gigiyenaya xüsusi diqqət yetirmək zəruridir.

Gьn 3. “Köhnə” endometriumun ayrılmasından sonra uşaqlığın divarında yara səthi əmələ gəlir. Menstruasiya siklinin bu mərhələsində infeksiyanın düşmə riski böyükdür, bu səbəbdən də ginekoloqlar aybaşı dövrünün sonuna qədər cinsi həyat yaşamamağı tövsiyə edirlər.

Gьn 4. Menstruasiya siklinin 4 – cü həftəsində qadının əhvalı yaxşılaşır, lakin, aybaşı dövrü başa çatmayana qədər ağır fiziki fəaliyyətdən imtina etmək və həddindən artıq yorulmamaq məsləhətdir. Bu tövsiyələrə riayət etdikdə menstruasiya dövründə itirilən qanın həcmi azalır.

Gьn 5. Adətən, aybaşı 5 gün davam edir, lakin, fərdi məqamlar ola bilər və davamiyyət müddəti daha az və ya daha çox ola bilər. Bu dövr ərzində uşaqlıqda sağalma prosesi başa çatır. Yenilənmiş orqanizmdə maddələr mübadiləsi sürətlənir və qadın menstruasiya dövrünün əvvəli ilə müqayisədə özünü daha yaxşı və daha gümrah hiss etməyə başlayır.

Qanaxmaların intensivliyi

“İfrazat” və ya “aybaşı” adlandırdığımız qanaxma intensivliyinə görə həmişə eyni olmur. Müxtəlif həyat təzahürləri – uşağın doğulması, pəhriz, streslər, müxtəlif kontrasepsiya metodları aybaşının davamiyyət müddətinə və ifrazatların intensivliyinə təsir göstərə bilər. O, müxtəlif qadınlarda fərqlidir, eləcə də, bir qadında müxtəlif menstruasiya sikllərində fərqlənir – bütün bunlar normadan kənarlaşma kimi dəyərləndirilmir. Bu səbəbdən də tamponlar bir çox formatlarda və müxtəlif hopdurma dərəcəsi ilə istehsal olunaraq qadınlara təklif olunur. Düzgün məhsulu seçərək Siz özünüzü qorumuş olacaqsınız və özünüzü ayın istənilən günü hətta menstruasiya dövründə rahat həyatınıza heç nəyin maneçilik törədə bilməyəcəyi şəkildə komfortlu hiss edəcəksiniz. Bizim tamponlar selektorumuzdan istifadə edin ki, məhz Sizin üçün uyğun gələn tamponu müəyyən edəsiniz. Aybaşı barədə suallarınız və ya menstruasiya sikli ilə əlaqədar hər hansı probleminiz yarandığı hallarda terapevtiniz və ya ginekoloqunuz ilə məsləhətləşin.

Menstruasiya dövründə davranış qaydası və gigiyena

Menstruasiya dövründə dincəlmə ağrıları yüngülləşdirə bilər. Qanın sirkulyasiyasına yardım edən hərəkətlər spazmları azalda bilər. Açıq havada gəzin, velosiped sürün, qarnınıza qrelka qoyun və ya isti vanna qəbul edin.

Aybaşıdan əvvəl sizə zövq verən işlərlə məşğul olmaq zəruridir: dostlarınızla ünsiyyətdə olun, sevdiyiniz qidaları alın, yuxuya daha çox vaxt ayırın, bir sözlə, MQS (menstruasiya qabağı sindromun) mənfi təsirini aradan qaldıra biləcək hərəkətləri edin.

Aybaşıqabağı qarın köpməsinin və mayenin orqanizmdə yığılmasının qarşısını su ala bilər. buna inanmaq çətindir, lakin, bol suyun istifadəsi həqiqətən də MQS simptomlarını azalda bilər. Tərkibində bol su olan meyvə və tərəvəzlərdən istifadə edin, isti ot çayları və şirələr için. Rasionunuza tərkibində maqnezium və E vitamini olan məhsulları (bana, avokado və sair) əlavə edin. Qara və yaşıl çayın, kofe, duz və şəkərin istifadəsini azaltmaq tövsiyə olunur.

Menstruasiya zamanı şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır: ifrazatların hopdurulması üçün bezlərdən və ya tamponlardan istifadə edin, hər gün duş qəbul edin, gün ərzində 2 – 3 dəfə yuyunun. Mütəxəssislər menstruasiya dövründə cinsi həyatı dayandırmağı tövsiyə edirlər.