Skip to main content

Search

Search
Ваш цикл после рождения ребенка

Uşağın doğulmasından sonra sikliniz

Təbrik edirik, Siz yenicə xoşbəxt ana oldunuz! Bu, həmçinin, o deməkdir ki, indi sizin bədəniniz bir qədər dəyişmişdir, və indi bu barədə daha çox məlumat almaq üçün ən uyğun zamandır. Hormonlarınızın normal vəziyyətə tədricən qayıtması səbəbindən bir neçə ay ərzində Böhranlı günlərinizin və menstruasiya siklinizin bərpa olunacağını gözləmək olar.

Месячный цикл после родов

Təbii ki, Siz bədəninizdə müəyyən dəyişiklikləri qeyd etmişsiniz! İndi sizin bədəniniz yeni tərzə öyrəşməyə çalışır, hormonal balansın dəyişilməsi baş verir və yeni aybaşı doğuşdan bir neçə həftə və ya ay sonra başlayacaq. Əsas dəyişikliklər hamiləlikdən və uşağın doğulmasından sonra ilk altı ay ərzində baş verir. Digər fiziki dəyişikliklərin baş verməsinə qədər daha bir neçə ay keçəcək və sonra aybaşı prosesi tənzimlənmiş olacaq.

Uşağın doğulmasından sonra cinsiyyət orqanlarının nahiyəsi xüsusilə həssas ola bilər. doğuşdan sonra qanaxma gənc ananın orqanizmi üçün normal haldır. Bədəniniz uşaqlığın selikli qişasından azad olur, bu cür qanaxmalar loxiya adlanır. Doğuşdan sonrakı bezlərin istifadəsi uşaq doğulandan sonra ilk bir neçə gün ərzində tövsiyə olunur. Qanaxmaların intensivliyi azaldıqca adi gündəlik gigiyenik bezlər kifayət qədər qorumanı təmin edəcək. Ola bilsin ki, sikl ərzində ifrazatlar dəyişərək, daha həcmli olacaq, məsələn, ovulyasiya zamanı. Bu, tamamilə normaldır! CAREFREE® gündəlik bezləri bütün gün ərzində Sizə təmizlik və təravət hissini təmin edəcək. Lakin, əgər doğuşdan sonra güclü aybaşıdan əziyyət çəkirsinizsə, ifrazatların rəngi əlvan qırmızı rəngdədirsə və ya qatı əlavələr mövcuddursa, mütləq şəkildə ginekoloqunuza müraciət etməlisiniz.

Doğuşdan sonra aybaşının başlanma vaxtı nədən asılıdır

Doğuşdan sonra menstruasiyanın bərpa olunma dövrü əsasən sizin yeni doğulan körpənizi ana südü ilə qidalandırmağınızdan və bunun həcmindən asılıdır. Məsələ ondadır ki, döşlə əmizdirmə zamanı qadının orqanizmində yeni toxum hüceyrələrinin yaranmasına mane olan xüsusi hormon ifraz olunur və bu səbəbdən də yeni aybaşı başlanmır. Əmizdirmə dövrü başa çatdıqdan sonra qadın orqanizmi yeni hamiləliyə hazırlıq prosesinə başlayır. Döşlə əmizdirməni tədricən azaldan bəzi qadınlarda doğuşdan sonra aybaşı sikli kifayət qədər tez bərpa olunur. Digərlərində isə döşlə əmizdirməni tam dayandırmayana qədər menstruasiya sikli başlamır. Doğuşdan sonra aybaşının başladığı müddət və siklin ümumi xarakteristikaları ümumi hormonal balansdan və doğuşun necə keçdiyindən asılıdır. Əgər siz körpənizi döşlə əmizdirmirsinizsə, çox güman ki, aybaşı sikliniz hamiləlikdən 6-8 həftə sonra bərpa olunacaq.

Doğuşdan sonra aybaşı başlandıqda əminliklə tamponların istifadəsinə keçə bilərsiniz.

Doğuşdan sonra aybaşı siklinin və onun xarakterinin hansı dəyişiklikləri baş verə bilər

Тампоны o.b.<sup>®</sup>ProComfort™ NIGHT Super

Doğuşdan sonra aybaşı başladıqda Siz ifrazatların daha həcmli olduğunu və uzun müddət davam etdiyini qeyd edə bilərsiniz. Mütəxəssislər doğuşdan sonra əzələ tonusunun zəifləməsinə və uşaqlıq yolunun həssaslığının azalmasına görə narahat olmamağı tövsiyə edirlər - 6 – 8 həftə ərzində onun forması və ölçüləri normaya dönəcək.

Тампоны o.b.<sup>®</sup>ProComfort™ NIGHT Normal

Doğuşdan sonra aybaşı başladığında uyğun gigiyena vasitəsini seçmək zəruridir. Menstruasiya dövründə adi tampondan istifadə zamanı ola bilər ki, Siz özünüzü narahat hiss etməyə başlayarsınız. o.b.®ProComfort™ NIGHT tamponlarını sınamaq zamanı gəldi. Bu tamponlar aybaşı zamanı sizə düzgün qorumanı təmin edəcək. Bu tamponların yumşaq, elastik SilkTouch™ qoruyucu qanadları bədənin fərdi quruluşuna uyğunlaşır, eləcə də, hopdurma səthini artırır ki, bunun sayəsində digər tamponların buraxa biləcəyi bir damcının belə sızmasına imkan vermir.

Doğuşdan sonra orqanizmin bərpası və aybaşının başlanması proseslərinin daha yüngül və rahat keçməsi üçün tamponları yenidən nə zaman istifadə edə biləcəyiniz barədə ginekoloqunuzla məsləhətləşmək tövsiyə olunur, çünki hamiləliyinizin tarixini bilən mütəxəssis siklin nə zaman bərpa olunacağını, aybaşınızın nə vaxt başlayacağını və tamponları yenidən nə zaman istifadə edə biləcəyinizi daha yaxşı bilir.