Skip to main content

Search

Search
Цикл в течение жизни

Həyatınız boyu

Orqanizmdə hormonların səviyyəsinin dəyişilməsinə cavab olaraq baş verən menstruasiya siklinin intensivliyinin və davamiyyət müddətinin dəyişməsi tamamilə normal haldır. Həqiqətən də, menstruasiya təzahürlərinin intensivliyinə bir çox amillər təsir göstərə bilər. İfrazatların intensivliyinə nəyin təsir göstərə biləcəyini və hər bir vəziyyətdə o.b.® hansı çıxış yollarını təklif etdiyini öyrənin.

Menstruasiya zamanı

Normal aybaşı kifayət qədər şərti anlayışdır, çünki ifrazatların davamiyyət müddəti və həcmi hər bir qadında fərdidir. Bu, ümumi hormonal fondan, reproduktiv yaşdan və sağlamlıqdan çox asılıdır. Çox təbiidir ki, menstruasiya ifrazatlarının intensivliyi dəyişkən olur. Adətən, menstruasiyanın ilk bir neçə günündə ifrazatlar daha həcmli olur, onun başa çatmasına yaxın isə azalır. o.b.® Sizin orqanizminizin xüsusiyyətlərindən asılı olaraq müxtəlif hopdurma dərəcəsinə malik və müxtəlif növlərdə tamponları təklif edir.

Hamiləliyin qarşısını alan həblərin qəbulu.

Bəzən qeyd edə bilərsiniz ki, menstruasiya ifrazatlarının intensivliyinə müxtəlif xarici amillər, o cümlədən, stres, sərt pəhriz və ya müxtəlif növ kontraseptiv preparatlardan istifadə (və ya onların dayandırılması) təsir göstərir. Məsələn, hamiləliyin qarşısını alan həblərin qəbulu ifrazatların həcmini azaldır. Zəif aybaşı oral kontraseptivlərin xüsusi təsirinin nəticəsidir. Hamiləliyin qarşısını alan həblər toxum hüceyrəsinin inkişaf etməsinin normal prosesini pozur və ovulyasiyanın başlanmasının qarşısını alır. Bu, o deməkdir ki uşaqlığın selikli qişası daha incə olur, bu da daha az, bəzən isə çox zəif ifrazatların olmasına gətirib çıxarır. Siklin bəzi dəyişiklikləri (uzanma və ya azalma) əvvəllər istifadə olunan oral kontraseptivlərin digər hamiləliyin qarşısını alan həblərlə əvəz olunması və ya onların qəbulunun tam dayandırılması halında da baş verə bilər.

Əhəmiyyətsiz həcmdə olan ifrazatlar üçün asanlıqla daxil edilən və çıxarılan tampon uyğun gələcək, çünki əhəmiyyətsiz həcmdə ifrazatlar orta hopdurma dərəcəsinə malik tamponu doldurmaq üçün kifayət etməyə bilər. Nadir SilkTouch™ örtüklü və Smooth Technology (tamponun daha da hamar səthinin yaradılması üçün “Smus Texnologi” texnologiyası) texnologiyalı ProComfort™ tamponları hətta aybaşı ifrazatlarınız çox zəif olan zaman da istifadədə çox sadə və rahatdır. Məhsul haqqında daha çox məlumatı buradan öyrənin.

Uşaq doğulandan sonra və ya menopauzadan əvvəlki dövrdə

Menstruasiyaların intensivliyi həmçinin, yeni həyat mərhələsinə keçid zamanı da dəyişə bilər. Uşaq doğulandan sonra menstruasiya başlayan zaman əksər qadınlar qeyd edirlər ki, ifrazatlar onlar üçün normal olan ifrazatlardan fərqlənir: aybaşı daha həcmli olur və bir qədər uzun müddət davam edir, və bu zaman adi tampon artıq uyğun gəlmir. Menstruasiya qanaxmaları menopauzadan əvvəlki dövrdə də daha həcmli ola bilər. Bu dövrdən əvvəlki dövrdə qadın orqanizmində xüsusilə güclü hormonal dəyişikliklər baş verir. Menopauzada aybaşı gecikə və ya vaxtından əvvəl baş verə bilər, bu zaman ifrazatların həcmi həmçinin dəyişə bilər. Adətən menopauzanın başlanması ilə əlaqədar dəyişiklikləri qadınlar 40 – 50 yaşlarında qeyd edirlər. Lakin, nadir hallarda menopauzadan əvvəlki dövr daha erkən də başlaya bilər. Əgər menopauzadan əvvəl aybaşı daha həcmli olursa, yaşlı qadınlarda reproduktiv funksiyanın azalması ilə yanaşı ifrazatların həcmi də azalır.

o.b.® ProComfort™ Night Sizin üçün hətta həcmli aybaşı zamanı əlavə müdafiəni təmin edə bilər. Unika*, yumşaq SilkTouch™ qoruyucu qanadlar incə şəkildə açılır və digər tamponların buraxa biləcəyi bir damcını belə sızdırmır. Yumşaq qanadlı o.b.® ProComfort™ Night tamponları həmçinin, etibarlı şəkildə bərkidilir, bədəninizin quruluşuna incə şəkildə uyğunlaşır və sürüşmə ehtimalını istisna edir. Hətta həcmli ifrazatlar zamanı bu tamponlarla Siz adi günlərdə olduğu kimi, istədiyiniz hərəkələri edə bilərsiniz, – mağazaları gəzmək, idmanla məşğul olmaq və sair. o.b.® ProComfort™ Night haqqında daha ətraflı məlumatı buradan əldə edin.

* 2013 – cü ilin noyabr ayında «Jonson&Jonson» MMC – nin həyata keçirdiyi «Technical Justification» tədqiqatının nəticələrinə əsasən.