Skip to main content

Search

Search
Нарушение менструального цикла: 10 факторов

Menstruasiya dövrünün pozulması: 10 amil

Təqvimdə menstruasiyanın başlanmasının planlaşdırdığınız tarixi qeyd etsəniz yaxşı olar, elə deyilmi?

Bu, dənizə cəsarətlə getməyə və yalnız müəyyən günlərdə özünüzlə tamponlar götürməyə imkan yaradardı. Lakin, təəssüf ki, bu mümkün deyil, çünki menstruasiya dövrünün müddəti azca dəyişə bilər. Orta hesabla o 28 gün təşkil edir. Menstruasiyanın birinci günündən növbəti menstruasiyanın başlanmasına qədər dövr nəzərdə tutulur. 24 gündən 31 günə qədər fasilə norma hesab edilir. Qeyri-müntəzəm dövr, bir qayda olaraq, hər hansı patologiyanın mövcudluğuna şahidlik edir. Menstruasiya dövrünə neqativ təsir edə bilən aşağıdakı 10 amil ilə tanış olun və bununla bağlı problem yarandıqda mütləq həkimə müraciət edin.

1. Həddinən artıq fiziki yüklənmələr

Как чрезмерные физические нагрузки влияют на менструальный цикл?

Siz marafon qaçışlarında qaçan qadınlarda bu dövrün tez-tez dəyişdiyini bilirsinizmi? Və bu uydurma deyil: az miqdarda piy toxumaları qatı ilə birgə intensiv fiziki məşğələlər sağlamlığın vəziyyətinə neqativ təsir edir. Bu orqanizm üçün stresdir ki, buna görə beyin cinsi hormonların hazırlanmasını dayandırır. Tədqiqatlar göstərdi ki, 50 % hallarda idmanla məşğul olan qadınların menstruasiya dövrü cüzi pozulub. Əgər menstruasiya planlaşdırılmış tarixdən bir neçə gün əvvəl başlandısa, narahat olmaq lazım deyil. Lakin dövrün (məsələn, 3 ay ərzində menstruasiyanın olmaması) ciddi pozuntuları zamanı həkimə müraciət etmək lazımdır. Bu vəziyyət amenoreya adlanır və uzun müddət olduqda sümük toxumalarının sıxlığına neqativ təsir edə bilər ki, bu da başqa patologiyaların inkişafına imkan yaradır.

2. Artıq çəki

Как избыточный вес влияет на менструальный цикл?

Təəssüf ki, artıq kiloqramlar yalnız fiqurada əks olunmur. Piyli toxumaların çox olması estrogen səviyyəsinin artmasına səbəb olur ki, bu da ovulyasiyanın (ovulyasiya - yetişmiş yumurta hüceyrəsinin yumurtalıqdan çıxması) pozulmasına səbəb olur. Eyni zamanda endometriya qatı qalınlaşmağa davam edir. Kök qadınlarda menstruasiya, bir qayda olaraq, ağır keçir, menstruasiyalar qeyri-müntəzəm, daha uzunsürən və intensiv olur. Əgər Siz artıq çəkidən əziyyət çəkirsinizsə və özünüzdə təsvir edilmiş əlamətlər aşkar etdinizsə, nəinki yüksək hopdurma dərəcəsinə malik tamponlar almaq (məsələn, o.b. ® ProComfort™ və ya o.b. ® ProComfort™ NIGHT), (məsələn, o.b. ® ProComfort™ və ya o.b. ® ProComfort™ NIGHT), həm də öz sağlamlığının daimi qayğısına qalmaq lazım olacaq. Uzunsürən müddət ərzində estrogenin yüksək səviyyəsinə görə uşaqlıq xərçənginin inkişafı riski artır. Əgər Siz artıq çəkidən qurtula bilmirsinizsə, öz ginekoloqunuzla dərman preparatlarından istifadə zərurəti haqqında məsləhətləşin. Ola bilsin ki, o endometriya qatını daha nazik etməyə və uşaqlıq xərçənginin inkişafı riskini azaltmağa imkan verən oral kontraseptivlərin qəbulunu təklif edəcək.

3. Çox az çəki

Как избыточный вес влияет на менструальный цикл?

Əgər Sizin çəkiniz azdırsa, bu zaman orqanizmin əks reaksiyasını gözləmək olar. Bu zaman o yetərli miqdarda estrogen istehsal etməyi dayandırır. Endometriya qatının lazımlı qalınlığını və menstruasiyanın müntəzəm olmasını təmin etmək üçün, Sizə mümkün göstəricilər daxilində çəki saxlamaq lazımdır. Bununla belə, əgər o həmişə orta göstəricilərdən az olubsa, bu heç bir problem yaratmaz. Əgər qısa vaxt ərzində çox arıqlasanız, çox güman ki, menstruasiya dövründə dəyişikliklər qeyd edəcəksiniz. Əgər Siz çox cəki itirdinizsə, lakin, eyni zamanda çəki norma daxilindədirsə, bu zaman orqanizm ona bir neçə ay ərzində uyğunlaşır.

4. Resept preparatlarının qəbulu

Как прием рецептурных препаратов влияет на менструальный цикл?

Tərkibində hormonlar olan istənilən dərman menstruasiya dövrünə təsir edə bilər. Belələrinə, məsələn, qalxanvarı vəzin, steroidlər və neyroleptiklər (dofaminin ayrılmasına imkan yaradan) xəstəliklərinin müalicəsi üçün preparatlar aiddir. Yadda saxlamaq lazımdır ki, hormonların təsiri həmişə qarşılıqlı əlaqəlidir. Onların hamısı qanda olur, buna görə onların müxtəlif vəzilər tərəfindən ayrılmasına baxmayaraq, bəzilərinin səviyyəsi başqalarının miqdarından asılıdır. Bundan başqa, bəzi hallarda müxtəlif hormonların reseptorları oxşar olur və qəbul edilən preparatın aktiv maddələri onları asan "çaşdıra" bilər, məsələn, qalxanvarı vəzlərə deyil, nəsilartırma hormonuna təsir göstərə bilər. Buna görə dövr iki gün fərq edirsə, təlaşa düşməyin. Bu halda əgər fərq bir həftə və ya daha çox təşkil edirsə, bu zaman həkimə müraciət etmək daha yaxşıdır.

5. Pestisidlərin təsiri

Как пестициды влияют на менструальный цикл?

Pestisidlər endokrin proseslərinə mənfi təsir edir. Onlar onların azalmasına gətirib çıxara və hətta hormonların ayrılmasını tamamilə bloklaya bilərlər ki, bu vəzlərin işinə neqativ təsir göstərir. Tədqiqatlara əsasən, pestisidlərdən istifadə edən fermalarda işləyən qadınlarda menstruasiya dövrü uzunsürən olur. Bu halda onlar tez-tez cüzi ifrazatlardan və menstruasiyanın ümumiyyətlə olmamasından şikayət edirdilər. Buna görə pestisidlərin orqanizmə təsirini məhdudlaşdırmaq və təmiz ekoloji qida məhsullarına üstünlük vermək lazımdır.

6. Yorğunluq hissi

Как чувство утомления влияем на менструальный цикл?

Güclü streslər həmçinin menstruasiya dövrünün müntəzəmliyinə neqativ təsir edir. Bundan başqa, tez-tez yorulma və gərginlik hiss edən qadınlar, mayalanma problemləri ilə rastlaşa bilərlər. Buna görə təmkinli olmağa və sadəcə həyatdan onun olduğu kimi həzz almağa çalışın.

7. Oral kontraseptivlər

Как оральные контрацептивы влияют на менструальный цикл?

Bir çox qadınlar menstruasiya dövrünü tənzimləmək üçün hamiləliyin qarşısını alan həblər qəbul etməyə başlayırlar. Lakin bunun üçün orqanizmə bir neçə ay tələb olunacaq. Pozuntular ona görə tez-tez yaranır ki, uşaqlığın selikli qişası tədricən nazikləşir və dövrün ortasında Siz qanlı ifrazatlar aşkar edirsiniz. Yaxşılaşmanı hamiləliyin qarşısını alan həblərin qəbulundan 2-3 ay sonra qeyd etmək mümkün olacaq. Əgər bundan sonra qanlı ifrazatlar Sizi narahat edərsə, həbləri hər gün eyni zamanda qəbul etməyinizdən əmin olun. Əgər qəbullar arasında fasilə 24 saatdan çox təşkil edirsə (məsələn, adətən Siz həbləri saat 10:00-da içirsiniz, və bu gün yalnız saat 13:00-də onlar sizin yadınıza düşdü), Siz gözlənilmədən qanlı ifrazatlar aşkar edə bilərsiniz. Oral kontraseptivlər uşaqlığın selikli qişasının qalınlığına nəzarət etməyə imkan verir, lakin onun həminki səviyyədə qalması üçün, ona hormonların daimi daxil olması lazımdır. Buna görə də Siz hamiləliyin qarşısını alan həblərin qəbulunda fasilə etdikdə Sizdə menstruasiya başlayır.

8. Yaş

Как возраст влияет на менструальный цикл?

Ola bilsin ki, Siz hesab edirsiniz ki, menopauza yaxınlaşdıqca, menstruasiya miqdarı tədricən azalacaq. Lakin Siz sürprizlə qarşılaşa bilərsiniz. Orqanizmdə hormonların səviyyəsinin dəyişməsinə görə menstruasiya dövrü əksinə, daha qısa ola bilər. Yumurtalıqlarda yumurta hüceyrələrinin sayı azaldıqda, menstruasiyalar daha az olur. Lakin onlar tam dayanmazdan əvvəl, daha tez-tez olacaq menstruasiya ilə barışmalı olacaqsınız. Buna görə özünüzlə şokolad gəzdirin və hər ehtimala qarşı əl çantanıza tamponlar (məsələn, gigiyenik daxil edilmə üçün applikatorla o.b. ® Compact Applicator) qoyun.

9. Pis yuxu

Как плохой сон влияет на менструальный цикл?

Yuxu üçün ayrılmış vaxtın kifayət etməyən miqdarı əhvali-ruhiyyəyə neqativ təsir edir. Bundan başqa, belə vərdiş menstruasiya dövriyyəsində nasazlığa gətirib çıxara bilər. Qeyri-normal iş gününə malik qadınlar (məsələn, tibb bacıları və stüardessalar) qeyri-müntəzəm menstruasiyalara görə tez-tez əziyyət çəkirlər. Yuxu rejiminə riayət etməmə reproduktiv funksiya, ovulyasiya və menstruasiya dövriyyəsinə cavbadeh hormonların hazırlanmasına neqativ təsir edir. Bundan başqa, qeyri-müntəzəm yuxu melatonin səviyyəsinin daimi dəyişməsinə səbəb olur ki, bu da həmçinin cinsiyyət sisteminin işinə mənfi təsir edir. Buna görə yataq otağına tünd pərdələr asın və lazımsız problemlərdən qaçmaq üçün vaxtında yatın.

10. Uzaq səfərlər

Как путешествия влияют на менструальный цикл?

İnsanın beyni yuxu vaxtının gəlməsi barədə xəbərdarlıq edən melatonin istehsal edir. Lakin başqa saat qurşağı olan yerlərə uzaq səfərlər zamanı bu hormon evdə olduğunuz kimi istehsal edilməyə davam edir. Yeni rejimə alışmaq üçün, orqanizm onun təsirini boğur. Melatonin səviyyəsinin belə dəyişməsi əhval-ruhiyyəyə neqativ təsir edə bilər. Əlbəttə, əgər belə səfərlər nadir hallarda olursa, bunun bir təhlükəsi yoxdur. Lakin, əgər onlar müntəzəmdirsə, bu menstruasiya dövrünün nasazlıqlarına səbəb ola bilər.