Skip to main content

Search

Search
Использование тампонов ночью

Gecə saatlarında tamponlardan istifadə

Bəli, Siz gecə saatlarında da tamponlardan istifadə edə bilərsiniz! o.b.®ProComfort™ NIGHT tamponlarını sınayın! “Belə” günlərdə təravət və təmizlik hissi ilə oyanmaq və bütün gecəni etibarlı şəkildə qorunduğunuzu bilmək gözəl deyilmi? Geniş yayılmış yanlış fikrə baxmayaraq Siz həqiqətən də aybaşı zamanı gecələr tampondan istifadə edə bilərsiniz. o.b.®ProComfort™ NIGHT tamponları nadir SilkTouch™ qanadlarına malikdir ki, bu da Sizin üçün bütün gecə boyu super qorumanı və komfortu təmin edir. Bu isə belə işləyir…

тампоны o.b.<sup>®</sup> ProComfort™ Night

Səhərə qədər təmizlik, qoruma və komfort

Adi bezlərdən fərqli olaraq o.b.® ProComfort™ Night tamponları bədənin daxilində yerləşir. Onlar o qədər komfortludur ki, Siz onlara fikir vermədən, özünüzü təbii və sərbəst hiss edəcəksiniz və rahat yatacaqsınız. o.b.®ProComfort™ Night nadir** SilkTouch™ qoruyucu qanadlara malik yeganə gecə tamponlarıdır (Rusiya bazarında). Qoruyucu qanadlar incə şəkildə açılaraq, bədənin fərdi formasına uyğunlaşır və mayeni tamponun orta hissəsinə yönəldərək, gecə boyu etibarlı qorumanı təmin edir. Artıq Siz aybaşı zamanı sızmalara görə narahat olmayacaqsınız! Nadir SilkTouch™ ipək örtüyü həmçinin, tamponun yuxudan əvvəl rahat daxil edilməsini və yuxudan sonra rahat çıxarılmasını təmin edir. Bu cür komfort və qoruma Sizin möhkəm və rahat gecə yuxunuzu təmin edəcək və səhərə qədər təravət hissini bəxş edəcək!

Bütün gecə boyu etibarlı qoruma

Использование тампонов ночью

o.b.® tamponları Sizin bədəninizə qayğı göstərir. Onlar ginekoloq qadın tərəfindən rahat istifadə və bədənin daxilində yerləşdirmə üçün hazırlanmışdır. Aybaşı zamanı onlar mayeni daxildə etibarlı şəkildə saxlayır. Eyni bərabər şəkildə genişlənir və bədənin fərdi quruluşuna uyğunlaşır. o.b.® tamponları həmçinin qeyri steril cərrahi pambıq* istehsalında da istifadə olunan yüksək hopdurma qabiliyyətinə malik keyfiyyətli liflərdən hazırlanır. o.b.® tədricən dolaraq mayeni hopdurur və təbii ifrazat prosesinin qarşısını almır.

Sadəcə olaraq yatmazdan əvvəl o.b.® ProComfort™ NIGHT tamponunu bədəninizə daxil edin və yuxudan oyanan kimi onu çıxarın. Gecə tamponu daha uzun müddət istifadə etməyinizə baxmayaraq, Siz gün ərzində istifadə etdiyiniz hopdurma dərəcəsinə malik tamponlarla eyni hopdurma dərəcəsi olan gecə tamponundan başlaya bilərsiniz. Arzu etdiyiniz nəticəni əldə etməsəniz, daha yüksək hopdurma qabiliyyətinə malik məhsulu sınamağınız məsləhətdir. Hal hazırda iki hopdurma dərəcəsinə malik gecə tamponları istehsal olunur: Normal və Super.

o.b.® ProComfort™ Night ginekoloqlar tərəfindən test edilib və hər “belə” gecədə milyonlarla qadınlar tərəfindən istifadə olunur!

* Avropa Əczaçılığına uyğun olaraq.

** 2013 – cü ilin noyabr ayında “Jonson&Jonson” MMC tərəfindən həyata keçirilmiş «Technical Justification» tədqiqatının nəticələrinə əsasən.