Skip to main content

Search

Search
Цикл перед менопаузой

Menopauzadan əvvəl: menopauzadan əvvəlki sikl

Menopauzadan əvvəlki sikl nədir?

Menopauzadan əvvəlki sikl cinsi yetişkənlik və hamiləlik kimi təbii prosesdir. Müxtəlif qadınlar praktiki olaraq heç bir dəyişiklik qeyd etmirlər, digərləri isə menopauzadan əvvəlki siklin simptomlarını həddindən artıq diskomfort yaradan hesab edirlər. Əgər belə simptomlar Sizi narahat edirsə, onlarla mübarizə aparmaq üçün çoxsaylı üsullar mövcuddur.

Menopauzadan əvvəlki siklin əlamətləri

Menopauzadan əvvəlki sikl hormonların az miqdarda yaranması ilə xarakterizə olunur. Bu səbəbdən də aşağıda qeyd olunan simptomlarla rastlaşa bilərsiniz.

  • menstruasiya sikli qeyri müntəzəm olur və ya onun intensivliyi dəyişir;
  • Menopauzadan əvvəlki sikldə aybaşı daha uzun olur və ya əksinə, çox az müddət davam edir;
  • Menstruasiyalar arası dövrdə ifrazatlar əmələ gələ bilər;
  • Menopauzadan əvvəlki sikl istilik halları, gecələr həddindən artıq tərləmə, sürətli ürək döyüntüləri kimi hallarla müşayiət oluna bilər;
  • Siz enerji çatışmazlığını hiss edə və ya kəskin əhval dəyişikliklərinə məruz qala bilərsiniz.

Menopauzadan əvvəlki siklin simptomalrı ilə necə mübarizə aparmaq lazımdır

Aşağıda menopauzadan əvvəlki siklin simptomalrı ilə mübarizə üzrə 5 əsas tövsiyə qeyd olunmuşdur.

  1. Stress menopauzadan əvvəlki siklin əlamətlərini yalnız ağırlaşdırır, bu səbəbdən də stressdən uzaq olmağın yollarını axtarmaq lazımdır. Vanna qəbul edin və ya sevimli kitabınızı oxuyun.
  2. Müntəzəm məşq proqramınızı tərtib edin.
  3. Daha isti geyinin ki, əgər istilik halı baş versə, paltarınızı çıxararaq, vəziyyətinizi yüngülləşdirə bilərsiniz.
  4. Yataq otağınızı sərin temperaturda saxlayın ki, daha rahat yatasınız.
  5. Bəzi qadınlar yaşla əlaqədar menopauzadan əvvəlki dövrün simptomlarını hormonal əvəzedici terapiya vasitəsilə daha rahat keçirir.

Hazırkı vəziyyətdə menopauzadan əvvəlki dövrün simptomlarının yüngülləşdirilməsi üçün Sizə ən uyğun variantın nə olması barədə terapevtiniz və ya ginekoloqunuz ilə məsləhət edin. Yalnız mütəxəssis bədəninizin xüsusiyyətlərini kifayət qədər yaxşı bilir və düzgün qərar qəbul etmək imkanına malikdir.

Menopauzadan əvvəlki dövrdə aybaşı həyatınızın dəyişikliklərlə zəngin daha bir hissəsidir! Menopauzadan əvvəlki dövrdə menstruasiya siklinin dəyişiklikləri Sizin üçün diskomfort yaratmamalıdır. o.b.® məhsulları orqanizminizin xüsusiyyətlərinə uyğun olan elastik həll yollarını təklif etməklə, aybaşı siklinizin xarakterinin dəyişikliklərinə optimal hazırlanmaqda Sizə yardım edəcək.

Menopauzadan əvvəlki dövrdə aybaşı zamanı hansı o.b.® məhsullarını istifadə etmək lazımdır.

  • İfrazatlar daha həcmli olan zaman: o.b.® ProComfort™ NIGHT

    Sızmalardan və sürüşmələrdən qoruyan SilkTouch™ qoruyucu qanadlarla hazırlanmışdır. Bu, o deməkdir ki, bu cür gigiyena vasitələri digər tamponların sızdıra biləcəyi mayeni etibarlı şəkildə hopdurmaq və premenopauza dövründə lazımi qorumanı təmin etmək imkanına malikdir. Qanadlı tamponlar bu gigiyena vasitəsinin istifadəsindən hissləri qəti surətdə dəyişmir. o.b.®ProComfort™ NIGHT tamponları ilə Siz hətta narahat yuxu zamanı tamponun sürüşməcəyindən arxayın ola bilərsiniz.

  • İfrazatların daha zəif olduğu zaman: o.b.® ProComfort™

    Smooth Technology* texnologiyası tamponun daha da hamar səthini təmin etmək** üçün yaradılmışdır, SilkTouch™ ipək örtüyü isə maksimal asan daxil etmə və çıxarma proseslərini təmin edir. Yaşla əlaqədar menopauzadan əvvəlki dövrün simptomlarından biri aybaşı zamanı və siklin digər günlərində uşaqlıq yolunda quruluq və diskomfort hissləridir. o.b.® ProComfort™ tamponları asan olmayan bu həyat dövründə Sizə komfortlu daxil etmə və sızmalardan ehmallı qoruma imkanlarını bəxş edəcək.

* Smus Texnologi

** o.b.® ProComfort™ əvvəlki versiyası ilə müqayisədə