Skip to main content

Search

Search
Перед началом менструации

Menstruasiya qabağı sindrom (MQS) – səbəbləri və simptomları

Gözlənilmədən özünüzü pis hiss edirsiniz? Əsəbi olmusunuz? Bəzən başınız ağrıyır və ya süd vəzləriniz şişir? Narahat olmayın. Milyonlarla qadınlar MQS bu təzahürlərini hiss edir. Bu simptomların aradan qaldırılması üçün nəzərdə tutulmuş kiçik praktiki qaydalara riayət etməklə möcüzə yarada bilərsiniz, beləliklə də, hətta “belə” günlərinizdə sevdiyiniz işlərdən imtina etməli olmayacaqsınız!

Симптомы ПМС (предменструального синдрома) у женщин

MQS – un səbəbləri və simptomları

MQS qadın orqanizmində hormonal balansın pozulması ilə, adətən, menstruasiyadan əvvəl progesteron və estrogenin konsentrasiyalarının dəyişilməsi ilə əlaqədardır. Əlavə risk amilləri qismində fiziki aktivliyin çatışmazlığı, balanslaşdırılmamış qidalanma, yuxu çatışmazlığı, qadının reproduktiv sahəsinin pozuntuları çıxış edir. Bu vəziyyətin inkişaf etməsinin səbəblərindən biri xroniki stres halları ola bilər. Statistikaya əsasən menstruasiya qabağı sindromun əlamətləri ilə adətən 30 yaşdan yuxarı qadınlar rastlaşır.

MQS kimi sindromun mövcud olduğu təqdirdə qadın siklin ikinci yarısında fiziki diskomfort hissini və kəskin əhval dəyişikliklərini yaşaya bilər. Menstruasiya qabağı gərginlik sindromunun təzahürləri bilavasitə menstruasiyadan əvvəl kəskin ifadə oluna bilər və sikl başlayandan sonra tədricən azala bilər. MQS – un 100 –dən artıq simptomu mövcuddur ki, onlardan ən geniş yayılmışlar həddindən artıq əsəbilik və menstruasiya qabağı dövrdə süd vəzilərinin şişkinliyidir.

Menstruasiya qabağı sindromun simptomlarının aradan qalxma vaxtı da müxtəlif ola bilər: bəzi qadınlar menstruasiya başlayan kimi adi vəziyyətə qayıdır, digərləri isə buna yalnız menstruasiya başa çatandan sonra nail olur. Lakin, menstruasiya başa çatandan sonra bir neçə gün ərzində də bu sindromun öhdəsindən gələ bilməyən qadınlar var. Buna baxmayaraq, bütün bu göstəricilər norma daxilindədir.

Menstruasiya qabağı sindromun xoşagəlməz simptomlarını necə aradan qaldırmaq olar

MQS – un bəzi simptomları orqanizmdə mayenin saxlanılması ilə əlaqədardır və bir neçə sadə qaydaya riayət etsəniz, yüngülləşdirilə və ya tamamilə aradan qaldırıla bilər. Aşağıda mayenin orqanizmdə saxlanılmasının azaldılmasına və menstruasiya qabağı gərginliyin aradan qaldırılmasına yönəlmiş 5 qidalanma qaydası qeyd olunmuşdur.

  1. Çox su uçun! Buna inanmaq çətin olsa da, həqiqətən də çox miqdarda suyun istifadəsi qadınlara MQS simptomlarını azaltmağa və orqanizmdə suyun saxlanılmasını azaldaraq, köpmə hallarını aradan qaldırmağa yardım edir. Bundan əlavə, su həmçinin orqanizmdən toksinlərin yuyulub aparılmasına yardım edir. Su möcüzə törədir və bu o qədər asandır ki: hətta yolda olduğunuz zaman özünüzlə kiçik su şüşəsini götürə bilərsiniz.
  2. Tərkibində böyük həcmdə su ola meyvə və tərəvəzlərin faydasından yararlanın. Məsələn, qarpız və ya xiyar tələb olunan həcmdə mayenin qəbul olunmasını təmin edəcək və menstruasiya qabağı sindrom zamanı bədəninizə müsbət təsir göstərəcək.
  3. İsti ot çayı və sidikqovucu effektə malik sevimli məhsullarla əhvalınızı yüksəldin. Gicitkən və ya tozağacı çayı için. Taxıl düyüsü və mərcanı MQS –un ilk əlamətləri yarandığında möcüzəvi nəticə verə bilər.
  4. Tərkibində yüksək miqdarda maqnezium və vitamin E olan məhsullardan çox istifadə edin. Məsələn, bananın tərkibində menstruasiya qabağı sindrom zamanı tələb olunan çox miqdarda kalium mövcuddur.
  5. Duz, şəkər, kofe və qara çay ilə ehtiyatlı olun. Duz və şəkərin istifadəsinin azaldılması qadınlarda MQS – un orqanizmdə bir çox xoşagəlməz simptomlarını yaradan suyun saxlanılmasını azaltmaq imkanını verəcək. Həmçinin, kofe və qara çaydan uzaq olmağa çalışın. Baxmayaraq ki, bol mayenin qəbulu su balansının qorunması üçün zəruridir, qeyd olunan məhsullar MQS zamanı suyun orqanizmdə saxlanılmasını stimulyasiya edir.​

Özünüz üçün gündəlik yaradaraq, menstruasiya zamanı hansı məhsulların sizə necə təsir etdiyi barədə qeydlər apara bilərsiniz.

Əgər menstruasiya qabağı sindrom ağrılı spazmlarla müşayiət olunursa, “xalq üsulları” isə yardım etmirsə, həkimə müraciət etməyiniz məsləhətdir. Unutmayın ki, menstruasiya nəticəsində suyun orqanizmdə saxlanılması adətən menstruasiya başa çatan kimi aradan qaldırılır.