Skip to main content

Search

Search
Лучшее решение o.b<sup>®</sup>для Вас

O.B.® Sizin üçün ən yaxşı həlldir

Aktiv həyat tərzi sürən qızlar və qadınlar, onları bir sıra səbəbdən rahat hesab edərək, məhz tamponlardan istifadə etməyə tez-tez üstünlük verirlər. Ən ilk menstruasiyadan məhz Sizin üçün uyğun gigiyena vasitələrini seçərək bezdən, eləcədə tamponlardan istifadə etməyə başlamaq olar. Onlar heç bir rahatsızlıq yaşatmadan, tamamilə etibarlı müdafiə edirlər və, nəhayət, onlar hətta adət edilmiş həyat tərzini "belə" günlərdə dəyişdirməməyə imkan verirlər: vaginal tamponlarla Siz qaça, hovuzda üzə, başqa idman növləri ilə məşğul ola və dar geyim geyə bilərsiniz.

Tamponlar qadınlara nə üçün lazımdır? o.b.® tamponları Sizə hərəkət azadlığı, rahatlıq və hər "belə" gün və gecə optimal müdafiə səviyyəsi bəxş edir. Siz istənilən vəziyyətdə özünüzü rahat və əmin hiss edirsiniz! Sirrin nədən ibarət olduğunu bilin!

  • O.b.® tamponları ilə:
  • Maye hələ bədənin daxilində hopur ki, bu da xoşagəlməz qoxunun yaranmasının qarşısını alır.
  • Düzgün daxil edildiyi zaman, Siz tamponu heç hiss etmirsiniz. O görünməzdir və tam hərəkət azadlığı verir. Daxil etmə və xaric etmə zamanı maksimal rahatlıq üçün Unikal* SilkTouch™ örtük xüsusi o.b.® ProComfort™ tamponlarını sınayın.
  • Siz o.b.® spiralşəkilli novçalar və SilkTouch™ qoruyucu qanadlar kimi müasir texnologiyalar sayəsində hər "belə" gün və hər "belə" gecə etibarlı qorunursunuz.

Dövriyyənin hər günü üçün seçim

Müasir və etibarlı gigiyenik vasitə olan tamponlardan istifadə həm cüzi, həm də bol ifrazatlar zamanı mümkündür. Tamponların tətbiqi üçün hər hansı yaş məhdudiyyətləri mövcud deyil. Hətta gənc qızlar bakirəlik pərdəsinin zədələnməsindən qorxmadan o.b. ® tamponlarından istifadə etməyə başlaya bilərlər. O.b. ® tamponlar xətti qadına gigiyenik vasitəni fərdi olaraq seçmək imkanı verir: tamponlar menstruasiyanın müxtəlif dövrlərində tətbiq üçün istehsal edilir. Adətən menstruasiyanın birinci günlərində qanaxmaların intensivliyi digər günlərə nisbətən daha güclü olur. Menstruasiya zamanı özünüzü maksimal dərəcədə rahat hiss etmək üçün, tamponları dövrün hər günü üçün müəyyən hopdurma dərəcəsinə görə seçmək daha yaxşıdır. o.b.®: vaginal tamponlarının hər qablaşdırmasında göstərilmiş "damcı" miqdarı sizə kömək edəcək: Mini, Normal, Super və SuperPlus. “Damcı” sayı nə qədər çoxdursa hopdurma qabiliyyəti bir o qədər çoxdur. Məsələn menstruasiyanın birinci və ikinci günləri Siz gündüz o.b.® ProComfort™ Super və ya o.b.® ProComfort™ SuperPlus, gecələr isə gecə ərzində sızmanı istisna edən və Sizin bədəninizin fərdi xüsusiyyətlərinə mükəmməl uyğunlaşan SilkTouch™ qoruyucu qanadlara malik o.b.®ProComfort™ NIGHT Super istifadə etməyə başlaya bilərsiniz.
İfrazatlar azaldıqdan sonra (menstruasiyanın 3-4-cü və sonrakı günləri), Siz daha aşağı səviyyəli hopdurma qabiliyyətli tamponlara keçə bilərsiniz. Sizin üçün optimal məhsul növünü seçmək üçün, bizim selektorumuzdan istifadə edin.

Tamponların tətbiqi

Tamponun ilk istifadəsi zamanı həyəcan keçirmək tamamilə təbii haldır. Dərindən nəfəs almaq və rahatlanmaq lazımdır, çünki əzələlərin gərginliyi vaginal tamponun düzgün daxil edilməsi üçün maneə ola bilər. İlk addım onu qablaşdırmadan çıxarmaq və daxil etməyə hazırlamaqdır. Tamponu qablaşdırmadan çıxarmazdan əvvəl əlləri yumaq lazımdır. Onu açdıqdan sonra, geri çəkmə ipini şıxarmaq lazımdır. İkinci addım uşaqlıq yoluna daxil etmədir: əvvəlcə düz, və sonra kürəyə doğru kiçik bucaq altında. Tamponu şəhadət barmağı uzunluğuna bərabər dərinliyə daxil edərək, bir az sıxmaq lazımdır. Əgər Siz tamponu öz daxilinizdə hiss etmirsinizsə, deməli tampon düzgün daxil edilmişdir.

Menstruasiya zamanı tampon etibarlı və çox rahat müdafiə vasitəsidir. Vaginal tamponlardan istifadə zamanı qadının adət edilmiş işlərlə məşğul olmaq və sevimli geyim geyməsində özünü məhdudlaşdırmağa ehtiyac yoxdur. Tamponun ölçüsü hətta kiçik klatç-çantada onu asan gizlətməyə imkan verir. O.b. ® tamponlarının qablaşdırmasında onların tətbiqi üzrə bütün informasiya var. Təsvirlərlə birlikdə ətraflı təlimat Sizə gigiyenik vasitənin düzgün daxil edilməsi və xaric edilməsində çətinliklər hiss etməməyə imkan verəcək.

O.b. ® tamponları müxtəlif növlərdə, qablaşdırma ölçülərində və hopdurma qabiliyyətinin müxtəlif dərəcəsinə görə satılır, Siz məhz Sizə mükəmməl uyğun olanları mütləq tapacaqsınız.

* 2013-cü ilin noyabrında "Conson&Conson" MMC tərəfindən keçirilmiş "Technical Justification" tədqiqatının məlumatına görə