Skip to main content

Search

Search
Лучшее решение o.b<sup>®</sup> для Вас

Menstruasiya zamanı yaxşı əhval-ruhiyyəni saxlamaq üçün nə etmək lazımdır?

Tez-tez qarnınızın alt hissəsində dartıcı menstruasiya ağrılarını hiss edirsiniz? Kəskin əhval-ruhiyyə dəyişikliklərini və güclü yorğunluq hissini keçirirsiniz? Burada Siz tək deyilsiniz, menstruasiya zamanı biz hamımız bu hissləri yaşayırıq. Səbəbləri anlamaq və bəzi praktiki qaydalara riayət etmək böhranlı günlərinizdə özünüzü istənilən digər gündə olduğu kimi hiss etməyə yardım edəcək.

Bu çox güclü olmayan, lakin xoşagəlməz və qıcıqlandırıcı, bəzən isə çox ciddi menstruasiya ağrılarının orqanizminizdə hansı səbəbdən yarandığı barədə sualı özünüzə tez- tez mi verirsiniz? Menstruasiya zamanı ağrıların səbəblərinə qısa nəzər yetirək.

Qarnın alt hissəsində dartıcı menstruasiya ağrısı adətən menstruasiyanın əvvəlində, toxum hüceyrəsinin yumurtalıqları tərk etdiyindən sonra və follop borularından keçdiyində yaranır. Uşaqlığınız yığılmağa başlayır ki, mukozanın üst qatlarının ayrılması sürətləndirilsin, bu da ağrılı menstruasiya spazmlarını yaradır.

Siz yəqin eşitmişsiniz ki, bu hormonlar menstruasiya dövrü ərzində əhvalın kəskin dəyişikliklərinə görə məsuliyyət daşıyır. Beyində yaxşı əhvala səbəb olan serotoninin səviyyəsinə təsir edə bilən progesteronun və estrogenin müxtəlif səviyyələrindən asılı olaraq, menstruasiya zamanı Siz yorğunluq və güclü qıcıqlanma və ya əksinə, enerji artımını və yaxşı əhvalın qayıtmasını hiss edə bilərsiniz.

5 правил для хорошего самочувствия во время месячных

Menstruasiya zamanı ağrıları azaltmağa və “belə” günlərdə və istənilən digər günlərdə özünüzü yaxşı hiss etməyə yardım edən 5 əsas sadə qaydanı nəzərinizə çatdırırıq:

Hərəkət edin!

Menstruasiya zamanı ağrılar yarandığında özünüzü fiziki cəhətdən yükləmək zamanı deyil, lakin, təmiz havada müəyyən yüngül və orta intensivlikdə məşqlər, məsələn, yürüş, velosipeddə gəzinti və ya üzgüçülük sözün əsl mənasında möcüzə yaradır. Hərəkət əhvalınıza müsbət təsir göstərəcək və qarın presinin əzələlərini dartmağa və menstruasiya ağrılarını azaltmağa yardım edəcək.

Dincəlin və isinin!

Divanda uzandığınız zaman qarnınızın üstünə daxilində isti su olan butulkanı qoyun və ya qan dövranını yaxşılaşdırmaq üçün vanna qəbul edin. İsti damarları genişləndirir və gərginlikdən azad olmağa kömək edir. Menstruasiya zamanı ağrılar olduqda qaynar vannalar qəbul etmək və hamama getmək lazım deyil.

Özünüzü əzizləyin və əhvalınızı yüksəldin!

Vaxt ayırın və dostlarınızla harasa gedin və ya sevimli filminizi seyr edin. Dadlı və faydalı qidalardan həzz alın. Meyvə və tərəvəzlərin tərkibində menstruasiya dövründə ağrılar zamanı qadın orqanizminə tələb olunan mikroelementlər mövcuddur: B qrupunun vitaminləri, kalsium, maqnezium, E vitamini. Yeri gəlmişkən, isti şokolad iştahı azaltmaq və serotoninin səviyyəsini yüksəltmək bacarığına malikdir.

Kofedən uzaq durun!

Gündəlik kofe istifadə etmək sizin üçün nəfəs almaq kimi təbii olsa brlə menstruasiya ağrıları zamanı kofe içməkdən imtina etmək lazımdır. Kofein damarları daraldır və menstruasiya zamanı ağrıları gücləndirə bilər. Bundan əlavə, kofeinin sinir sisteminə qıcıqlandırıcı təsiri məlumdur, menstruasiya zamanı təbii əhval dəyişiklikləri ilə yanaşı isə sizin sağlamlığınızın pisləşməsinə səbəb ola bilər.

Yuxu üçün çox vaxt ayırın!

Yaxşı yuxunun zəruri olmasının çoxsaylı səbəbləri mövcuddur – yuxu qanda hormonların və şəkərin səviyyəsini qoruyur və orqanizmə bərpa olmaq və menstruasiya ağrılarını unutmaq üçün zaman verir. Nahardan sonra 20 – 30 dəqiqə yatın ki, gücünüzü bərpa edəsiniz. İsti su ilə şüşə və ya qrelkanın istifadəsi menstruasiya zamanı Sizin gecə və ya gündüz yuxunuzu daha rahat edəcək.