Skip to main content

Search

Search
основные ошибки и правила интимной гигиены для женщин

Intim gigiyena zamanı 16 səhv

Qadınlar tez-tez bir-biri ilə kosmetikadan istifadə, saçlara qulluq və ya axşam geyiminin seçilməsinə dair məsləhətlərlə bölüşürlər. Lakin, təəssüf ki, intim gigiyenaya riayət etmə haqqında mövzu nadir hallarda müzakirə edilir. Hərçənd ki qadınlar üçün nəinki düzgün qulluğu təmin etmək, həm də özünə zərər verməmək, həmçinin xoşagəlməz problemlərdən qaçmaq çox vacibdir. Daha sonra biz qadınlar intim gigiyenanın icrası zamanı yol verdikləri ən yayılmış səhvləri müzakirə edəcəyik.

1. Sintetik alt paltarın geyinilməsi

Qadınların şəxsi gigiyenası məsələlərində alt paltarın düzgün seçilməsi əhəmiyyətli rol oynayır. O Sizin dərinizə "nəfəs almağa" imkan verən təbii materialdan hazırlanmalıdır. Məsələn, pambıq nəmi əla canına çəkir və hava buraxır. Sintetik materiallar isə, əksinə, bakteriyaların artması üçün mükəmməl mühitin yaranmasına və zərif dərinin qıcıqlanmasına imkan yaradırlar.

2. Yaş çimərlik geyiminin uzun müddət geyinilməsi

Rütubətli mühit bakteriyalara orqanizmə sidik yolları ilə daxil olmağa imkan yarada bilər ki, bu da tez-tez sidik kisəsinin və hətta böyrəklərin iltihabına səbəb olur. Bu səbəbdən qadınlara çimərlik geyiminin günəş şüaları altında öz-özünə qurumasını gözləmək tövsiyə edilmir. Onu sudan çıxandan dərhal sonra qurusu ilə əvəz edin.

3. Yanlış qidalanma

Qidalanma mikrofloranın vəziyyətinə böyük təsirə malikdir. Şirin və un məmulatlarından həddinən artıq istifadə tez-tez onun pozulmasına səbəb olur, buna görə meyvələrə, tərəvəzlərə, turş süd məhsullarına və tam dənli çörəyə üstünlük verin. Bundan başqa, alkoqolun istifadəsini məhdudlaşdırmaq lazımdır.

4. Kifayət qədər olmayan su miqdarı

Su yalnız təmizlik mənbəyi deyil. Ondan kifayət qədər istifadə etmədikdə bir çox problemlər yarana bilər. Məsələn, sidik ifrazatının ləngiməsi. Az miqdarda maye səbəbindən sidik ləng yaranır və orqanizmdən az-az xaric olunur. Bu zaman onda olan bakteriyalar həm sidikqovucu yolların, həm də başqa orqanların iltihabına səbəb ola bilər. Hər gün təxminən 2 litr təmiz su içməyi unutmayın.

5. Bezlərin nadir dəyişdirilməsi

Gündəlik gigiyenik vasitələri təravət və rahatlıq hissini qiymətləndirən qadınlar üçün köməkdir. Lakin lazımlı nəticəyə nail olmaq üçün, onlardan istifadə qaydalarına riayət etmək lazımdır. Gündəlik bezləri hər 3–4 saatdan bir dəyişməyi unutmayın, bu halda zərərli bakteriyaların artmasının, iltihabın və qıcıqlanmanın qarşısını almaq olar.

6. Çoxlu su prosedurları

Uşaqlıq yolu "öz-özünü təmizləməyə" qadirdir, buna görə də həddindən artıq su prosedurlarına ehtiyac yoxdur. Əks halda bu normal mikrofloranın pozulmasına və onun üçün faydalı olan bakteriyaların məhv edilməsinə gətirib çıxara bilər.

7. Ətriyyatlı vasitələrdən istifadə

Gellərin və sabunların müxtəlifliyi bəzən heyrətləndirir. Bir qayda olaraq, biz onları qoxusuna görə seçirik. Lakin bu tamamilə səhv yanaşmadır. Turşuluq dərəcəsi göstəricilərinə diqqət yetirmək daha yaxşı olar. Uşaqlıq yolunu onu əhatə edən amillərin zərərli təsirindən müdafiə edən təbii florasını pozmamaq üçün neytral pH dərəcəsi ilə intim gigiyenik vasitələrə üstünlük verin.

8. İntim gigiyena üçün salfetlərin yanlış seçilməsi

Məhz intim gigiyena üçün nəzərdə tutulmuş xüsusi vasitələri seçin. Onlar həssas dərini qıcıqlandırmır və faydalı maddələrlə doydurulmuşdur. Məsələn, CAREFREE® nəm salfetləri gündəlik istifadə üçün əladır. Onlar evdən kənarda çox vaxt keçirən və öz gigiyenasının qayğısına qalan qadınlar üçün əsl qurtuluş olacaq.

9. Strinqlərdən həddindən çox istifadə

Alt paltarının bu növü qızlar və bütün yaşda olan qadınlar arasında kifayət qədər məşhurdur. Lakin yadda saxlamaq lazımdır ki, belə forma alt paltarlardan tez-tez istifadə, bütovlükdə təbii mikrofloraya və sağlamlığa neqativ təsir edir. Çünki strinqlər anal dəlikdən və düz bağırsaqdan bakteriyaların uşaqlıq yoluna yayılmasına imkan yarada bilərlər.

10. Tualet kağızının yanlış istifadə

Artıq qeyd edildiyi kimi, qadın bədəninin fizioloji quruluşuna görə bağırsaqlarda olan zərərli bakteriyalar müxtəlif xəstəliklərə səbəb olaraq uşaqlıq yoluna asan düşə bilərlər. Strinqlərin geyinməsindən imtinadan başqa həmçinin, tualet kağızından istifadə zamanı öndən arxaya, yəni, anal dəliyə tərəf hərəkətlər etməklə bu promlemin qarşısını almaq olar.

11. Qeyri-müntəzəm su prosedurları

Təəssüf ki, həyatın müasir ritmi o qədər sürətlidir ki, ona həmiçə çatmaq olmur. Lakin gündəlik icrası mütləq olan prosedurlar mövcuddur. Məsələn, müntəzəm duş və ya heç olmasa gündə iki dəfə yuyunma. Hər dəfə tualetə getdikdən sonra su prosedurlarını keçirmək yaxşı olar, lakin belə bir imkanın olmaması zamanı sadəcə intim gigiyena üçün nəm salfetlərdən, məsələn, CAREFREE® nəm salfetlərindən istifadə etmək olar. Bundan başqa, cinsi əlaqədən əvvəl və ondan dərhal sonra yuyunmağı unutmayın.

12. Yanlış müalicə

Əgər Sizdə mümkün infeksiya və ya iltihabı göstərən xoşagəlməz əlamətlər yarandısa ginekoloqa müraciət edin. Bu halda rəfiqələrdən məsləhətlərin köməyi ilə problemin öhdəsindən müstəqil gəlməyə çalışmaq lazım deyil. Bundan başqa, xəstəlikləri vaxtında aşkar etməyə və onların inkişafına yol verməməyə imkan yaradacaq, ildə iki dəfə profilaktik müayinələrdən keçməyi unutmayın.

13. Tamponların yanlış seçilməsi

Menstruasiya öz-özlüyündə orqanizmin infeksiyalara qarşı həssalığını artırır. Bu dövrdə vannanı duşla əvəzləməyə və cinsi əlaqələrdən çəkinməyə çalışın. Tamponların düzgün seçilməsinə xüsusi diqqət ayırmaq lazımdır. Əgər Sizdə ifrazatlar çoxdursa, yüksək hopdurma qabiliyyətli vasitələrə, məsələn o.b.® ProComfort™ və ya o.b.® ProComfort™ NIGHT tamponlarına üstünlük verin. Sonuncu gecələr istifadə üçün xüsusi olaraq hazırlanmışdır. Cüzi ifrazatlar zamanı, yüngül daxil edilmə üçün ipək səthə malik olan o.b.® ProComfort™ Mini tamponlarına üstünlük vermək olar.

14. Yuyunma zamanı bədən üçün liftən və ya əlcəkdən istifadə tətbiqi

İntim sahədə dəri çox zərif və incədir, buna görə də yuyunma zamanı lifdən və ya əlcəkdən istifadə etməyə çalışmayın. Bununla ona zərər vurmaq və yaranmış yaralar vasitəsilə ona asan infeksiya salmaq olar. Gigiyena üçün vasitəni əllə çəkmək və bütün zonalara yaydıqdan sonra ilıq suyla yumaq kifayətdir.

15. Yanlış yuyunma

Yuyunma zamanı suyu birbaşa uşaqlıq yoluna yönəltmək lazım deyil. Bu həmçinin iltihabın inkişafına imkan yarada bilər. Sadəcə intim gigiyena üçün vasitəni ilıq suyla yuyun və zərif dərini yandırmamaq üçün, onun temperaturunu düzgün seçin.

16. Yaş dəsmaldan istifadə

2 – 3 gündə bir dəfə dəsmalları dəyişməyə çalışın. Bundan başqa, hər duş qəbulundan sonra onları qurudun. Dəridə liflər qoymadan və ona zərər vurmadan dərini silməyə kömək edəcək, yumşaq və təbii parçadan olan dəsmallara üstünlük verin.