Skip to main content

Search

Search

Tamponların ziyanı: tampon infeksiyaya səbəb ola bilərmi?

"Tamponlardan istifadə etmək ziyandırmı?" - bu mövzuya çox tədqiqat həsr edilmişdir ki, onların nəticəsində tamponların heç bir ziyanı olmadığı və infeksiya mənbəyi olmadığı aşkar edilmişdir. Tamponlar bakteriyaların inkişafına səbəb olmayan və uşaqlıq yolunun mikroflorasına təsir etməyən materiallardan ibarətdir. Siz "belə" günlərdən hər birində tamponlardan rahat istifadə edə bilərsiniz. Sadəcə onları 8 saatda ən azı bir dəfə dəyişməyi unutmayın.

Tamponlar nə ilə zərərli ola bilərlər?

Bədəndə 8 saatdan çox qalmış tamponların ziyanı artıq dolmuş gigiyenik vasitəyə hopa bilməyən və həm də uşaqlıq yolundan çıxa bilməyən ifrazatlara görə mümkün iltihab riskindən ibarətdir.

Tamponlardan istifadənin xoşagəlməz nəticələri həmçinin, Sizin menstruasiya bitdikdən sonra gigiyenik vasitəni çıxartmağı unutduğunuz zaman yarana bilər. Tamponlardan həm gündüz, həm də gecə istifadə etmək olar. Sonuncu halda gigiyenik vasitəni bilavasitə yatmazdan əvvəl daxil edin və oyanan kimi dərhal onu çıxarın.

Tamponlardan istifadəyə əks göstərişlər

Tamponlar üçün əks göstərişlər çox azdır: bu uşaq yaşı (birinci menstruasiyadan əvvəl) və doğuşdan sonrakı dövrdür (təbii dövriyyənin bərpasına qədər). Həkimlər həmçinin bəzi iltihabi xəstəliklərin müalicəsi üçün Sizə vaginal şamların lazım olması zamanı, belə gigiyenik vasitələrindən istifadə etməməyi tövsiyə edirlər, nadir hallarda həkim tərəfindən aşkar edilmiş bədənin fərdi quruluşu əks göstəriş ola bilər. Tamponların zərərli olub-olmaması və onların istifadəsinə mümkün əks göstərişlər haqqında Siz ginekoloqunuza və ya başqa mütəxəssisə müraciət edərək öyrənə bilərsiniz.