Skip to main content

Search

Search

Bədənə tamponlardan "dincəlməyə" imkan vermək lazımdırmı?

Tamponlardan menstruasiya zamanı hər gün, həmçinin gecə istifadə etmək olar. Bədənə tamponlardan "dincəlmək" lazım deyil. Tək məhdudiyyət tamponlardan istifadənin fizioloji amili ilə diktə edilmişdir: gigiyenik vasitənu onun maksimal dolması zamanı və hər halda 8 saatdan gec olmayaraq dəyişmək lazımdır. Sizi gecə tampondan istifadə etmək və ya etməmək sualı maraqlandırırmı, axı yuxu vaxtı uzunsürən ola bilər? Bəli, bu mümkündür – oyandıqdan dərhal sonra tamponu çıxartmağı unutmayın. Gecə hətta güclü ifrazatlar zaman maksimal rahatlıq hiss etmək üçün, yüksək hopdurma səviyyəsinə malik Super və ya SuperPlus tamponlarından istifadə etmək tövsiyə edilir. Siz gecə zamanı qadının etibarlı müdafiəsi üçün xüsusi olaraq hazırlanmış o.b.® ProComfort™ NIGHT tamponlarını sınaya bilərsiniz. Onların zərif və elastik qoruyucu SilkTouch™ qanadları açılaraq Sizin bədəninizin fərdi quruluşuna uyğunlaşır. Spiralşəkilli novçalar başqa tamponların buraxa biləcəyi mayenin bir damcısını belə buraxmamağa imkan verir.

Çoxları düşünürlər ki, menstruasiyası yeni başlayan yeniyetmə qızların fiziki inkişaf xüsusiyyətlərinə görə, bədənə tamponlardan "dincəlməyə" imkan vermədən, onlardan fasiləsiz istifadə etmək olmaz. Belə fikir yanlışdır. Qızlar ilk menstruasiyadan başlayaraq, cinsi gigiyenanın bu vasitələrini tətbiq edə bilərlər. Gənc qızlara əvvəlcə o.b.® ProComfort™ Mini və ya o.b.® ProComfort™ Normal kimi kiçik ölçülü tamponlardan istifadə etmək daha yaxşıdır. Onlar nəinki bədənə asan daxil olur, həm də qızlara maksimal rahatlıq bəxş edirlər. Əgər tampon yanlış, məsələn, az dərinlikdə daxil edilərək, Sizdə narahatlığa səbəb olursa, Siz bədənə tamponlardan "dincəlməyə" imkanı verməyi istəyə bilərsiniz. Onun daxil edilməsi zamanı ehtiyatlı olmaq vacibdir (xüsusilə ilk istifadə zamanı). Tamponun lazımi dərinliyə asan daxil olması üçün, əzələləri zəiflədin və Sizin üçün maksimal rahat vəziyyət alın. Ola bilsin ki, Sizə unitazda oturaraq və ya ayağı vannanın kənarına qoyaraq tamponu daxil etmək rahat olar. Qablaşdırmada olan və bizim saytda təqdim edilmiş təlimata diqqətlə riayət edin.