Skip to main content

Search

Search

Menstruasiya təqvimi

Aylıq qanaxmalar müşahidə olunan hər bir qız və qadının menstruasiya təqvimi olmalıdır. Həmçinin bu yeniyetmə qızlara lazımdır, axı menstruasiyanın birinci və ya ikinci ilindən sonra tez-tez menstruasiya dövriyyəsinin pozulmaları yaranır. Bəzən bu norma hesab edilir, lakin bəzən həkim köməyi tələb olunan hallar olur.

Menstruasiya təqvimini nə üçün aparmaq lazımdır

Əgər siz dövriyyəni düzgün izləyə bilmirsinizsə, həmçinin hər ay qadın orqanizmində cinsi hormonların təsiri altında olan fizioloji dəyişiklikləri yaxşı anlamırsınızsa, bu zaman menstruasiya təqvimindən istifadə etmək çox əlverişlidir. Menstruasiya təqviminin köməyi ilə aşağıdakılar mümkündür:

  • növbəti dövrün başlanğıc tarixini müəyyən etmək;
  • mayalanma üçün əlverişli olan günləri təxmini olaraq hesablamaq;
  • menstruasiya dövrünün pozulmalarını aşkar etmək;
  • ginekoloqa getməzdən əvvəl menstruasiya haqqında vacib məlumatı toplamaq.

Menstruasiya təqvimində nəyi qeyd etmək lazımdır

Menstruasiyanın müddəti

Təqvimdə menstruasiya dövrünün müddətini qeyd edin: cari menstruasiyanın birinci günündən və növbəti menstruasiyanın birinci gününə qədər bütün günlər. Dövrün müddəti aydan aya cüzi dəyişə bilər. Əvvəlki menstruasiyanın başlanmasından növbəti menstruasiyanın başlanmasına qədər 21-35 günlük dövr norma hesab edilir.

İfrazatların intensivliyi

Menstruasiya təqviminin maksimal informativ olması üçün, ifrazatları xarakterizə etmək lazımdır:

  • əhəmiyyətsiz (Siz gigiyenik vasitələri gündə 2 –3 dəfə dəyişməlisiniz);
  • orta (Siz hər 3– 4 saatda bir dəfə yeni gigiyenik vasitədən istifadə edirsiniz);
  • intensiv (Siz 1– 2 saatda bir dəfə gigiyenik vasitəni dəyişməlisiniz).

Əhval-ruhiyyə

Xüsusilə, əgər menstruasiyadan əvvəl və ya menstruasiya zamanı hormonal dəyişikliklərin təsiri altında emosional vəziyyətiniz dəyişirsə, Siz təqvimdə öz emosional vəziyyətinizi qeyd edə bilərsiniz. Bu mənəvi cəhətdən "belə" günlərin başlanmasına hazırlaşmağa və öz əhval-ruhiyyənizi nəzarət altına almağa imkan verəcək.

Hamiləliyin planlaşdırılması zamanı menstruasiya təqvimindən necə istifadə etmək

Uşağın mayalanmasına əvvəlcədən hazırlaşmağa qərar verən xanımların əksəriyyəti, qorunmağı dayandırır və öz orqanizminə diqqətlə nəzarət etməyə başlayırlar. Bu zaman hamilə olmaq üçün maksimal əlverişli günləri buraxmamaq üçün, aylıq təqvim aparmaq rahatdır. Bunun üçün menstruasiya dövrünün əsas mərhələlərini bilmək əhəmiyyətlidir.

  • Menstruasiya mərhələsi uşaqlıqdan qanlı ifrazatlar dövründən ibarətdir. Onun müddəti 3 gündən 6 günə qədər təşkil edə bilər.
  • Follikulyar mərhələ menstruasiyadan sonra başlanır və aylıq qanaxmanı bitməsindən sonra təxminən 14 gün davam edir. Bu dövrdə uşaqlığın selikli qişasının yenilənməsi və yumurta hüceyrəsinin yetişəcəyi yeni follikulun yaranması baş verir.
  • Ovulyator mərhələ təxminən 3 gün davam edir. Bunun prosesində yetişmiş yumurta hüceyrəsi yumurtalıqdan qadının qarın boşluğuna çıxır. Bu vaxt mayalanma üçün uğurludur.
  • Lyutein mərhələsi orta hesabla 2 həftə (ovulyasiyadan sonra və kritik günlərin başlanmasına qədər) davam edir. Bu zaman mayalanlmış yumurta hüceyrəsinin implantasiyası üçün sarı cisim tərəfindən böyük miqdarda proqesteron ayrılır. Əgər bu baş vermirsə, dövr yenidən başlanır.

Menstruasiya təqvimi mayalanmanın ən əlverişli günlərini müəyyən etməyə kömək edəcək. Əvvəlki menstruasiyaların müddətini qeyd edərək, Siz ovulyator mərhələnin başlanmasını təxminən hesablaya biləcəksiniz. Lakin bunun üçün qadın təqvimini daim aparmaq və dövriyyənin müddətini diqqətlə müşahidə etmək əhəmiyyətlidir. Daha ətraflı informasiyanı Siz öz ginekoloqunuzdan ala bilərsiniz.

Menstruasiya dövrü haqqında daha çox öyrənin